Back to Languages

Azerbaijani - Chapter 82 - Al-Infitar

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Infitar 82:1

Göy parçalanacağı zaman

Verse 2 — Surah Al-Infitar 82:2

ulduzlar səpələnəcəyi zaman

Verse 3 — Surah Al-Infitar 82:3

dənizlər daşıb bir-birinə qarışacağı zaman

Verse 4 — Surah Al-Infitar 82:4

qəbirlər çevriləcəyi zaman

Verse 5 — Surah Al-Infitar 82:5

hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir

Verse 6 — Surah Al-Infitar 82:6

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir

Verse 7 — Surah Al-Infitar 82:7

O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi

Verse 8 — Surah Al-Infitar 82:8

Səni istədiyi şəklə saldı

Verse 9 — Surah Al-Infitar 82:9

Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz

Verse 10 — Surah Al-Infitar 82:10

Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

Verse 11 — Surah Al-Infitar 82:11

çox möhtərəm, əməllərinizi yazanlar

Verse 12 — Surah Al-Infitar 82:12

Onlar sizin nə etdiklərinizi bilirlər

Verse 13 — Surah Al-Infitar 82:13

Həqiqətən, itaətkarlar nemət içində olacaqlar

Verse 14 — Surah Al-Infitar 82:14

Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar

Verse 15 — Surah Al-Infitar 82:15

Onlar ora Haqq-hesab günü girəcəklər

Verse 16 — Surah Al-Infitar 82:16

Onlar əsla ondan yayına bilməyəcəklər

Verse 17 — Surah Al-Infitar 82:17

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir

Verse 18 — Surah Al-Infitar 82:18

Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir

Verse 19 — Surah Al-Infitar 82:19

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır