Back to Languages

Azerbaijani - Chapter 13 - Ar-Rad

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ar-Rad 13:1

Əlif. Ləm. Mim. Ra. Bun­lar Kitab­ın ayələridir. Rəbbin­dən sə­nə nazil edilən həqi­qət­dir, lakin in­sanların çoxu buna inanmır

Verse 2 — Surah Ar-Rad 13:2

Gördüyünüz göyləri di­rək­siz yük­səldən, sonra da Ərşə uca­lan, müəyyən vaxta qədər göydə hərə­kət edən günəşi və ayı əmrinə ta­be edən Allahdır. O, iş­ləri yoluna qoyur və ayə­lərini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşaca­ğı­nı­za yə­qinliklə inanasınız

Verse 3 — Surah Ar-Rad 13:3

Yeri döşəyən, orada möh­kəm dağ­lar, çaylar yaradan və bü­tün meyvə­lər­dən cüt-cüt ye­tişdi­rən də Odur. O, gün­düzü gecə ilə ör­tüb bürüyür. Həqi­qə­tən də, bun­da dərin düşü­nən adamlar üçün dəlillər vardır

Verse 4 — Surah Ar-Rad 13:4

Yer üzündə bir-birinə ya­xın müx­tə­lif münbitli torpaq sa­hələri, üzüm bağ­ları, əkinlər, şa­xəli-şa­xəsiz xurma ağac­ları var­dır. On­lar ey­ni su ilə suva­rılır. Lakin Biz yeyilməsinə görə on­la­rın birini di­gə­rin­dən üstün edi­rik. Doğru­dan da, bun­da ba­şa dü­şən adamlar üçün də­lil­lər var­

Verse 5 — Surah Ar-Rad 13:5

Əgər təəccüblənirsənsə, on­ların: “Doğrudanmı biz tor­paq ol­duqdan son­ra yenidən ya­ra­dıla­cağıq?” sözünə tə­əc­cüblən. Onlar Rəbbini inkar edən­lər­dir. Onlar boyunlarında qandallar olan­lar­dır. Onlar Od sakin­ləri­dirlər və onlar ora­da əbədi qala­caq­lar

Verse 6 — Surah Ar-Rad 13:6

Müşriklər səni yaxşılıq­dan öncə pisliyə – əzabın gəl­məsinə tə­ləs­dirirlər. Halbuki onlardan əv­vəl neçə-neçə ibrə­ta­miz cə­za­lar olub keçmişdir. Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir

Verse 7 — Surah Ar-Rad 13:7

Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cüzə en­di­ril­məyib?” Sən ancaq xə­bərdar edənsən. Hər qöv­mün bir yol­gös­tərəni var

Verse 8 — Surah Ar-Rad 13:8

Hər bir dişinin bətnində nə daşı­dı­ğı­nı, bətnlərin nəyi əs­kil­dib, nəyi artı­ra­cağını (uşa­ğın doqquz aydan tez yaxud gec doğulaca­ğı­nı) Allah bilir. Onun ya­nında hər şeyin müəyyən ölçüsü var­

Verse 9 — Surah Ar-Rad 13:9

Allah qeybi və aşkarı bi­lən­dir, Bö­yükdür, Ucadır

Verse 10 — Surah Ar-Rad 13:10

Aranızdan sözü gizlə­dən­lər də, onu açıq deyənlər də, ge­cə gizlənib, gündüz gə­zib do­la­nanlar da Allah üçün ey­ni­dir­lər

Verse 11 — Surah Ar-Rad 13:11

Allahın əmri ilə insanın həm önün­də, həm də arxa­sın­da daim onun­la birlikdə olub onu qoruyan mələklər vardır. Həqi­qə­tən də, insanlar nəfs­lə­rin­də olanı dəyişmədikcə, Allah da on­larda ola­nı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pis­lik etmək is­tə­sə, heç nə onun qar­şısını ala bilməz. On­ların On­dan başqa ixti­yar sa­hibi yox­dur

Verse 12 — Surah Ar-Rad 13:12

İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəs­lə­yə­siniz deyə sizə şimşək gös­tərən və yağışla dolu ağır bu­lud­ları var edən Odur

Verse 13 — Surah Ar-Rad 13:13

Göy gurultusu həmd edə­rək Ona təriflər deyir. Mələk­lər də Onun qor­xu­sundan tə­rif­lər deyirlər. Allah ildırımlar gön­də­rib is­tə­di­­yini vurur. Onlar Allah barəsində mübahisə edir­lər. Hal­buki O, şid­dətli cəza ve­rəndir

Verse 14 — Surah Ar-Rad 13:14

Haqq çağırış yalnız Ona­dır. Müş­riklərin Ondan başqa çağır­dıqları isə, on­lara heç bir şeylə cavab vermirlər. Onlar ağ­zına su çat­sın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Hal­buki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan de­yil­. Doğ­ru­su, kafirlərin duası az­ğın­lıq­dan başqa bir şey de­yil­

Verse 15 — Surah Ar-Rad 13:15

Göylərdə və yerdə olan məx­luq­lar da, onların kölgə­lə­ri də sə­hər-axşam istər-istə­məz Allaha səcdə edir

Verse 16 — Surah Ar-Rad 13:16

De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”

Verse 17 — Surah Ar-Rad 13:17

O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar

Verse 18 — Surah Ar-Rad 13:18

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır

Verse 19 — Surah Ar-Rad 13:19

Rəbbindən sənə nazil edi­lənin haqq olduğunu bilən kim­sə, kora bən­zəyə bilərmi? Bun­dan ancaq ağıl sa­hib­ləri ibrət alarlar

Verse 20 — Surah Ar-Rad 13:20

O kəslər ki, Allaha ver­dik­ləri sö­zü yerinə yetirir və əhdi poz­murlar

Verse 21 — Surah Ar-Rad 13:21

O kəslər ki, Allahın qo­vuş­du­rul­masını əmr etdiyi şey­ləri qo­vuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möh­­kəm­lədir), Rəb­bin­dən qorxur və pis haqq-hesabdan çəkinirlər

Verse 22 — Surah Ar-Rad 13:22

O kəslər ki, Rəbbinin Üzü­nü di­ləyərək səbir edir, namaz qı­lır, onlara verdiyimiz ruzi­dən gizli və aşkar xərc­ləyir və pis­liyi yax­şılıqla dəf edirlər. On­lar üçün Axirət yurdu –

Verse 23 — Surah Ar-Rad 13:23

əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər

Verse 24 — Surah Ar-Rad 13:24

“Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!”

Verse 25 — Surah Ar-Rad 13:25

Allahla əhd bağladıq­dan sonra onu pozan, Allahın qo­vuş­du­rulmasını əmr etdiyi şey­ləri kəsən və yer üzündə fitnə-fəsad tö­rə­dənlərə gəlincə, on­lar üçün lənət və pis yurd var­dır

Verse 26 — Surah Ar-Rad 13:26

Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür

Verse 27 — Surah Ar-Rad 13:27

Kafir olanlar deyirlər: “Ni­yə ona Rəbbindən bir mö­cü­zə en­di­ril­məyib?” De: “Şüb­hə­siz ki, Allah istədiyini sap­dı­rır. Tövbə edib Ona üz tutan kim­səni isə doğru yola yö­nəl­dir”

Verse 28 — Surah Ar-Rad 13:28

Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır

Verse 29 — Surah Ar-Rad 13:29

İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran və gö­zəl qayı­dış yeri hazırlan­mışdır

Verse 30 — Surah Ar-Rad 13:30

Beləliklə, Biz səni özün­dən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir üm­­mətə gön­dərdik ki, onlar Mərhə­mətli Allahı inkar et­dik­ləri halda, sə­nə vəhy et­di­yimizi onlara oxu­yasan. De: “O, mə­nim Rəb­bim­dir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yal­nız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”

Verse 31 — Surah Ar-Rad 13:31

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz

Verse 32 — Surah Ar-Rad 13:32

Səndən əvvəlki elçilərə də isteh­za edilmişdi. Mən ka­fir­lə­rə möh­lət ver­dim, sonra isə on­ları yaxaladım. Gö­rəydin on­ları cə­za­landırmağım necə ol­du

Verse 33 — Surah Ar-Rad 13:33

Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz

Verse 34 — Surah Ar-Rad 13:34

Onlara dünya həyatında əzab var­dır. Axirət əzabı isə da­ha mə­şəqqətlidir. Onları Allah­dan qoruyan olmaz

Verse 35 — Surah Ar-Rad 13:35

Müttəqilərə vəd edilmiş Cən­nə­tin vəsfi belədir; onun ağac­la­rı altından çaylar axar və onun yeməkləri də, köl­gəsi də daimidir. Müt­təqilərin aqi­bəti budur. Kafir­lərin aqibəti isə Oddur

Verse 36 — Surah Ar-Rad 13:36

Kitab verdiyimiz kəslər sə­nə na­zil edilənə sevinirlər. Firqə­lər arasında elə­si də var­ ki, onun bir qismini in­kar edirlər. De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir. Mən sizi yalnız Ona ibadət etmə­yə çağı­rıram və qayı­dışım da yalnız Onadır!”

Verse 37 — Surah Ar-Rad 13:37

Beləliklə biz Qu­ranı ərəb­cə bir qa­nun olaraq nazil et­dik. Əgər sənə gələn bu elmdən son­ra onların istəklə­rinə tabe ol­san, sə­ni Allahdan nə bir hi­mayə edən, nə də bir qoruyan olar

Verse 38 — Surah Ar-Rad 13:38

Biz səndən əvvəl də el­çilər gön­dərdik və onlara zöv­cələr və övladlar ver­dik. Heç bir elçi Alla­hın izni olma­dan bir ayə gətirə bil­məzdi. Hər vaxtın bir yazısı var

Verse 39 — Surah Ar-Rad 13:39

Allah bu yazıdan istə­di­yini silər, istədiyini də sabit sax­layar. Ki­tabın anası da Onun yanın­dadır

Verse 40 — Surah Ar-Rad 13:40

Biz onlara vəd etdiyimi­zin bir qismini sənə göstərsək və ya on­dan öncə səni öldür­sək, bil ki, sənin öhdənə dü­şən an­caq təbliğ et­məkdir. Haqq-he­sab çəkmək isə Bizə aiddir

Verse 41 — Surah Ar-Rad 13:41

Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəf­lə­rin­dən azalt­dığı­mızı (müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi) gör­mür­lər­mi? Allah istədiyi kimi hökm verir. Onun hök­münü ləğv edən ol­maz. O, tez haqq-hesab çəkəndir

Verse 42 — Surah Ar-Rad 13:42

Onlardan əvvəlkilər də hiylə qur­dular. Halbuki bütün hiy­lə­lər Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Ka­fir­lər Axi­rət yurdunun kimin ola­ca­ğını bilə­cəklər

Verse 43 — Surah Ar-Rad 13:43

Kafirlər deyirlər: “Sən gön­dəril­miş elçi deyilsən!” De: “Mə­nim­lə sizin aranızda Alla­hın və Kitabı bilən kim­sə­nin şahid ol­ma­sı yetər.”