Verse 1 — Surah Al-Fatiha 1:1
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Verse 2 — Surah Al-Fatiha 1:2
Həmd, aləmlərin Rəbbi Allaha məxsudur –
Verse 3 — Surah Al-Fatiha 1:3
Mərhəmətli və Rəhmliyə
Verse 4 — Surah Al-Fatiha 1:4
Din gününün Hökmdarına
Verse 5 — Surah Al-Fatiha 1:5
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik
Verse 6 — Surah Al-Fatiha 1:6
Bizi doğru yola yönəlt –
Verse 7 — Surah Al-Fatiha 1:7
nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox