Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 36 - Ya-Sin
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Ya-Sin 36:1
Verse 2 — Surah Ya-Sin 36:2
And olsun hikmətli Qurana
Verse 3 — Surah Ya-Sin 36:3
Həqiqətən, sən göndərilmiş elçilərdənsən
Verse 4 — Surah Ya-Sin 36:4
doğru yoldasan
Verse 5 — Surah Ya-Sin 36:5
Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki
Verse 6 — Surah Ya-Sin 36:6
ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən
Verse 7 — Surah Ya-Sin 36:7
Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər
Verse 8 — Surah Ya-Sin 36:8
Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır
Verse 9 — Surah Ya-Sin 36:9
Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər
Verse 10 — Surah Ya-Sin 36:10
Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər
Verse 11 — Surah Ya-Sin 36:11
Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ
Verse 12 — Surah Ya-Sin 36:12
Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq
Verse 13 — Surah Ya-Sin 36:13
Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək
Verse 14 — Surah Ya-Sin 36:14
O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər
Verse 15 — Surah Ya-Sin 36:15
Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”
Verse 16 — Surah Ya-Sin 36:16
Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik
Verse 17 — Surah Ya-Sin 36:17
Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”
Verse 18 — Surah Ya-Sin 36:18
Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”
Verse 19 — Surah Ya-Sin 36:19
Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”
Verse 20 — Surah Ya-Sin 36:20
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin
Verse 21 — Surah Ya-Sin 36:21
Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin
Verse 22 — Surah Ya-Sin 36:22
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim
Verse 23 — Surah Ya-Sin 36:23
Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər
Verse 24 — Surah Ya-Sin 36:24
Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram
Verse 25 — Surah Ya-Sin 36:25
Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
Verse 26 — Surah Ya-Sin 36:26
Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki
Verse 27 — Surah Ya-Sin 36:27
Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”
Verse 28 — Surah Ya-Sin 36:28
Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik
Verse 29 — Surah Ya-Sin 36:29
Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər
Verse 30 — Surah Ya-Sin 36:30
Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər
Verse 31 — Surah Ya-Sin 36:31
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi
Verse 32 — Surah Ya-Sin 36:32
Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər
Verse 33 — Surah Ya-Sin 36:33
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər
Verse 34 — Surah Ya-Sin 36:34
Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki
Verse 35 — Surah Ya-Sin 36:35
onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi
Verse 36 — Surah Ya-Sin 36:36
Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir
Verse 37 — Surah Ya-Sin 36:37
Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar
Verse 38 — Surah Ya-Sin 36:38
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür
Verse 39 — Surah Ya-Sin 36:39
Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur
Verse 40 — Surah Ya-Sin 36:40
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir
Verse 41 — Surah Ya-Sin 36:41
Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir
Verse 42 — Surah Ya-Sin 36:42
Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq
Verse 43 — Surah Ya-Sin 36:43
Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər
Verse 44 — Surah Ya-Sin 36:44
Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır
Verse 45 — Surah Ya-Sin 36:45
Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər
Verse 46 — Surah Ya-Sin 36:46
Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər
Verse 47 — Surah Ya-Sin 36:47
Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”
Verse 48 — Surah Ya-Sin 36:48
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar
Verse 49 — Surah Ya-Sin 36:49
Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər
Verse 50 — Surah Ya-Sin 36:50
Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər
Verse 51 — Surah Ya-Sin 36:51
Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar
Verse 52 — Surah Ya-Sin 36:52
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”
Verse 53 — Surah Ya-Sin 36:53
Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər
Verse 54 — Surah Ya-Sin 36:54
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir
Verse 55 — Surah Ya-Sin 36:55
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək
Verse 56 — Surah Ya-Sin 36:56
Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər
Verse 57 — Surah Ya-Sin 36:57
Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır
Verse 58 — Surah Ya-Sin 36:58
Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək
Verse 59 — Surah Ya-Sin 36:59
“Bu gün möminlərdən ayrılın, ey günahkarlar
Verse 60 — Surah Ya-Sin 36:60
Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir
Verse 61 — Surah Ya-Sin 36:61
Mənə ibadət edin? Doğru yol budur
Verse 62 — Surah Ya-Sin 36:62
Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz
Verse 63 — Surah Ya-Sin 36:63
Bu sizə vəd edilmiş Cəhənnəmdir
Verse 64 — Surah Ya-Sin 36:64
Kafir olduğunuza görə bu gün orada yanın!”
Verse 65 — Surah Ya-Sin 36:65
Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər
Verse 66 — Surah Ya-Sin 36:66
Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər
Verse 67 — Surah Ya-Sin 36:67
Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər
Verse 68 — Surah Ya-Sin 36:68
Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər
Verse 69 — Surah Ya-Sin 36:69
Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki
Verse 70 — Surah Ya-Sin 36:70
diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin
Verse 71 — Surah Ya-Sin 36:71
Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq
Verse 72 — Surah Ya-Sin 36:72
Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər
Verse 73 — Surah Ya-Sin 36:73
Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi
Verse 74 — Surah Ya-Sin 36:74
Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər
Verse 75 — Surah Ya-Sin 36:75
Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir
Verse 76 — Surah Ya-Sin 36:76
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik
Verse 77 — Surah Ya-Sin 36:77
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir
Verse 78 — Surah Ya-Sin 36:78
O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
Verse 79 — Surah Ya-Sin 36:79
De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir
Verse 80 — Surah Ya-Sin 36:80
O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”
Verse 81 — Surah Ya-Sin 36:81
Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir
Verse 82 — Surah Ya-Sin 36:82
Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar
Verse 83 — Surah Ya-Sin 36:83
Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız