Verse 1 — Surah Ta-Ha 20:1
Verse 2 — Surah Ta-Ha 20:2
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən
Verse 3 — Surah Ta-Ha 20:3
Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik
Verse 4 — Surah Ta-Ha 20:4
O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur
Verse 5 — Surah Ta-Ha 20:5
Mərhəmətli Allah Ərşə ucaldı
Verse 6 — Surah Ta-Ha 20:6
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur
Verse 7 — Surah Ta-Ha 20:7
Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir
Verse 8 — Surah Ta-Ha 20:8
Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur
Verse 9 — Surah Ta-Ha 20:9
Musanın əhvalatı sənə gəlib çatdımı
Verse 10 — Surah Ta-Ha 20:10
O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”
Verse 11 — Surah Ta-Ha 20:11
Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa
Verse 12 — Surah Ta-Ha 20:12
Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən
Verse 13 — Surah Ta-Ha 20:13
Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə
Verse 14 — Surah Ta-Ha 20:14
Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl
Verse 15 — Surah Ta-Ha 20:15
Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm
Verse 16 — Surah Ta-Ha 20:16
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan
Verse 17 — Surah Ta-Ha 20:17
Sağ əlindəki nədir, ey Musa?”
Verse 18 — Surah Ta-Ha 20:18
Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır”
Verse 19 — Surah Ta-Ha 20:19
Allah buyurdu: “At onu yerə, ey Musa!”
Verse 20 — Surah Ta-Ha 20:20
Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı
Verse 21 — Surah Ta-Ha 20:21
Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq
Verse 22 — Surah Ta-Ha 20:22
Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın
Verse 23 — Surah Ta-Ha 20:23
Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək
Verse 24 — Surah Ta-Ha 20:24
Fironun yanına get! Çünki o, həddini aşmışdır”
Verse 25 — Surah Ta-Ha 20:25
Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət
Verse 26 — Surah Ta-Ha 20:26
İşimi yüngülləşdir
Verse 27 — Surah Ta-Ha 20:27
Dilimdəki düyünü aç ki
Verse 28 — Surah Ta-Ha 20:28
sözümü anlasınlar
Verse 29 — Surah Ta-Ha 20:29
Mənə öz ailəmdən bir köməkçi ver –
Verse 30 — Surah Ta-Ha 20:30
Qardaşım Harunu
Verse 31 — Surah Ta-Ha 20:31
Onun sayəsində mənim gücümü artır
Verse 32 — Surah Ta-Ha 20:32
Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki
Verse 33 — Surah Ta-Ha 20:33
Sənə çoxlu təriflər deyək
Verse 34 — Surah Ta-Ha 20:34
və Səni çox zikr edək
Verse 35 — Surah Ta-Ha 20:35
Şübhəsiz ki, Sən bizi görürsən!”
Verse 36 — Surah Ta-Ha 20:36
Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa
Verse 37 — Surah Ta-Ha 20:37
Sənə bir dəfə də mərhəmət göstərmişdik
Verse 38 — Surah Ta-Ha 20:38
O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik
Verse 39 — Surah Ta-Ha 20:39
“Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözüm önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım
Verse 40 — Surah Ta-Ha 20:40
O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa
Verse 41 — Surah Ta-Ha 20:41
Mən səni Özümə peyğəmbər seçdim
Verse 42 — Surah Ta-Ha 20:42
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin
Verse 43 — Surah Ta-Ha 20:43
Fironun yanına gedin. Çünki o, həddini aşmışdır
Verse 44 — Surah Ta-Ha 20:44
Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”
Verse 45 — Surah Ta-Ha 20:45
Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”
Verse 46 — Surah Ta-Ha 20:46
Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm
Verse 47 — Surah Ta-Ha 20:47
Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun
Verse 48 — Surah Ta-Ha 20:48
Bizə vəhy edildi ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!”
Verse 49 — Surah Ta-Ha 20:49
Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?”
Verse 50 — Surah Ta-Ha 20:50
Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”
Verse 51 — Surah Ta-Ha 20:51
Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”
Verse 52 — Surah Ta-Ha 20:52
Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”
Verse 53 — Surah Ta-Ha 20:53
O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik
Verse 54 — Surah Ta-Ha 20:54
Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır
Verse 55 — Surah Ta-Ha 20:55
Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq
Verse 56 — Surah Ta-Ha 20:56
Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi
Verse 57 — Surah Ta-Ha 20:57
Firon dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa
Verse 58 — Surah Ta-Ha 20:58
Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir yerdə olsun”
Verse 59 — Surah Ta-Ha 20:59
Musa dedi: “Görüş vaxtınız bayram günü, camaatın bir yerə toplaşacağı səhər vaxtıdır!”
Verse 60 — Surah Ta-Ha 20:60
Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi
Verse 61 — Surah Ta-Ha 20:61
Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar
Verse 62 — Surah Ta-Ha 20:62
Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər
Verse 63 — Surah Ta-Ha 20:63
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər
Verse 64 — Surah Ta-Ha 20:64
Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”
Verse 65 — Surah Ta-Ha 20:65
Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlindəkini at, ya da birinci atan biz olaq!”
Verse 66 — Surah Ta-Ha 20:66
Musa dedi: “Yox, siz atın!” Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür
Verse 67 — Surah Ta-Ha 20:67
Musanın ürəyi xoflandı
Verse 68 — Surah Ta-Ha 20:68
Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan
Verse 69 — Surah Ta-Ha 20:69
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”
Verse 70 — Surah Ta-Ha 20:70
Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”
Verse 71 — Surah Ta-Ha 20:71
Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, özünüzü də xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”
Verse 72 — Surah Ta-Ha 20:72
Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən
Verse 73 — Surah Ta-Ha 20:73
Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!”
Verse 74 — Surah Ta-Ha 20:74
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar
Verse 75 — Surah Ta-Ha 20:75
Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –
Verse 76 — Surah Ta-Ha 20:76
ağacları altından çaylar axan Ədn cənnətləri. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır
Verse 77 — Surah Ta-Ha 20:77
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!”– deyə vəhy etdik
Verse 78 — Surah Ta-Ha 20:78
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı
Verse 79 — Surah Ta-Ha 20:79
Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi
Verse 80 — Surah Ta-Ha 20:80
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki Tur dağının yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik
Verse 81 — Surah Ta-Ha 20:81
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar
Verse 82 — Surah Ta-Ha 20:82
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram
Verse 83 — Surah Ta-Ha 20:83
Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”
Verse 84 — Surah Ta-Ha 20:84
Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”
Verse 85 — Surah Ta-Ha 20:85
Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”
Verse 86 — Surah Ta-Ha 20:86
Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
Verse 87 — Surah Ta-Ha 20:87
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”
Verse 88 — Surah Ta-Ha 20:88
Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur”– dedilər
Verse 89 — Surah Ta-Ha 20:89
Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi
Verse 90 — Surah Ta-Ha 20:90
Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!”
Verse 91 — Surah Ta-Ha 20:91
Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər
Verse 92 — Surah Ta-Ha 20:92
Musa dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki
Verse 93 — Surah Ta-Ha 20:93
ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın
Verse 94 — Surah Ta-Ha 20:94
Harun dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum
Verse 95 — Surah Ta-Ha 20:95
Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”
Verse 96 — Surah Ta-Ha 20:96
O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”
Verse 97 — Surah Ta-Ha 20:97
Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!”– deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq
Verse 98 — Surah Ta-Ha 20:98
Sizin məbudunuz yalnız Özündən başqa heç bir haqq məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”
Verse 99 — Surah Ta-Ha 20:99
Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik
Verse 100 — Surah Ta-Ha 20:100
Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar
Verse 101 — Surah Ta-Ha 20:101
Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis yük olacaqdır
Verse 102 — Surah Ta-Ha 20:102
O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq
Verse 103 — Surah Ta-Ha 20:103
Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!”
Verse 104 — Surah Ta-Ha 20:104
Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “Dünyada cəmisi bir gün qaldınız!”– deyəcək
Verse 105 — Surah Ta-Ha 20:105
Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq
Verse 106 — Surah Ta-Ha 20:106
oranı boş düzəngaha çevirəcəkdir
Verse 107 — Surah Ta-Ha 20:107
Sən orada nə bir eniş, nə də bir yoxuş görə biləcəksən”
Verse 108 — Surah Ta-Ha 20:108
O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən
Verse 109 — Surah Ta-Ha 20:109
O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir
Verse 110 — Surah Ta-Ha 20:110
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz
Verse 111 — Surah Ta-Ha 20:111
O gün üzlər əbədi Yaşayan, yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar
Verse 112 — Surah Ta-Ha 20:112
Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlığa məruz qalmaqdan, nə də savabının əksilməsindən qorxarlar
Verse 113 — Surah Ta-Ha 20:113
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar
Verse 114 — Surah Ta-Ha 20:114
Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de
Verse 115 — Surah Ta-Ha 20:115
Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik
Verse 116 — Surah Ta-Ha 20:116
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə etməkdən imtina etdi
Verse 117 — Surah Ta-Ha 20:117
Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan
Verse 118 — Surah Ta-Ha 20:118
Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan
Verse 119 — Surah Ta-Ha 20:119
Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”
Verse 120 — Surah Ta-Ha 20:120
Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”
Verse 121 — Surah Ta-Ha 20:121
İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu
Verse 122 — Surah Ta-Ha 20:122
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi
Verse 123 — Surah Ta-Ha 20:123
Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar
Verse 124 — Surah Ta-Ha 20:124
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirəcəyik”
Verse 125 — Surah Ta-Ha 20:125
O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni məhşərə kor olaraq gətirdin?”
Verse 126 — Surah Ta-Ha 20:126
Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”
Verse 127 — Surah Ta-Ha 20:127
Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir
Verse 128 — Surah Ta-Ha 20:128
Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsli məhv etməyimiz onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır
Verse 129 — Surah Ta-Ha 20:129
Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı
Verse 130 — Surah Ta-Ha 20:130
Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan
Verse 131 — Surah Ta-Ha 20:131
Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin verdiyi ruzi daha xeyirli və daha sürəklidir
Verse 132 — Surah Ta-Ha 20:132
Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır
Verse 133 — Surah Ta-Ha 20:133
Kafirlər: “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?”– dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı
Verse 134 — Surah Ta-Ha 20:134
Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”
Verse 135 — Surah Ta-Ha 20:135
De: “Hamı gözləyir, siz də gözləyin. Tezliklə siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”