Back to Languages

Azerbaijani - Chapter 79 - An-Naziat

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah An-Naziat 79:1

And olsun kafirlərin canını zorla alanlara

Verse 2 — Surah An-Naziat 79:2

And olsun möminlərin canını rahatlıqla alanlara

Verse 3 — Surah An-Naziat 79:3

And olsun göydə üzdükcə üzənlərə

Verse 4 — Surah An-Naziat 79:4

And olsun ötdükcə ötənlərə

Verse 5 — Surah An-Naziat 79:5

And olsun buyruqları yerinə yetirənlərə

Verse 6 — Surah An-Naziat 79:6

O gün lərzəyə gələn lərzələnəcək

Verse 7 — Surah An-Naziat 79:7

onun ardınca təkrar lərzələnəcək

Verse 8 — Surah An-Naziat 79:8

Həmən gün qəlblər qorxudan tir-tir əsəcək

Verse 9 — Surah An-Naziat 79:9

Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq

Verse 10 — Surah An-Naziat 79:10

Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik

Verse 11 — Surah An-Naziat 79:11

Sümüklərimiz çürüdükdən sonra?”

Verse 12 — Surah An-Naziat 79:12

Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”

Verse 13 — Surah An-Naziat 79:13

O surun üfürülməsi təkcə qorxunc bir səsdir

Verse 14 — Surah An-Naziat 79:14

O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar

Verse 15 — Surah An-Naziat 79:15

Musanın hadisəsi sənə yetişdimi

Verse 16 — Surah An-Naziat 79:16

O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi

Verse 17 — Surah An-Naziat 79:17

“Fironun yanına yollan! O, həddini çox aşmışdır

Verse 18 — Surah An-Naziat 79:18

De: “Günahlardan xilas olmaq istəyirsənmi

Verse 19 — Surah An-Naziat 79:19

Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”

Verse 20 — Surah An-Naziat 79:20

Musa ən böyük möcüzəni Firona göstərdi

Verse 21 — Surah An-Naziat 79:21

O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi

Verse 22 — Surah An-Naziat 79:22

Sonra da üz döndərib fəsad törətməyə girişdi

Verse 23 — Surah An-Naziat 79:23

O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək

Verse 24 — Surah An-Naziat 79:24

dedi: “Sizin ən uca rəbbiniz mənəm!”

Verse 25 — Surah An-Naziat 79:25

Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı

Verse 26 — Surah An-Naziat 79:26

Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var

Verse 27 — Surah An-Naziat 79:27

Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu

Verse 28 — Surah An-Naziat 79:28

onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi

Verse 29 — Surah An-Naziat 79:29

gecəsini qaranlıq edib, səhərini də nurlandırdı

Verse 30 — Surah An-Naziat 79:30

Sonra yeri döşəyib

Verse 31 — Surah An-Naziat 79:31

onda su və otlaq yaratdı

Verse 32 — Surah An-Naziat 79:32

dağları da yerə bərkitdi

Verse 33 — Surah An-Naziat 79:33

Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür

Verse 34 — Surah An-Naziat 79:34

Ən böyük fəlakətin gəldiyi zaman –

Verse 35 — Surah An-Naziat 79:35

o gün insan törətdiklərini xatırlayacaqdır

Verse 36 — Surah An-Naziat 79:36

Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir

Verse 37 — Surah An-Naziat 79:37

Kim həddi aşmışsa

Verse 38 — Surah An-Naziat 79:38

dünya həyatını axirətdən üstün bilmişsə

Verse 39 — Surah An-Naziat 79:39

həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır

Verse 40 — Surah An-Naziat 79:40

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə

Verse 41 — Surah An-Naziat 79:41

həqiqətən, Cənnət onun məskəni olacaq

Verse 42 — Surah An-Naziat 79:42

Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar

Verse 43 — Surah An-Naziat 79:43

Axı sən onu haradan biləsən

Verse 44 — Surah An-Naziat 79:44

Onu kamil bilmək sənin Rəbbinə aiddir

Verse 45 — Surah An-Naziat 79:45

Sən yalnız ondan qorxanı xəbərdar edənsən

Verse 46 — Surah An-Naziat 79:46

Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər