Back to Languages

Azerbaijani - Chapter 14 - Ibrahim

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ibrahim 14:1

Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır

Verse 2 — Surah Ibrahim 14:2

O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Gi­riftar olacaqları şid­dətli əzab­dan dolayı vay kafirlərin ha­lı­na

Verse 3 — Surah Ibrahim 14:3

O kəslər ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yo­lundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər

Verse 4 — Surah Ibrahim 14:4

Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Hikmət sahibidir

Verse 5 — Surah Ibrahim 14:5

Biz Musanı möcüzələri­miz­lə gön­dərib ona: “Xalqını qa­ran­lıq­dan nura çı­xart və Al­lahın günlə­rini onların ya­dı­na sal”- dedik. Şüb­həsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır

Verse 6 — Surah Ibrahim 14:6

O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”

Verse 7 — Surah Ibrahim 14:7

O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”

Verse 8 — Surah Ibrahim 14:8

Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”

Verse 9 — Surah Ibrahim 14:9

Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”

Verse 10 — Surah Ibrahim 14:10

Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”

Verse 11 — Surah Ibrahim 14:11

Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. La­kin Allah Öz qul­la­rından is­tə­diyinə lütfkarlıq edir. Alla­hın izni ol­ma­dan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy mö­minlər ancaq Alla­ha təvək­kül etsinlər

Verse 12 — Surah Ibrahim 14:12

Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”

Verse 13 — Surah Ibrahim 14:13

Kafir olanlar öz elçilə­ri­nə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də on­lara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

Verse 14 — Surah Ibrahim 14:14

və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rum­da dur­maqdan qor­xan­lar və təhdidimdən çə­kinən­lə­rə aiddir”

Verse 15 — Surah Ibrahim 14:15

Elçilər qələ­bə istədilər. Hər bir inad­­kar dikbaş da zi­yana uğ­ra­dı

Verse 16 — Surah Ibrahim 14:16

Qabaqda onu Cə­hən­nəm göz­lə­yir; orada ona irinli su içir­di­lə­cək

Verse 17 — Surah Ibrahim 14:17

O bunu qurtum-qurtum içə­cək, amma onu uda bilmə­yəcək­dir. Ona hər yandan ölüm gələ­cək, lakin o, ölmə­yə­cəkdir. Bunun ardınca da ağır bir əzab gələ­cək

Verse 18 — Surah Ibrahim 14:18

Rəbbini inkar edənlərin misalı – onların əməlləri, qa­sır­ğalı bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir. On­lar gör­dük­ləri işlərə görə sa­vab qazan­maz­lar. Dərin azğın­lıq da elə bu­dur

Verse 19 — Surah Ibrahim 14:19

Allahın göyləri və yeri haq­q ilə ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər

Verse 20 — Surah Ibrahim 14:20

Bu, Allah üçün çətin de­yildir

Verse 21 — Surah Ibrahim 14:21

Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”

Verse 22 — Surah Ibrahim 14:22

İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır

Verse 23 — Surah Ibrahim 14:23

İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq

Verse 24 — Surah Ibrahim 14:24

Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir

Verse 25 — Surah Ibrahim 14:25

O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar

Verse 26 — Surah Ibrahim 14:26

Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­mə­yən pis bir ağaca bən­zə­yir

Verse 27 — Surah Ibrahim 14:27

Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər

Verse 28 — Surah Ibrahim 14:28

Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xal­qı­nı həlak yurduna sü­rüklə­yənləri görmürsənmi

Verse 29 — Surah Ibrahim 14:29

Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir

Verse 30 — Surah Ibrahim 14:30

Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”

Verse 31 — Surah Ibrahim 14:31

İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara ver­di­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər

Verse 32 — Surah Ibrahim 14:32

O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­di­rib onunla sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi, əm­ri ilə dənizdə üz­mək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çay­ları sizə ram etdi

Verse 33 — Surah Ibrahim 14:33

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi

Verse 34 — Surah Ibrahim 14:34

O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mət­lərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qə­tən, insan çox za­lım, çox nan­­kordur

Verse 35 — Surah Ibrahim 14:35

Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maq­dan uzaq­laş­dır

Verse 36 — Surah Ibrahim 14:36

Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, mən­dəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhm­lisən

Verse 37 — Surah Ibrahim 14:37

Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fi­zə olu­nan Evinin yaxınlı­ğın­da, heç bir bitki olmayan bir vadi­də sakin et­dim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə be­lə etdim. İn­san­la­rın bir qis­mi­nin qəlbini on­lara meylli et və on­lara növbənöv məh­sul­lar­dan ru­zi ver ki, bəlkə şükür etsinlər

Verse 38 — Surah Ibrahim 14:38

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nə­yi aş­ka­ra çıxart­dı­ğı­mızı bilir­sən. Nə yerdə, nə də göydə heç bir şey Allah­dan gizli qalmaz

Verse 39 — Surah Ibrahim 14:39

Qoca vaxtımda mənə İs­maili və İshaqı bəxş edən Alla­ha həmd olsun! Həqiqətən, Rəb­bim duaları qəbul edəndir

Verse 40 — Surah Ibrahim 14:40

Ey Rəbbim! Məni də, nəs­limdən olanları da namaz qı­lan et! Ey Rəbbi­miz! Duamı qəbul elə

Verse 41 — Surah Ibrahim 14:41

Ey Rəbbimiz! Haqq-he­sab günü məni, valideynlərimi və mö­minləri ba­ğışla!”

Verse 42 — Surah Ibrahim 14:42

Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə on­ları cəza­landırmağı göz­lərin bə­rələ qala­cağı gü­nə saxlayır

Verse 43 — Surah Ibrahim 14:43

O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tə­lə­sə­cək­lər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caq – qor­xu­dan bütün başqa duyğu­lardan xali ola­caq­

Verse 44 — Surah Ibrahim 14:44

İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­lə­cəkdir: “Məgər əvvəllər siz dün­yadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz

Verse 45 — Surah Ibrahim 14:45

Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. On­la­ra nələr et­diyimiz si­zə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”

Verse 46 — Surah Ibrahim 14:46

Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Alla­ha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yil­

Verse 47 — Surah Ibrahim 14:47

Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Hə­qiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir

Verse 48 — Surah Ibrahim 14:48

O gün yer başqa bir yer­lə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar

Verse 49 — Surah Ibrahim 14:49

O gün günahkarları zən­­cir­lənmiş görəcəksən

Verse 50 — Surah Ibrahim 14:50

Onların paltarları qat­ran­dan ola­caq, üzlərini də alov bürü­yə­­­cək

Verse 51 — Surah Ibrahim 14:51

Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edə­cək­. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir

Verse 52 — Surah Ibrahim 14:52

Bu Quran insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sa­hibləri düşünüb ibrət alsınlar