Back to Languages

Azerbaijani - Chapter 53 - An-Najm

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah An-Najm 53:1

And olsun batmaqda olan ulduza

Verse 2 — Surah An-Najm 53:2

Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır

Verse 3 — Surah An-Najm 53:3

O, öz istəyi ilə danışmır

Verse 4 — Surah An-Najm 53:4

Bu, ona təlqin edilən bir vəhydir

Verse 5 — Surah An-Najm 53:5

Bunu ona çox qüvvətli olan öyrətdi –

Verse 6 — Surah An-Najm 53:6

gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü

Verse 7 — Surah An-Najm 53:7

O, ən uca üfüqdə idi

Verse 8 — Surah An-Najm 53:8

Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi

Verse 9 — Surah An-Najm 53:9

O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi

Verse 10 — Surah An-Najm 53:10

Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi

Verse 11 — Surah An-Najm 53:11

Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı

Verse 12 — Surah An-Najm 53:12

İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz

Verse 13 — Surah An-Najm 53:13

Onu bir daha öz sürətində enərkən gördü –

Verse 14 — Surah An-Najm 53:14

son həddəki Sidr ağacının yanında

Verse 15 — Surah An-Najm 53:15

Məva bağı da onun yanındadır

Verse 16 — Surah An-Najm 53:16

O zaman Sidr ağacını bürüyən bürümüşdü

Verse 17 — Surah An-Najm 53:17

Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı

Verse 18 — Surah An-Najm 53:18

O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü

Verse 19 — Surah An-Najm 53:19

Siz tapındığınız Lat və Uzzanı gördünüzmü

Verse 20 — Surah An-Najm 53:20

Həmçinin üçüncü olan Mənatı da

Verse 21 — Surah An-Najm 53:21

Məgər oğlanlar sizin, qızlar Onundurmu

Verse 22 — Surah An-Najm 53:22

Onda bu ədalətsiz bölgü olardı

Verse 23 — Surah An-Najm 53:23

Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir

Verse 24 — Surah An-Najm 53:24

Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır

Verse 25 — Surah An-Najm 53:25

Axirət də, dünya da Allahındır

Verse 26 — Surah An-Najm 53:26

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz

Verse 27 — Surah An-Najm 53:27

Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər

Verse 28 — Surah An-Najm 53:28

Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz

Verse 29 — Surah An-Najm 53:29

Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir

Verse 30 — Surah An-Najm 53:30

Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır

Verse 31 — Surah An-Najm 53:31

Göylərdə və yerdə nə varsa, Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür

Verse 32 — Surah An-Najm 53:32

Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir

Verse 33 — Surah An-Najm 53:33

Gördünmü üz çevirəni

Verse 34 — Surah An-Najm 53:34

malından azacıq verib sonra heç verməyəni

Verse 35 — Surah An-Najm 53:35

Məgər o, qeybi bilirmi ki, bunu görsün

Verse 36 — Surah An-Najm 53:36

Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi

Verse 37 — Surah An-Najm 53:37

Məgər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi

Verse 38 — Surah An-Najm 53:38

Heç bir günahkar başqasının günah yükünü daşımaz

Verse 39 — Surah An-Najm 53:39

İnsan can atdığı şeyə nail olar

Verse 40 — Surah An-Najm 53:40

Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır

Verse 41 — Surah An-Najm 53:41

Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”

Verse 42 — Surah An-Najm 53:42

Son dönüş sənin Rəbbinədir

Verse 43 — Surah An-Najm 53:43

Güldürən də, ağladan da Odur

Verse 44 — Surah An-Najm 53:44

Öldürən də, dirildən də Odur

Verse 45 — Surah An-Najm 53:45

O, insanlardan və heyvanlardan biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –

Verse 46 — Surah An-Najm 53:46

axıdılan bir nütfədən

Verse 47 — Surah An-Najm 53:47

Təkrar diriltmək də Ona aiddir

Verse 48 — Surah An-Najm 53:48

Dövlətli edən də, kasıb edən də Odur

Verse 49 — Surah An-Najm 53:49

Şiranın da Rəbbi Odur

Verse 50 — Surah An-Najm 53:50

O, əvvəlki Ad tayfasını məhv etdi

Verse 51 — Surah An-Najm 53:51

Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı

Verse 52 — Surah An-Najm 53:52

Daha öncə Nuh qövmünü də məhv etdi, çünki onlar daha zalım, daha azğın kimsələr idi

Verse 53 — Surah An-Najm 53:53

Alt-üst olmuş kəndləri də O viran qoydu

Verse 54 — Surah An-Najm 53:54

Onların başına gətirdiyini gətirdi

Verse 55 — Surah An-Najm 53:55

Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən

Verse 56 — Surah An-Najm 53:56

Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır

Verse 57 — Surah An-Najm 53:57

Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı

Verse 58 — Surah An-Najm 53:58

Allahdan başqa heç kəs onun qarşısını ala bilməz

Verse 59 — Surah An-Najm 53:59

Siz bu Sözə təəccüblənirsiniz

Verse 60 — Surah An-Najm 53:60

gülürsünüz, heç ağlamırsınız

Verse 61 — Surah An-Najm 53:61

və oynayıb əylənirsiniz

Verse 62 — Surah An-Najm 53:62

Siz Allaha səcdə qılın və Ona ibadət edin