Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 98 - Al-Bayyinah
Translation by Alikhan Musayev — Permalink
Verse 1 — Surah Al-Bayyinah 98:1
Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər
Verse 2 — Surah Al-Bayyinah 98:2
Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir
Verse 3 — Surah Al-Bayyinah 98:3
Onların içində doğru yazılar vardır
Verse 4 — Surah Al-Bayyinah 98:4
Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər
Verse 5 — Surah Al-Bayyinah 98:5
Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur
Verse 6 — Surah Al-Bayyinah 98:6
Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir
Verse 7 — Surah Al-Bayyinah 98:7
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar
Verse 8 — Surah Al-Bayyinah 98:8
Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür