Back to Languages

Azerbaijani - Chapter 21 - Al-Anbiya

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Anbiya 21:1

Insanların hesaba cəkiləcəkləri gun yaxınlasdı. Amma onlar hələ də qəflət icində imandan uz cevirirlər

Verse 2 — Surah Al-Anbiya 21:2

Onlara oz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar –

Verse 3 — Surah Al-Anbiya 21:3

qəlbləri qəflət icində qaldıgı halda. Zalımlar oz aralarında xəlvətcə pıcıldasıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gozunuz gorə-gorə sehrəmi inanacaqsınız?”

Verse 4 — Surah Al-Anbiya 21:4

Peygəmbər dedi: “Rəbbim goydə və yerdə deyilən sozləri bilir. O, Esidəndir, Biləndir!”

Verse 5 — Surah Al-Anbiya 21:5

Onlar dedilər: “Bunlar qarmaqarısıq yuxulardır! Xeyr, o bunu ozundən uydurmusdur! Xeyr, o, bir sairdir! Qoy o, əvvəlki elcilərə gondərilən mocuzələr kimi bizə də bir mocuzə gətirsin”

Verse 6 — Surah Al-Anbiya 21:6

Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən hec biri iman gətirməmisdi. Indi bunlarmı iman gətirəcəklər

Verse 7 — Surah Al-Anbiya 21:7

Biz səndən əvvəl də ozlərinə vəhy nazil etdiyimiz ancaq kisilər gondərmisdik. Əgər bilmirsinizsə, Zikr əhlindən sorusun

Verse 8 — Surah Al-Anbiya 21:8

Biz onları yemək yeməyən bir vucud etmədik. Onlar əbədi də deyillər

Verse 9 — Surah Al-Anbiya 21:9

Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi asanları məhvə ugratdıq

Verse 10 — Surah Al-Anbiya 21:10

Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər basa dusmursunuz

Verse 11 — Surah Al-Anbiya 21:11

Biz zalım olan necə-necə məmləkəti məhv edib, sonra basqa xalqlar yaratdıq

Verse 12 — Surah Al-Anbiya 21:12

Onlar əzabımızı hiss edən kimi dərhal oradan qacmaga basladılar

Verse 13 — Surah Al-Anbiya 21:13

“Qacmayın! Icində oldugunuz xos guzərana və yurdlarınıza qayıdın. Bəlkə, sizinlə məsləhətləsdilər”

Verse 14 — Surah Al-Anbiya 21:14

Onlar: “Vay halımıza! Biz, dogrudan da zalım olmusuq”– deyirdilər

Verse 15 — Surah Al-Anbiya 21:15

Biz onları yanmıs kuləsə dondərənəcən fəryad qoparırdılar

Verse 16 — Surah Al-Anbiya 21:16

Biz goyu, yeri və onların arasında olanları əyləncə ucun yaratmamısıq

Verse 17 — Surah Al-Anbiya 21:17

Əgər Biz Ozumuzə əyləncə duzəltmək fikrində olsaydıq, onu mutləq Oz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik

Verse 18 — Surah Al-Anbiya 21:18

Xeyr, Biz haqqı batilin ustunə atarıq və o da onun isini bitirər. Bir anda batilin yox olub getdiyini gorərsiniz. Allaha aid etdiyiniz sifətlərə gorə vay halınıza

Verse 19 — Surah Al-Anbiya 21:19

Goylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təsəxxus gostərmir və bundan yorulmurlar

Verse 20 — Surah Al-Anbiya 21:20

Onlar gecə-gunduz, usanmadan Onun səninə təriflər deyirlər

Verse 21 — Surah Al-Anbiya 21:21

Yoxsa musriklər ozlərinə yerdə oluləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər

Verse 22 — Surah Al-Anbiya 21:22

Əgər goydə və yerdə Allahdan basqa məbudlar olsaydı, onların hər ikisi fəsada ugrayardı. Ərsin sahibi olan Allah pakdır və musriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır

Verse 23 — Surah Al-Anbiya 21:23

Allah gorduyu islər ucun məsuliyyət dasımaz; onlar isə dasıyacaqlar

Verse 24 — Surah Al-Anbiya 21:24

Məgər musriklər Ondan basqa məbudlaramı tapınmıslar? De: “Subutunuzu gostərin! Budur mənimlə olanların zikri və məndən oncəkilərin zikri”. Lakin onların coxu əsl həqiqəti bilmir və ondan uz cevirərlər

Verse 25 — Surah Al-Anbiya 21:25

Səndən əvvəl elə bir elci gondərməmisik ki, ona: “Məndən basqa hec bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək

Verse 26 — Surah Al-Anbiya 21:26

Kafirlər: “Mərhəmətli Allah Ozunə ovlad goturdu!”– dedilər. O, pakdır, muqəddəsdir! Əksinə, o mələklər mohtərəm qullardır

Verse 27 — Surah Al-Anbiya 21:27

Mələklər Ondan qabaq danısmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər

Verse 28 — Surah Al-Anbiya 21:28

Allah onların kecmisini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldıgı səxslərdən otru səfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər

Verse 29 — Surah Al-Anbiya 21:29

Onlardan kimsə: “Mən Ondan basqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq

Verse 30 — Surah Al-Anbiya 21:30

Məgər kafirlər goylərlə yer bir oldugu zaman Bizim onları bir-birindən araladıgımızı, hər bir canlını sudan yaratdıgımızı gormurlərmi? Yenədəmi inanmırlar

Verse 31 — Surah Al-Anbiya 21:31

Yerin onları yırgalamamasından otru orada mohkəm daglar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada genis yollar saldıq

Verse 32 — Surah Al-Anbiya 21:32

Goyu muhafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən uz cevirirlər

Verse 33 — Surah Al-Anbiya 21:33

Gecəni, gunduzu, gunəsi və ayı da yaradan Odur. Onların hər biri oz orbitində uzur

Verse 34 — Surah Al-Anbiya 21:34

Səndən əvvəl də hec bir bəsərə olumsuzluk nəsib etmədik. Məgər sən oləcəksən, onlar həmisəlik qalacaqlar

Verse 35 — Surah Al-Anbiya 21:35

Hər kəs olumu dadacaqdır. Biz sizi sınamaq ucun sər və xeyirlə imtahana cəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız

Verse 36 — Surah Al-Anbiya 21:36

Kafirlər səni gordukləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın oyud-nəsihətini inkar edirlər

Verse 37 — Surah Al-Anbiya 21:37

Insan tələsən yaradılmısdır. Mən dəlillərimi sizə gostərəcəyəm. Məni tələsdirməyin

Verse 38 — Surah Al-Anbiya 21:38

Onlar: “Əgər dogru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər

Verse 39 — Surah Al-Anbiya 21:39

Kas ki, kafirlər uzlərindən və kurəklərindən onları saracaq alovdan qaca bilməyəcəkləri və onlara hec bir koməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər

Verse 40 — Surah Al-Anbiya 21:40

Yox, Qiyamət onlara gozləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarsısını ala bilməyəcəklər və onlara hec aman da verilməyəcəkdir

Verse 41 — Surah Al-Anbiya 21:41

Allahın səndən əvvəlki elciləri də məsxərəyə qoyulmusdu. Onlara risxənd edənləri həmin o istehza etdikləri sey məhv etdi

Verse 42 — Surah Al-Anbiya 21:42

De: “Gecə də, gunduz də sizi Mərhəmətli Allahdan mudafiə etməyə qadir olan kimdir?” Lakin onlar oz Rəbbinin nəsihətlərindən uz dondərdilər

Verse 43 — Surah Al-Anbiya 21:43

Yoxsa onları Bizdən qoruya biləcək məbudlarımı vardır? Onlar hec ozlərinə komək etməyə qadir deyillər. Bizdən də mudafiə oluna bilməzlər

Verse 44 — Surah Al-Anbiya 21:44

Bəli, Biz onlara və atalarına omurləri boyunca xos guzəran verdik. Məgər onlar Bizim, gəlib musriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi gormurlərmi? Dogrudanmı onlar qalib gələcəklər

Verse 45 — Surah Al-Anbiya 21:45

De: “Mən sizi ancaq vəhy ilə qabaqcadan xəbərdar edirəm”. Karlar, xəbərdar edilsələr də, cagırısı esitməzlər

Verse 46 — Surah Al-Anbiya 21:46

Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mutləq: “Vay halımıza! Biz, həqiqətən də zalım olmusuq”– deyərlər

Verse 47 — Surah Al-Anbiya 21:47

Biz qiyamət gunu ədalət tərəziləri ilə haqq-hesab cəkəcəyik. Hec kimə hər hansı bir seydə ədalətsizlik edilməyəcəkdir. Gorulmus is bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacagıq. Biz haqqı arasdırmaga bəs edərik

Verse 48 — Surah Al-Anbiya 21:48

Biz Furqanı muttəqilərdən otru bir nur və oyud-nəsihət kimi Musa və Haruna vermisdik

Verse 49 — Surah Al-Anbiya 21:49

O muttəqilər ki, oz Rəbbindən Onu gormədikləri halda qorxur və gələcək o Saatdan lərzəyə gəlirlər

Verse 50 — Surah Al-Anbiya 21:50

Bu, nazil etdiyimiz mubarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz

Verse 51 — Surah Al-Anbiya 21:51

Biz daha oncə Ibrahimə də ozunə layiq dogru bir yol bəxs etmisdik. Biz onu tanıyırdıq

Verse 52 — Surah Al-Anbiya 21:52

Bir zaman o oz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayis edirsiniz?”– demisdi

Verse 53 — Surah Al-Anbiya 21:53

Onlar: “Biz atalarımızı onlara ibadət edən gormusuk!”– demisdilər

Verse 54 — Surah Al-Anbiya 21:54

Ibrahim demisdi: “Dogrusu, siz də, atalarınız da, acıq-aydın bir azgınlıq icindəsiniz”

Verse 55 — Surah Al-Anbiya 21:55

Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?”– demisdilər

Verse 56 — Surah Al-Anbiya 21:56

Ibrahim demisdi: “Xeyr, sizin Rəbbiniz, yaratdıgı goylərin də, yerin də Rəbbidir. Mən də buna sahidlik edənlərdənəm

Verse 57 — Surah Al-Anbiya 21:57

Allaha and olsun ki, siz geriyə donub getdikdən sonra butlərinizə bir kələk gələcəyəm!”

Verse 58 — Surah Al-Anbiya 21:58

Nəhayət Ibrahim butləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona muraciət edələr

Verse 59 — Surah Al-Anbiya 21:59

Onlar dedilər: “Məbudlarımızı kim bu kokə salıb? Subhəsiz ki, o, zalımlardandır!”

Verse 60 — Surah Al-Anbiya 21:60

Bəziləri: “Ibrahim deyilən bir gəncin onları pislədiyini esitmisik”– dedilər

Verse 61 — Surah Al-Anbiya 21:61

Digərləri də: “Onu camaatın gozu qabagına gətirin ki, sahidlik etsinlər”– dedilər

Verse 62 — Surah Al-Anbiya 21:62

Onlar dedilər: “Məbudlarımızı sənmi bu kokə saldın, ey Ibrahim?”

Verse 63 — Surah Al-Anbiya 21:63

Ibrahim dedi: “Xeyr, bunu onların bu boyuyu etmis olar. Əgər danısa bilirlərsə, ozlərindən sorusun”

Verse 64 — Surah Al-Anbiya 21:64

Onlar oz-ozlərinə muraciətlə: “Həqiqətən də, siz zalımlarsınız”– dedilər

Verse 65 — Surah Al-Anbiya 21:65

Sonra yenə oz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danısmırlar”

Verse 66 — Surah Al-Anbiya 21:66

Ibrahim dedi: “Elə isə Allahı qoyub sizə hec bir fayda və zərər verə bilməyən butlərəmi tapınırsınız

Verse 67 — Surah Al-Anbiya 21:67

Tfu sizə də, Allahdan basqa tapındıqlarınıza da! Dogurdandamı, siz dərk etmirsiniz?”

Verse 68 — Surah Al-Anbiya 21:68

Onlar dedilər: “Əgər ondan əvəz cıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza komək edəsiniz”

Verse 69 — Surah Al-Anbiya 21:69

Biz: “Ey od! Ibrahim ucun sərin və zərərsiz ol!”– dedik

Verse 70 — Surah Al-Anbiya 21:70

Onlar Ibrahimə qəsd etmək fikrinə dusdulər, lakin Biz onları daha siddətli cəzaya məruz qoyduq

Verse 71 — Surah Al-Anbiya 21:71

Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər ucun bərəkət verdiyimiz yerə gətirdik

Verse 72 — Surah Al-Anbiya 21:72

Biz ona Ishaqı və bir də Yaqubu bagıslayıb hamısını əməlisaleh insanlar etdik

Verse 73 — Surah Al-Anbiya 21:73

Biz Oz hokmumuzlə onları dogru yolu gostərən rəhbərlər etdik. Onlara xeyirli islər gorməyi, namaz qılmagı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər

Verse 74 — Surah Al-Anbiya 21:74

Lutu da yada sal! Biz ona hokmranlıq (peygəmbərlik) və elm bəxs etdik, onu cirkin islər gorən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qovm idilər

Verse 75 — Surah Al-Anbiya 21:75

Biz onu Oz mərhəmətimizə qovusdurduq. O, həqiqətən, əməlisalehlərdən idi

Verse 76 — Surah Al-Anbiya 21:76

Nuhu da yada sal! Daha oncə o dua etmisdi. Biz onun duasını qəbul etmis, onu və onun ailəsini boyuk qəm-qussədən qurtarmısdıq

Verse 77 — Surah Al-Anbiya 21:77

Biz onu ayələrimizi yalan hesab edən adamlardan mudafiə etdik. Dogrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq

Verse 78 — Surah Al-Anbiya 21:78

Davudu və Suleymanı da yada sal! Bir zaman onlar ozgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hokm vermisdilər. Biz onların hokmunə sahid idik

Verse 79 — Surah Al-Anbiya 21:79

Biz o hokmu Suleymana anlatdıq. Hər ikisinə hokmranlıq (peygəmbərlik) və elm bəxs etdik. Biz dagları və qusları Davudla birlikdə Allahı tərifləmələri ucun ona ram etdik. Bunları Biz etdik

Verse 80 — Surah Al-Anbiya 21:80

Biz Davuda sizi doyusdə təhlukələrdən muhafizə etmək ucun zirehlər duzəltməyi oyrətdik. Hec siz sukur edirsinizmi

Verse 81 — Surah Al-Anbiya 21:81

Guclu əsən kuləyi Suleymana ram etdik. Kuləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Sama) tərəf əsərdi. Biz hər seyi bilirik

Verse 82 — Surah Al-Anbiya 21:82

Seytanlar arasından onun ucun dəniz sularına dalıb dalgıclıq edən və bundan basqa digər islər gorənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq

Verse 83 — Surah Al-Anbiya 21:83

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demisdi: “Mənə, həqiqətən də, bəla ducar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Verse 84 — Surah Al-Anbiya 21:84

Biz onun duasını qəbul etdik və ona ducar olmus bəlanı aradan qaldırdıq. Oz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, ustəlik bir o qədər də əlavə etdik

Verse 85 — Surah Al-Anbiya 21:85

Ismaili, Idrisi və Zulkifli də yada sal! Hamısı səbir edənlərdən idilər

Verse 86 — Surah Al-Anbiya 21:86

Biz onları mərhəmətimizə qovusdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər

Verse 87 — Surah Al-Anbiya 21:87

Zun-Nunu da yada sal! Bir zaman o qəzəbli qovmundən ayrılıb getmis və ona gucumuz catmayacagını guman etmisdi. Sonra da zulmətlər icində yalvarıb demisdi: “Səndən basqa ibadətə layiq olan hec bir məbud yoxdur! Sən paksan, muqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmusam!”

Verse 88 — Surah Al-Anbiya 21:88

Biz onun duasını qəbul etdik və onu qəm-qussədən qurtardıq. Biz mominləri belə xilas edirik

Verse 89 — Surah Al-Anbiya 21:89

Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demisdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxsısısan!”

