Back to Languages

Azerbaijani - Chapter 68 - Al-Qalam

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Qalam 68:1

Nun. And olsun qələmə və qələmə alınanlara

Verse 2 — Surah Al-Qalam 68:2

Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən

Verse 3 — Surah Al-Qalam 68:3

Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır

Verse 4 — Surah Al-Qalam 68:4

Həqiqətən də, sən böyük əxlaq sahibisən

Verse 5 — Surah Al-Qalam 68:5

Sən də görəcəksən, onlar da –

Verse 6 — Surah Al-Qalam 68:6

hansınızın dəli olduğunu

Verse 7 — Surah Al-Qalam 68:7

Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır

Verse 8 — Surah Al-Qalam 68:8

Elə isə haqqı yalan sayanlara güzəştə getmə

Verse 9 — Surah Al-Qalam 68:9

Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər

Verse 10 — Surah Al-Qalam 68:10

İtaət etmə hər tez-tez and içənə, alçağa

Verse 11 — Surah Al-Qalam 68:11

qeybət edənə, dedi-qodu yayana

Verse 12 — Surah Al-Qalam 68:12

xeyrə mane olana, həddi aşana, günahkara

Verse 13 — Surah Al-Qalam 68:13

daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –

Verse 14 — Surah Al-Qalam 68:14

o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə

Verse 15 — Surah Al-Qalam 68:15

Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər

Verse 16 — Surah Al-Qalam 68:16

Biz onun burnuna damğa vuracağıq

Verse 17 — Surah Al-Qalam 68:17

Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər

Verse 18 — Surah Al-Qalam 68:18

və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər)

Verse 19 — Surah Al-Qalam 68:19

Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü

Verse 20 — Surah Al-Qalam 68:20

Bağ yanıb zülmət gecə kimi qapqara oldu

Verse 21 — Surah Al-Qalam 68:21

Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar

Verse 22 — Surah Al-Qalam 68:22

“Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”

Verse 23 — Surah Al-Qalam 68:23

Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar

Verse 24 — Surah Al-Qalam 68:24

“Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”

Verse 25 — Surah Al-Qalam 68:25

Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər

Verse 26 — Surah Al-Qalam 68:26

Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik

Verse 27 — Surah Al-Qalam 68:27

Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”

Verse 28 — Surah Al-Qalam 68:28

Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”

Verse 29 — Surah Al-Qalam 68:29

Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”

Verse 30 — Surah Al-Qalam 68:30

Onlar dönüb bir-birlərini qınamağa başladılar

Verse 31 — Surah Al-Qalam 68:31

və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq

Verse 32 — Surah Al-Qalam 68:32

Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”

Verse 33 — Surah Al-Qalam 68:33

Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər

Verse 34 — Surah Al-Qalam 68:34

Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır

Verse 35 — Surah Al-Qalam 68:35

Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı

Verse 36 — Surah Al-Qalam 68:36

Sizə nə olub, necə hökm verirsiniz

Verse 37 — Surah Al-Qalam 68:37

Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz

Verse 38 — Surah Al-Qalam 68:38

Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır

Verse 39 — Surah Al-Qalam 68:39

Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır

Verse 40 — Surah Al-Qalam 68:40

Onlardan soruş ki, kim buna zamin duracaqdır

Verse 41 — Surah Al-Qalam 68:41

Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər

Verse 42 — Surah Al-Qalam 68:42

Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –

Verse 43 — Surah Al-Qalam 68:43

onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular

Verse 44 — Surah Al-Qalam 68:44

Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik

Verse 45 — Surah Al-Qalam 68:45

Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür

Verse 46 — Surah Al-Qalam 68:46

Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər

Verse 47 — Surah Al-Qalam 68:47

Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar

Verse 48 — Surah Al-Qalam 68:48

Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi

Verse 49 — Surah Al-Qalam 68:49

Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı

Verse 50 — Surah Al-Qalam 68:50

Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi

Verse 51 — Surah Al-Qalam 68:51

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər

Verse 52 — Surah Al-Qalam 68:52

Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir