Back to Languages

Azerbaijani - Chapter 21 - Al-Anbiya

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Anbiya 21:1

İnsanların hesaba çəkilə­cəkləri gün yaxınlaşdı. Amma onlar hə­lə də qəflət içində iman­dan üz çevirirlər

Verse 2 — Surah Al-Anbiya 21:2

Onlara öz Rəbbindən is­tənilən bir yeni xəbərdarlıq gəl­dikdə, ona istehza edərək, qu­laq asmazlar –

Verse 3 — Surah Al-Anbiya 21:3

qəlbləri qəflət içində qal­dığı hal­da. Zalımlar öz arala­rında xəl­vətcə pıçıl­da­şıb de­yir­lər: “Məgər bu sizin kimi adi bir insan de­yil­mi? Gözünüz gö­rə-görə sehrəmi inanacaq­sı­nız?”

Verse 4 — Surah Al-Anbiya 21:4

Peyğəmbər dedi: “Rəbbim göydə və yerdə deyilən sözləri bi­lir. O, Eşi­dən­dir, Biləndir!”

Verse 5 — Surah Al-Anbiya 21:5

Onlar dedilər: “Bunlar qar­ma­qarı­şıq yuxulardır! Xeyr, o bu­nu özün­dən uydurmuşdur! Xeyr, o, bir şairdir! Qoy o, əv­vəlki el­çi­lərə göndəri­lən möcü­zələr kimi bizə də bir möcüzə gətirsin”

Verse 6 — Surah Al-Anbiya 21:6

Onlardan əvvəl məhv et­diyimiz məm­ləkətlərdən heç biri iman gətir­mə­mişdi. İndi bunlarmı iman gətirə­cək­lər

Verse 7 — Surah Al-Anbiya 21:7

Biz səndən əvvəl də öz­lə­rinə vəhy nazil etdiyimiz an­caq ki­şi­lər gön­dər­miş­dik. Əgər bil­mirsinizsə, Zikr əhlin­dən so­ruşun

Verse 8 — Surah Al-Anbiya 21:8

Biz onları yemək yemə­yən bir vü­cud etmədik. Onlar əbədi də deyildilər

Verse 9 — Surah Al-Anbiya 21:9

Sonra isə, onlara verdiyi­miz vədi yerinə yetirdik. Biz həm on­ları, həm də istə­diyi­miz kəsləri xilas edib, həddi aşan­ları məhvə uğ­ratdıq

Verse 10 — Surah Al-Anbiya 21:10

Sizə, sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düş­mürsünüz

Verse 11 — Surah Al-Anbiya 21:11

Biz zalım olan neçə-neçə məm­lə­kəti məhv edib, sonra başqa xalqlar ya­ratdıq

Verse 12 — Surah Al-Anbiya 21:12

Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaç­mağa baş­la­dılar

Verse 13 — Surah Al-Anbiya 21:13

“Qaçmayın! İçində ol­du­ğunuz xoş güzərana və yurd­ları­nı­za qayı­dın. Ola bilsin ki, soruşulasınız”

Verse 14 — Surah Al-Anbiya 21:14

Onlar: “Vay halımıza! Biz, doğ­rudan da zalım olmu­şuq”– de­yirdilər

Verse 15 — Surah Al-Anbiya 21:15

Biz onları yanmış küləşə dön­də­rənəcən fəryad qoparır­dılar

Verse 16 — Surah Al-Anbiya 21:16

Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün ya­rat­mamışıq

Verse 17 — Surah Al-Anbiya 21:17

Əgər Biz Özümüzə əy­lən­cə dü­zəltmək fikrində ol­say­dıq, onu mütləq Öz yanımızda olanlardan hazırla­yar­dıq. La­kin Biz bu­nu et­mə­dik

Verse 18 — Surah Al-Anbiya 21:18

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işi­ni bi­ti­rər. Bir an­da batilin yox olub getdiyini görərsiniz. Alla­ha aid etdiyi­niz sifətlərə görə vay halınıza

Verse 19 — Surah Al-Anbiya 21:19

Göylərdə və yerdə kim­lər varsa, hamısı Allahındır. Onun ya­nın­da olanlar Ona iba­dət et­məyə təşəxxüs göstərmir və bundan yo­rul­murlar

Verse 20 — Surah Al-Anbiya 21:20

Onlar gecə-gündüz, usan­madan Onun şəninə təriflər de­yir­lər

Verse 21 — Surah Al-Anbiya 21:21

Yoxsa müşriklər özlərinə yerdə ölü­ləri diriltməyə qadir olan tan­rılarmı qə­bul etdilər

Verse 22 — Surah Al-Anbiya 21:22

Əgər göydə və yerdə Allahdan başqa məbudlar ol­saydı, on­la­rın hər iki­si fəsada uğra­yardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid et­dikləri sifətlərdən uzaqdır

Verse 23 — Surah Al-Anbiya 21:23

Allah gördüyü işlər ba­rə­də soru­şulmaz; onlar isə so­ru­şu­la­caq­lar

Verse 24 — Surah Al-Anbiya 21:24

Məgər müşriklər Ondan başqa mə­bud­laramı tapın­mış­lar? De: “Sübu­tu­nuzu göstə­rin! Budur mənimlə olan­la­rın zikri və mən­dən öncəkilərin zik­ri”. Lakin onların çoxu əsl həqi­qəti bil­mir və ondan üz çevi­rirlər

Verse 25 — Surah Al-Anbiya 21:25

Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək

Verse 26 — Surah Al-Anbiya 21:26

Kafirlər: “Mərhəmətli Allah Özünə öv­lad götürdü!”– de­di­lər. O, pakdır, mü­qəddəsdir! Əksinə, o mələklər möh­tərəm qullardır

Verse 27 — Surah Al-Anbiya 21:27

Mələklər Ondan qabaq da­nış­maz­lar; onlar ancaq Onun əm­ri­ni yerinə ye­tirərlər

Verse 28 — Surah Al-Anbiya 21:28

Allah onların keçmişini və gələ­cəyini bilir. Onlar yal­nız Onun razı qal­dığı şəxslər­dən ötrü şəfaət diləyir və Onun qor­xu­sun­dan tir-tir əsirlər

Verse 29 — Surah Al-Anbiya 21:29

Onlardan kimsə: “Mən Ondan baş­qa bir məbudam!”– desə, ona Cə­hən­nəmi qismət edərik. Biz zalımları belə cəza­landırırıq

Verse 30 — Surah Al-Anbiya 21:30

Məgər kafirlər göylərlə yer bir ol­duğu zaman Bizim on­ları bir-birindən araladığı­mı­zı, hər bir canlını sudan ya­rat­dı­ğı­mızı gör­mürlərmi? Ye­nə­dəmi inan­mır­lar

Verse 31 — Surah Al-Anbiya 21:31

Yerin onları yırğalama­masından ötrü orada möhkəm dağlar ya­ratdıq. Onlar istədik­lə­ri yerə gedə bilsinlər deyə, ora­da geniş yol­lar saldıq

Verse 32 — Surah Al-Anbiya 21:32

Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə ora­dakı də­lil­lərimizdən üz çevi­rir­lər

Verse 33 — Surah Al-Anbiya 21:33

Gecəni, gündüzü, günə­şi və ayı yaradan Odur. On­la­rın hər bi­ri öz orbi­tində üzür

Verse 34 — Surah Al-Anbiya 21:34

Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib et­mə­dik. Mə­gər sən öləcəksən, on­lar həmişəlik qalacaqlar

Verse 35 — Surah Al-Anbiya 21:35

Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız

Verse 36 — Surah Al-Anbiya 21:36

Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edə­rək bir-birinə: “Si­zin tanrıları­nıza tənə vuran budur­mu?”– deyirlər. Məhz onlar Mər­hə­mət­li Allahın öyüd-nəsihətini in­kar edirlər

Verse 37 — Surah Al-Anbiya 21:37

İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin

Verse 38 — Surah Al-Anbiya 21:38

Onlar: “Əgər doğru de­yir­sinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər

Verse 39 — Surah Al-Anbiya 21:39

Kaş ki, kafirlər üzlərin­dən və kü­rəklərindən onları sa­racaq alovdan qa­ça bilməyə­cəkləri və onlara heç bir kö­məyin edil­mə­yə­cə­yi vaxtın gə­ləcəyini biləydilər

Verse 40 — Surah Al-Anbiya 21:40

Yox, Qiyamət onlara göz­ləmədikləri bir halda gələ­cək və on­la­rı hey­rətə sa­lacaq­dır. On­lar onun qarşısını ala bil­mə­yə­cəklər və on­lara heç aman da ve­rilməyəcəkdir

Verse 41 — Surah Al-Anbiya 21:41

Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi

Verse 42 — Surah Al-Anbiya 21:42

De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər

Verse 43 — Surah Al-Anbiya 21:43

Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər

Verse 44 — Surah Al-Anbiya 21:44

Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər

Verse 45 — Surah Al-Anbiya 21:45

De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər

Verse 46 — Surah Al-Anbiya 21:46

Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər

Verse 47 — Surah Al-Anbiya 21:47

Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik

Verse 48 — Surah Al-Anbiya 21:48

Biz Furqanı müttəqilər­dən ötrü bir nur və öyüd-nəsi­hət ki­mi Musaya və Haruna ver­mişdik

Verse 49 — Surah Al-Anbiya 21:49

O müttəqilər ki, öz Rəb­bindən Onu görmədikləri hal­da qor­xur və gələ­cək o Saatdan lərzəyə gəlirlər

Verse 50 — Surah Al-Anbiya 21:50

Bu, nazil etdiyimiz mü­barək bir Zikrdir. Siz onu in­karmı edir­si­niz

Verse 51 — Surah Al-Anbiya 21:51

Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş et­mişdik. Biz onu tanıyır­dıq

Verse 52 — Surah Al-Anbiya 21:52

Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi

Verse 53 — Surah Al-Anbiya 21:53

Onlar: “Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!”– de­di­lər

Verse 54 — Surah Al-Anbiya 21:54

İbrahim dedi: “Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın bir azğın­lıq için­də­siniz”

Verse 55 — Surah Al-Anbiya 21:55

Onlar dedilər: “Sən bizə haqq gətir­mi­sən, yoxsa oyunbaz­lardan­san?”

Verse 56 — Surah Al-Anbiya 21:56

İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm

Verse 57 — Surah Al-Anbiya 21:57

Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra büt­lə­rinizə bir kələk gələcə­yəm!”

Verse 58 — Surah Al-Anbiya 21:58

Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yal­nız on­la­rın ən iri­sini saxladı ki, bəlkə, ona müraciət edə­lər

Verse 59 — Surah Al-Anbiya 21:59

Onlar dedilər: “Mə­bud­la­rımızı kim bu kökə salıb? Şüb­həsiz ki, o, zalım­lar­dandır!”

Verse 60 — Surah Al-Anbiya 21:60

Bəziləri: “İbrahim deyi­lən bir gən­cin onları pislədi­yini eşit­mi­şik”– de­dilər

Verse 61 — Surah Al-Anbiya 21:61

Digərləri də: “Onu ca­ma­atın gözü qabağına gətirin ki, şa­hid­lik etsinlər”– dedilər

Verse 62 — Surah Al-Anbiya 21:62

Onlar dedilər: “Məbud­la­rımızı sən­mi bu kökə saldın, ey İb­ra­him?”

Verse 63 — Surah Al-Anbiya 21:63

İbrahim dedi: “Xeyr, bu­nu on­la­rın bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, öz­lərindən soruşun”

Verse 64 — Surah Al-Anbiya 21:64

Onlar öz-özlərinə müra­ciətlə: “Hə­qiqətən də, siz za­lım­sı­nız”– de­dilər

Verse 65 — Surah Al-Anbiya 21:65

Sonra yenə öz bildikləri batil əqi­dələrinə qayıdıb dedi­lər: “Axı sən bi­lir­sən ki, bunlar da­nış­mırlar”

Verse 66 — Surah Al-Anbiya 21:66

İbrahim dedi: “Elə isə Alla­hı qo­yub sizə heç bir fayda və zə­rər verə bil­məyən bütlə­rəmi tapınırsınız

Verse 67 — Surah Al-Anbiya 21:67

Tfu sizə də, Allahdan baş­qa ta­pındıqlarınıza da! Do­ğru­dan­mı, siz dərk etmirsiniz?”

Verse 68 — Surah Al-Anbiya 21:68

Onlar dedilər: “Əgər İbrahimdən əvəz çıxmaq istəyir­siniz­sə, onu yan­dırın ki, məbud­la­rı­nı­za kömək edəsiniz”

Verse 69 — Surah Al-Anbiya 21:69

Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik

Verse 70 — Surah Al-Anbiya 21:70

Onlar İbrahimə qəsd et­mək fik­ri­nə düşdülər, lakin Biz on­la­rı daha şid­dətli cəzaya mə­ruz qoyduq

Verse 71 — Surah Al-Anbiya 21:71

Biz onu da, Lutu da za­lımlardan xilas edib aləmlər üçün bə­rə­kət verdi­yi­miz yerə gətir­dik

Verse 72 — Surah Al-Anbiya 21:72

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əmə­li­sa­leh insanlar etdik

Verse 73 — Surah Al-Anbiya 21:73

Biz Öz hökmümüzlə on­ları doğru yolu göstərən rəh­bərlər et­dik. Onlara xeyirli iş­lər görməyi, namaz qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar yalnız Bizə ibadət edirdilər

Verse 74 — Surah Al-Anbiya 21:74

Lutu da yada sal! Biz ona hökm­ranlıq və elm bəxş et­dik, onu çir­kin iş­lər görən bir məm­lə­kət­dən xilas etdik. Həqi­qə­tən, on­lar pis, fasiq bir qövm idi­lər

Verse 75 — Surah Al-Anbiya 21:75

Biz onu Öz mərhəməti­mizə qo­vuşdurduq. O, həqiqə­tən, əmə­lisa­leh­lər­­dən idi

Verse 76 — Surah Al-Anbiya 21:76

Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun du­ası­nı qəbul et­miş, onu və onun ailəsini böyük qəm-qüs­sədən qur­tar­mış­dıq

Verse 77 — Surah Al-Anbiya 21:77

Biz onu ayələrimizi ya­lan hesab edən bir qövmdən mü­dafiə et­dik. Doğ­rudan da on­lar pis bir qövm idi. Odur ki, Biz onların ha­mı­sı­nı suda ba­tırdıq

Verse 78 — Surah Al-Anbiya 21:78

Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik

Verse 79 — Surah Al-Anbiya 21:79

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik

Verse 80 — Surah Al-Anbiya 21:80

Biz Davuda sizi döyüşdə təhlü­kə­lər­dən mühafizə etmək üçün zi­reh­lər düzəltməyi öy­rət­dik. Heç siz şükür edirsi­niz­mi

Verse 81 — Surah Al-Anbiya 21:81

Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik

Verse 82 — Surah Al-Anbiya 21:82

Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq

Verse 83 — Surah Al-Anbiya 21:83

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”

Verse 84 — Surah Al-Anbiya 21:84

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik

Verse 85 — Surah Al-Anbiya 21:85

İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər

Verse 86 — Surah Al-Anbiya 21:86

Biz onları mərhəməti­mi­zə qovuş­durduq. Onlar, hə­qi­qətən, əməli­saleh­lər­dən idilər

Verse 87 — Surah Al-Anbiya 21:87

Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”

Verse 88 — Surah Al-Anbiya 21:88

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik

Verse 89 — Surah Al-Anbiya 21:89

Zəkəriyyanı da yada sal! Bir za­man o yalvarıb demişdi: “Ey Rəb­bim! Məni tənha bu­raxma. Sən varislərin ən xeyirxahısan!”

Verse 90 — Surah Al-Anbiya 21:90

Biz onun duasını qəbul et­dik, ona Yəhyanı bəxş etdik və zöv­cəsini ona uşaq doğ­mağa qa­dir etdik. Həqiqətən, onlar yax­şı iş­lər görməyə tə­ləsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bi­zə müti qullar idilər

Verse 91 — Surah Al-Anbiya 21:91

İsmətini qoruyan Mər­yə­mi də ya­da sal! Biz ona Öz ru­hu­muz­dan Cəb­rail vasitə­silə üfür­dük, onu və onun oğ­lunu aləm­lərə bir mö­cüzə etdik

Verse 92 — Surah Al-Anbiya 21:92

Həqiqətən, bu, vahid bir din ola­raq sizin hamınızın dini­niz­dir. Mən də si­zin Rəbbini­zəm. Elə isə Mənə ibadət edin

Verse 93 — Surah Al-Anbiya 21:93

Lakin onlar özlərinə məx­sus dini öz aralarında par­çala­yıb dəs­tələrə ay­rıldılar. Onla­rın ha­mısı Bizim hüzu­ru­muza qa­yı­da­caq­lar

Verse 94 — Surah Al-Anbiya 21:94

Kim mömin olduğu hal­da yaxşı işlər görsə, onun zəh­məti in­kar olun­maz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq

Verse 95 — Surah Al-Anbiya 21:95

Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onla­rın əha­lisi bir daha bu dün­yaya qayıtma­ya­caqlar

Verse 96 — Surah Al-Anbiya 21:96

Nəhayət, Yəcuc və Mə­cuc səddi açıl­dığı və onlar tə­pə­lərdən axı­şıb gəl­dikləri zaman

Verse 97 — Surah Al-Anbiya 21:97

haqq olan vədimiz ya­xınlaşdıqda kafirlərin gözləri dərhal bə­rələcək­dir. Onlar de­yə­cəklər: “Vay halımıza! Biz bun­dan qafil idik. Üstə­lik za­lım da ol­muşuq!”

Verse 98 — Surah Al-Anbiya 21:98

Ey kafirlər! Siz və Allah­dan başqa tapındıqlarınız Cə­hənnəm odunusu­nuz. Siz müt­ləq ora girəcəksiniz

Verse 99 — Surah Al-Anbiya 21:99

Əgər bunlar məbud ol­say­dılar, ora girməzdilər. Hal­buki ha­mısı orada əbə­di qala­caq

Verse 100 — Surah Al-Anbiya 21:100

Onlar orada inildəyəcək və heç nə eşitməyə­cəklər

Verse 101 — Surah Al-Anbiya 21:101

Əzəldən ən gözəl aqi­bət yazıl­mış insanlara gəldikdə isə, on­lar Od­dan uzaqlaşdırıl­mış olacaqlar

Verse 102 — Surah Al-Anbiya 21:102

Onlar onun xışıltısını belə eşit­məyəcəklər. Onlar ürək­lə­ri­nin istə­di­yi şeylər arasında əbədi qalacaqlar

Verse 103 — Surah Al-Anbiya 21:103

Ən böyük dəhşət on­la­rı kədər­ləndirməyəcək. Mələk­lər on­la­rı qarşı­layıb: “Bu sizə vəd olunmuş gü­nünüz­dür!”– deyəcəklər

Verse 104 — Surah Al-Anbiya 21:104

O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik

Verse 105 — Surah Al-Anbiya 21:105

Biz Zikrdən (Lövhi-məh­fuz­da­kı yazıdan) sonra nazil et­di­yi­miz ki­tab­larda da yazmış­dıq ki, yer üzünə Mə­­nim əməli­sa­leh qul­la­rım varis ola­caqlar

Verse 106 — Surah Al-Anbiya 21:106

Həqiqətən, bunda iba­dət edən­lər üçün bir bildiriş vardır

Verse 107 — Surah Al-Anbiya 21:107

Səni də aləmlərə ancaq bir rəh­mət olaraq göndərdik

Verse 108 — Surah Al-Anbiya 21:108

De: “Mənə belə vəhy olu­nur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz mü­səlman ol­acaqsınızmı?”

Verse 109 — Surah Al-Anbiya 21:109

Əgər onlar üz döndər­sələr, de: “Mən bu dini sizə ol­duğu ki­mi təbliğ et­dim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq ol­du­ğu­nu bilmirəm

Verse 110 — Surah Al-Anbiya 21:110

Söz yoxdur ki, Allah açıq de­yi­lən sözü də, sizin giz­lədib sax­la­dıqla­rı­nızı da bilir

Verse 111 — Surah Al-Anbiya 21:111

Mən isə bilmirəm, bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və mü­əyyən müddət ər­zində bu dün­yada faydalan­ma­ğınız üçündür”

Verse 112 — Surah Al-Anbiya 21:112

Peyğəmbər dedi: “Ey Rəb­bim! Mənimlə kafirlər ara­sında əda­lət­lə hökm ver! Sizin aid et­diyiniz sifətlərə qarşı an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləmək lazımdır”