Verse 90 — Surah Al-Anbiya 21:90

Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxs etdik və zovcəsini ona usaq dogmaga qadir etdik. Həqiqətən, onlar yaxsı islər gorməyə tələsər, umid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə muti qullar idilər

Verse 91 — Surah Al-Anbiya 21:91

Ismətini qoruyan Məryəmi də yada sal! Biz onun paltarının dosundəki kəsiyinə Oz ruhumuzdan Cəbrail vasitəsilə ufurduk, onu və onun oglunu aləmlərə bir mocuzə etdik

Verse 92 — Surah Al-Anbiya 21:92

Həqiqətən, bu, vahid bir din olaraq sizin hamınızın dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin

Verse 93 — Surah Al-Anbiya 21:93

Lakin onlar ozlərinə məxsus dini oz aralarında parcalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim huzurumuza qayıdacaqlar

Verse 94 — Surah Al-Anbiya 21:94

Kim momin oldugu halda yaxsı islər gorsə, onun zəhməti inkar olunmaz. Subhəsiz ki, Biz onun əməllərini yazırıq

Verse 95 — Surah Al-Anbiya 21:95

Məhv etdiyimiz obalara qadaga qoyulmusdur və onların əhalisi bir daha bu dunyaya qayıtmayacaqlar

Verse 96 — Surah Al-Anbiya 21:96

Nəhayət, Yəcuc və Məcuc səddi acıldıgı və onlar təpələrdən axısıb gəldikləri zaman

Verse 97 — Surah Al-Anbiya 21:97

haqq olan vədimiz yaxınlasdıqda kafirlərin gozləri dərhal bərələcəkdir. Onlar deyəcəklər: “Vay halımıza! Biz bundan qafil idik. Ustəlik zalım da olmusuq!”

Verse 98 — Surah Al-Anbiya 21:98

Ey kafirlər! Siz və Allahdan basqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz mutləq ora girəcəksiniz

Verse 99 — Surah Al-Anbiya 21:99

Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar

Verse 100 — Surah Al-Anbiya 21:100

Onlar orada xırıldayacaq və hec nə esitməyəcəklər

Verse 101 — Surah Al-Anbiya 21:101

Əzəldən ən gozəl aqibət yazılmıs insanlara gəldikdə isə, onlar Oddan uzaqlasdırılmıs olacaqlar

Verse 102 — Surah Al-Anbiya 21:102

Onlar onun xısıltısını belə esitməyəcəklər. Onlar urəklərinin istədiyi seylər arasında əbədi qalacaqlar

Verse 103 — Surah Al-Anbiya 21:103

Ən boyuk dəhsət onları kədərləndirməyəcək. Mələklər onları qarsılayıb: “Bu sizə vəd olunmus gununuzdur!”– deyəcəklər

Verse 104 — Surah Al-Anbiya 21:104

O gun goyu yazılı səhifələrin bukulduyu kimi bukəcəyik. Məxluqatı ilk dəfə yaratdıgımız kimi yenə əvvəlki halına qaytaracagıq. Biz vəd vermisik. Sozsuz ki, Biz onu yerinə yetirəcəyik

Verse 105 — Surah Al-Anbiya 21:105

Biz Zikrdən (Lovhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmısdıq ki, yer uzunə Mənim əməlisaleh qullarım varis olacaqlar

Verse 106 — Surah Al-Anbiya 21:106

Həqiqətən, bunda ibadət edənlər ucun bir bildiris vardır

Verse 107 — Surah Al-Anbiya 21:107

Səni də aləmlərə ancaq bir rəhmət olaraq gondərdik

Verse 108 — Surah Al-Anbiya 21:108

De: “Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan Ilahdır. Siz musəlman olmayacaqsınızmı?”

Verse 109 — Surah Al-Anbiya 21:109

Əgər onlar uz dondərsələr, de: “Mən bu dini sizə oldugu kimi təblig etdim. Sizə vəd olunan seyin yaxın və ya uzaq oldugunu bilmirəm

Verse 110 — Surah Al-Anbiya 21:110

Soz yoxdur ki, Allah acıq deyilən sozu də, sizin gizlədib saxladıqlarınızı da bilir

Verse 111 — Surah Al-Anbiya 21:111

Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan kecirtmək və muəyyən muddət ərzində bu dunyada faydalanmagınız ucundur”

Verse 112 — Surah Al-Anbiya 21:112

Peygəmbər dedi: “Ey Rəbbim! Mənimlə kafirlər arasında ədalətlə hokm ver! Sizin aid etdiyiniz sifətlərə qarsı ancaq Mərhəmətli olan Rəbbimizdən komək diləmək lazımdır”