Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 96 - Al-Alaq
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Al-Alaq 96:1
Yaradan Rəbbinin adı ilə oxu
Verse 2 — Surah Al-Alaq 96:2
O, insanı qan laxtasından yaratdı
Verse 3 — Surah Al-Alaq 96:3
Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir
Verse 4 — Surah Al-Alaq 96:4
O, qələmlə yazmağı öyrətdi
Verse 5 — Surah Al-Alaq 96:5
İnsana bilmədiklərini öyrətdi
Verse 6 — Surah Al-Alaq 96:6
Xeyr! İnsan, doğrudan da, həddini aşır –
Verse 7 — Surah Al-Alaq 96:7
özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə
Verse 8 — Surah Al-Alaq 96:8
Axı son dönüşün Rəbbinədir
Verse 9 — Surah Al-Alaq 96:9
Gördünmü o kəsi ki, mane olur –
Verse 10 — Surah Al-Alaq 96:10
bir bəndəyə namaz qıldığı zaman
Verse 11 — Surah Al-Alaq 96:11
Söylə görək, əgər o bəndə doğru yoldadırsa
Verse 12 — Surah Al-Alaq 96:12
yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun
Verse 13 — Surah Al-Alaq 96:13
Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun
Verse 14 — Surah Al-Alaq 96:14
Məgər o bilmir ki, Allah görür
Verse 15 — Surah Al-Alaq 96:15
Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –
Verse 16 — Surah Al-Alaq 96:16
yalançı, günahkar kəkilindən
Verse 17 — Surah Al-Alaq 96:17
Qoy öz yığnağını çağırsın
Verse 18 — Surah Al-Alaq 96:18
Biz də əzab mələklərini çağıracağıq
Verse 19 — Surah Al-Alaq 96:19
Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş