Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 50 - Qaf
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Qaf 50:1
Qaf. Şərəfli Qurana and olsun
Verse 2 — Surah Qaf 50:2
Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir
Verse 3 — Surah Qaf 50:3
Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”
Verse 4 — Surah Qaf 50:4
Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır
Verse 5 — Surah Qaf 50:5
Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər
Verse 6 — Surah Qaf 50:6
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur
Verse 7 — Surah Qaf 50:7
Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik
Verse 8 — Surah Qaf 50:8
Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik
Verse 9 — Surah Qaf 50:9
Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik
Verse 10 — Surah Qaf 50:10
Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik
Verse 11 — Surah Qaf 50:11
Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir
Verse 12 — Surah Qaf 50:12
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı
Verse 13 — Surah Qaf 50:13
Ad qövmü, Firon xalqı, Lut tayfası
Verse 14 — Surah Qaf 50:14
Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi
Verse 15 — Surah Qaf 50:15
Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər
Verse 16 — Surah Qaf 50:16
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq
Verse 17 — Surah Qaf 50:17
Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır
Verse 18 — Surah Qaf 50:18
Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın
Verse 19 — Surah Qaf 50:19
Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir
Verse 20 — Surah Qaf 50:20
Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür
Verse 21 — Surah Qaf 50:21
Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir
Verse 22 — Surah Qaf 50:22
Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”
Verse 23 — Surah Qaf 50:23
Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”
Verse 24 — Surah Qaf 50:24
Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri
Verse 25 — Surah Qaf 50:25
xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni
Verse 26 — Surah Qaf 50:26
başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”
Verse 27 — Surah Qaf 50:27
Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”
Verse 28 — Surah Qaf 50:28
Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim
Verse 29 — Surah Qaf 50:29
Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”
Verse 30 — Surah Qaf 50:30
O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir
Verse 31 — Surah Qaf 50:31
Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır
Verse 32 — Surah Qaf 50:32
Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən
Verse 33 — Surah Qaf 50:33
Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür
Verse 34 — Surah Qaf 50:34
Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür
Verse 35 — Surah Qaf 50:35
Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır
Verse 36 — Surah Qaf 50:36
Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”
Verse 37 — Surah Qaf 50:37
Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır
Verse 38 — Surah Qaf 50:38
Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi
Verse 39 — Surah Qaf 50:39
Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə
Verse 40 — Surah Qaf 50:40
Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de
Verse 41 — Surah Qaf 50:41
Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır
Verse 42 — Surah Qaf 50:42
O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür
Verse 43 — Surah Qaf 50:43
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir
Verse 44 — Surah Qaf 50:44
O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır
Verse 45 — Surah Qaf 50:45
Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver