Back to Languages

Azerbaijani - Chapter 21 - Al-Anbiya

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Anbiya 21:1

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər

Verse 2 — Surah Al-Anbiya 21:2

Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –

Verse 3 — Surah Al-Anbiya 21:3

qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız?”

Verse 4 — Surah Al-Anbiya 21:4

Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Verse 5 — Surah Al-Anbiya 21:5

Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır! Xeyr, o bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əvvəlki elçilərə göndərilən möcüzələr kimi bizə də bir möcüzə gətirsin”

Verse 6 — Surah Al-Anbiya 21:6

Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər

Verse 7 — Surah Al-Anbiya 21:7

Biz səndən əvvəl də özlərinə vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun

Verse 8 — Surah Al-Anbiya 21:8

Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi də deyillər

Verse 9 — Surah Al-Anbiya 21:9

Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq

Verse 10 — Surah Al-Anbiya 21:10

Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz

Verse 11 — Surah Al-Anbiya 21:11

Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq

Verse 12 — Surah Al-Anbiya 21:12

Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar

Verse 13 — Surah Al-Anbiya 21:13

“Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləşdilər”

Verse 14 — Surah Al-Anbiya 21:14

Onlar: “Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq”– deyirdilər

Verse 15 — Surah Al-Anbiya 21:15

Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar

Verse 16 — Surah Al-Anbiya 21:16

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq

Verse 17 — Surah Al-Anbiya 21:17

Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik

Verse 18 — Surah Al-Anbiya 21:18

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza

Verse 19 — Surah Al-Anbiya 21:19

Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar

Verse 20 — Surah Al-Anbiya 21:20

Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər

Verse 21 — Surah Al-Anbiya 21:21

Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər

Verse 22 — Surah Al-Anbiya 21:22

Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır

Verse 23 — Surah Al-Anbiya 21:23

Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar

Verse 24 — Surah Al-Anbiya 21:24

Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər

Verse 25 — Surah Al-Anbiya 21:25

Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək

Verse 26 — Surah Al-Anbiya 21:26

Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır

Verse 27 — Surah Al-Anbiya 21:27

Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər

Verse 28 — Surah Al-Anbiya 21:28

Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər

Verse 29 — Surah Al-Anbiya 21:29

Onlardan kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq

Verse 30 — Surah Al-Anbiya 21:30

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar

Verse 31 — Surah Al-Anbiya 21:31

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq

Verse 32 — Surah Al-Anbiya 21:32

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər

Verse 33 — Surah Al-Anbiya 21:33

Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür

Verse 34 — Surah Al-Anbiya 21:34

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar

Verse 35 — Surah Al-Anbiya 21:35

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız

Verse 36 — Surah Al-Anbiya 21:36

Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər

Verse 37 — Surah Al-Anbiya 21:37

İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin

Verse 38 — Surah Al-Anbiya 21:38

Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər

Verse 39 — Surah Al-Anbiya 21:39

Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər

Verse 40 — Surah Al-Anbiya 21:40

Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir

Verse 41 — Surah Al-Anbiya 21:41

Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri həmin o istehza etdikləri şey məhv etdi

Verse 42 — Surah Al-Anbiya 21:42

De: “Gecə də, gündüz də sizi Mərhəmətli Allahdan müdafiə etməyə qadir olan kimdir?” Lakin onlar öz Rəbbinin nəsihətlərindən üz döndərdilər

Verse 43 — Surah Al-Anbiya 21:43

Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar heç özlərinə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər

Verse 44 — Surah Al-Anbiya 21:44

Bəli, Biz onlara və atalarına ömürləri boyunca xoş güzəran verdik. Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi? Doğrudanmı onlar qalib gələcəklər

Verse 45 — Surah Al-Anbiya 21:45

De: “Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, çağırışı eşitməzlər

Verse 46 — Surah Al-Anbiya 21:46

Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq”– deyərlər

Verse 47 — Surah Al-Anbiya 21:47

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik

Verse 48 — Surah Al-Anbiya 21:48

Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musa və Haruna vermişdik

Verse 49 — Surah Al-Anbiya 21:49

O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər

Verse 50 — Surah Al-Anbiya 21:50

Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz

Verse 51 — Surah Al-Anbiya 21:51

Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq

Verse 52 — Surah Al-Anbiya 21:52

Bir zaman o öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi

Verse 53 — Surah Al-Anbiya 21:53

Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!”– demişdilər

Verse 54 — Surah Al-Anbiya 21:54

İbrahim demişdi: “Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz”

Verse 55 — Surah Al-Anbiya 21:55

Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demişdilər

Verse 56 — Surah Al-Anbiya 21:56

İbrahim demişdi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm

Verse 57 — Surah Al-Anbiya 21:57

Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!”

Verse 58 — Surah Al-Anbiya 21:58

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr

Verse 59 — Surah Al-Anbiya 21:59

Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!”

Verse 60 — Surah Al-Anbiya 21:60

Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər

Verse 61 — Surah Al-Anbiya 21:61

Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər

Verse 62 — Surah Al-Anbiya 21:62

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?”

Verse 63 — Surah Al-Anbiya 21:63

İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”

Verse 64 — Surah Al-Anbiya 21:64

Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız”– dedilər

Verse 65 — Surah Al-Anbiya 21:65

Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”

Verse 66 — Surah Al-Anbiya 21:66

İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız

Verse 67 — Surah Al-Anbiya 21:67

Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?”

Verse 68 — Surah Al-Anbiya 21:68

Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”

Verse 69 — Surah Al-Anbiya 21:69

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik

Verse 70 — Surah Al-Anbiya 21:70

Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq

Verse 71 — Surah Al-Anbiya 21:71

Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik

Verse 72 — Surah Al-Anbiya 21:72

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik

Verse 73 — Surah Al-Anbiya 21:73

Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər

Verse 74 — Surah Al-Anbiya 21:74

Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər

Verse 75 — Surah Al-Anbiya 21:75

Biz onu Öz mərhəmətimizə qovuşdurduq. O, həqiqətən, əməlisalehlərdən idi

Verse 76 — Surah Al-Anbiya 21:76

Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etmiş, onu və onun ailəsini böyük qəm-qüssədən qurtarmışdıq

Verse 77 — Surah Al-Anbiya 21:77

Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq

Verse 78 — Surah Al-Anbiya 21:78

Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik

Verse 79 — Surah Al-Anbiya 21:79

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik

Verse 80 — Surah Al-Anbiya 21:80

Biz Davuda sizi döyüşdə təhlükələrdən mühafizə etmək üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi

Verse 81 — Surah Al-Anbiya 21:81

Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik

Verse 82 — Surah Al-Anbiya 21:82

Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq

Verse 83 — Surah Al-Anbiya 21:83

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Verse 84 — Surah Al-Anbiya 21:84

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik

Verse 85 — Surah Al-Anbiya 21:85

İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edənlərdən idilər

Verse 86 — Surah Al-Anbiya 21:86

Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər

Verse 87 — Surah Al-Anbiya 21:87

Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”

Verse 88 — Surah Al-Anbiya 21:88

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik

Verse 89 — Surah Al-Anbiya 21:89

Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!”

Verse 90 — Surah Al-Anbiya 21:90

Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər

Verse 91 — Surah Al-Anbiya 21:91

İsmətini qoruyan Məryəmi də yada sal! Biz onun paltarının döşündəki kəsiyinə Öz ruhumuzdan Cəbrail vasitəsilə üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik

Verse 92 — Surah Al-Anbiya 21:92

Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin

Verse 93 — Surah Al-Anbiya 21:93

Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar

Verse 94 — Surah Al-Anbiya 21:94

Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq

Verse 95 — Surah Al-Anbiya 21:95

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların əhalisi bir daha bu dünyaya qayıtmayacaqlar

Verse 96 — Surah Al-Anbiya 21:96

Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman

Verse 97 — Surah Al-Anbiya 21:97

haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!”

Verse 98 — Surah Al-Anbiya 21:98

Ey kafirlər! Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mütləq ora girəcəksiniz

Verse 99 — Surah Al-Anbiya 21:99

Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar

Verse 100 — Surah Al-Anbiya 21:100

Onlar orada xırıldayacaq və heç nə eşitməyəcəklər

Verse 101 — Surah Al-Anbiya 21:101

Əzəldən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar

Verse 102 — Surah Al-Anbiya 21:102

Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar

Verse 103 — Surah Al-Anbiya 21:103

Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər

Verse 104 — Surah Al-Anbiya 21:104

O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik

Verse 105 — Surah Al-Anbiya 21:105

Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar

Verse 106 — Surah Al-Anbiya 21:106

Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır

Verse 107 — Surah Al-Anbiya 21:107

Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik

Verse 108 — Surah Al-Anbiya 21:108

De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?”

Verse 109 — Surah Al-Anbiya 21:109

Əgər onlar üz döndərsələr, de: “Mən bu dini sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm

Verse 110 — Surah Al-Anbiya 21:110

Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir

Verse 111 — Surah Al-Anbiya 21:111

Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu dünyada faydalanmağınız üçündür”

Verse 112 — Surah Al-Anbiya 21:112

Peyğəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır”