Back to Languages

Azerbaijani - Chapter 30 - Ar-Rum

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ar-Rum 30:1

Verse 2 — Surah Ar-Rum 30:2

Rumlular məğlub edildi­lər

Verse 3 — Surah Ar-Rum 30:3

ən aşağı və ya ən yaxın bir yer­də. Lakin onlar öz məğ­lu­biyyət­lə­rin­dən sonra qələbə ça­lacaqlar

Verse 4 — Surah Ar-Rum 30:4

bir neçə il ərzində. Əv­vəl də, son­ra da hökm Alla­hındır. O gün mömin­lər se­vi­nəcəklər

Verse 5 — Surah Ar-Rum 30:5

Allahın köməyi ilə. O, is­tədiyinə kömək edir. O, Qüd­rətlidir, Rəhm­lidir

Verse 6 — Surah Ar-Rum 30:6

Budur Allahın vədi. Allah Öz və­di­nə xilaf çıxmaz. Amma in­san­ların ək­səriyyəti bunu bil­mir

Verse 7 — Surah Ar-Rum 30:7

Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər

Verse 8 — Surah Ar-Rum 30:8

Məgər onlar özlüyündə fi­kirləş­mirlər ki, Allah göyləri, yeri və onların arasındakıları an­caq bir gerçəklik kimi və mü­əy­yən müd­dətə qədər yarat­mış­dır? Lakin, insanların çoxu Rəbbi ilə qar­şı­­la­şacağını inkar edir

Verse 9 — Surah Ar-Rum 30:9

Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi? Onlar bunlardan da güc­­lü idilər. On­lar torpağı şumla­yır, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra açıq-aydın mö­cüzələr gəti­rir­di­lər. Onlara Allaha zülm et­mir­di. Onlar özləri özlərinə zülm edir­dilər

Verse 10 — Surah Ar-Rum 30:10

Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu

Verse 11 — Surah Ar-Rum 30:11

Allah məxluqatı əvvəlcə heçdən ya­radır, öldürdükdən son­ra onu yenidən dirildir. Bun­dan sonra isə siz Ona qay­ta­rı­la­caq­sınız

Verse 12 — Surah Ar-Rum 30:12

O Saatın (Qiyamətin) gələcəyi gün günah­kar­lar ümidlərini itirə­cəklər

Verse 13 — Surah Ar-Rum 30:13

Allaha qoşduqları şərik­lə­rindən on­lar üçün şəfaətçilər ol­ma­ya­­caq. Allaha qoşduqları şərik­lə­r onları in­kar edəcəklər

Verse 14 — Surah Ar-Rum 30:14

Məhz o Saatın (Qiyamətin) gələcəyi gün mö­minlərlə kafirlər ayrıla­caqlar

Verse 15 — Surah Ar-Rum 30:15

İman gətirib yaxşı işlər görən­lə­rə gəlincə isə, onlar Cən­nət bağ­ça­la­rın­da şadlıq içində olacaqlar

Verse 16 — Surah Ar-Rum 30:16

Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını yalan sa­yan­lar isə əzaba giriftar edi­lə­cəklər

Verse 17 — Surah Ar-Rum 30:17

Odur ki, siz axşama yetişəndə və səhərə çıxanda Alla­hın şə­ni­nə çoxlu tə­rif söy­ləyin

Verse 18 — Surah Ar-Rum 30:18

Göylərdə və yerdə həmd Ona məx­susdur. Axşam çağın­da da, günor­ta­ya yetişəndə də Onun şəninə təriflər deyin

Verse 19 — Surah Ar-Rum 30:19

O, ölüdən diri, diridən də ölü çı­xardır; yeri ölümün­dən son­ra dirildir. Siz də qə­bir­ləri­nizdən belə dirildilib çı­xar­dıla­caqsınız

Verse 20 — Surah Ar-Rum 30:20

Allahın sizi torpaqdan xəlq et­mə­si, Onun dəlillərin­dəndir. Son­ra da siz bir insan kimi yer üzünə yayıldınız

Verse 21 — Surah Ar-Rum 30:21

Ünsiyyətdə rahatlıq ta­pasınız de­yə, sizin üçün özü­nüzdən zöv­cələr ya­ratması, ara­nıza məhəbbət və mərhə­mət salması da Onun dəlillə­rin­dən­dir. Həqiqətən, bunda düşü­nən­lər üçün ib­rə­ta­miz dəlillər vardır

Verse 22 — Surah Ar-Rum 30:22

Göylərin və yerin yara­dılışı, dil­lə­rinizin və rəngləri­nizin müx­tə­lifliyi də Onun də­lillərindəndir. Həqiqətən, bun­da bilənlər üçün ibrətamiz də­lillər vardır

Verse 23 — Surah Ar-Rum 30:23

Gecə və gündüz yatıb din­cəlmə­yiniz, Onun lütfünü ax­tar­ma­ğınız da Onun dəlil­lərindəndir. Həqiqətən, bun­da eşidən kəs­lər üçün ibrətamiz dəlillər var­dır

Verse 24 — Surah Ar-Rum 30:24

Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə gös­tər­mə­si, göydən su endirib ye­ri ölümündən sonra onun­la di­rilt­məsi də Onun dəlillərin­dən­dir. Həqiqətən, bunda başa dü­şən adamlar üçün ibrətamiz də­lillər vardır

Verse 25 — Surah Ar-Rum 30:25

Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qal­ması da Onun dəlil­lə­rindən­dir. Sonra da sizi bir dəfə çağı­ran kimi dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız

Verse 26 — Surah Ar-Rum 30:26

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona tə­zim edir

Verse 27 — Surah Ar-Rum 30:27

Məxluqatı ilk dəfə yox­dan yara­dan, sonra onu bir daha tək­rar­layan Odur. Bu da Onun üçün çox asandır. Göy­lərdə və yer­də olan ən uca si­fətlər Ona məx­sus­dur. O, Qüd­rətlidir, Hikmət sahibidir

Verse 28 — Surah Ar-Rum 30:28

O sizə özünüzdən bir məsəl çək­di; sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, özü­nüz­dən çəkindiyiniz kimi, on­lardan da çə­kin­di­yi­niz şərik­lə­riniz varmı? Biz ayə­ləri düşü­nüb daşınan insanlar üçün be­­lə müfəs­səl izah edirik

Verse 29 — Surah Ar-Rum 30:29

Lakin zülm edənlər heç bir elmə əsaslanmadan nəfs­lə­ri­nin istək­lə­rinə uy­dular. Alla­hın zəlalətə sal­dıqla­rı­nı kim doğru yo­la yönəldə bilər? On­la­ra yardım edənlər də olmaz

Verse 30 — Surah Ar-Rum 30:30

Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir

Verse 31 — Surah Ar-Rum 30:31

Tövbə edərək Ona üz tu­tun, On­dan qorxun, namaz qı­lın və şə­rik qo­şanlardan ol­ma­yın

Verse 32 — Surah Ar-Rum 30:32

O kəslərdən ki, öz dini­ni bölüb firqələrə ayrıldılar. Hər firqə öz təri­qə­tini üstün bilib se­vinir

Verse 33 — Surah Ar-Rum 30:33

İnsanların başına bir bə­la gəldiyi zaman Rəbbinə üz tu­tub Ona yalvarır­lar. Sonra O, Özündən onlara bir mər­hə­mət daddıran ki­mi, onlardan bir dəs­tə Rəbbinə şərik qoşur

Verse 34 — Surah Ar-Rum 30:34

Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nan­kor­luq etsin­lər. Hələlik əy­lənin! Tezliklə biləcək­si­niz

Verse 35 — Surah Ar-Rum 30:35

Məgər Biz onlara müş­rik olma­la­rını söyləyən bir dəlil gön­dər­mişik

Verse 36 — Surah Ar-Rum 30:36

İnsanlara mərhəmət gös­tərdikdə ona sevinərlər. Öz əl­ləri ilə et­dikləri günahlara gö­rə onlara bir bəla üz ver­dikdə isə dərhal ümid­lərini üzərlər

Verse 37 — Surah Ar-Rum 30:37

Məgər onlar görmürlər­mi ki, Allah istədiyinin ruzi­si­ni bol edir, istə­di­yi­nin­kini də azal­dır? Həqiqətən, bunda iman gətirən adam­lar üçün ibrətlər var­dır

Verse 38 — Surah Ar-Rum 30:38

Qohum-əqrəbaya, yox­su­la və mü­safirə onlara çata­caq haq­qı­nı ver! Alla­hın Üzü­nü dilə­yənlər (ixlaslı olanlar) üçün bu daha xe­yir­li­dir. Uğur qa­zananlar da məhz onlar­dır

Verse 39 — Surah Ar-Rum 30:39

İnsanların var-dövləti sa­yəsində, artırmaq məqsədilə sə­ləm­lə ver­diyiniz mal Allah ya­nında artmaz. Allahın Üzü­­nü diləyərək (ixlasla) ver­diyi­niz zəkata gə­lincə, bilin ki, bunu edənlər mal­larının bərə­kə­ti­ni qat-qat artı­ran­lardır

Verse 40 — Surah Ar-Rum 30:40

Sizi yaradan, sonra sizə ruzi ve­rən, sonra sizi öldürən, son­ra da sizi di­rildəcək məhz Allahdır. Şərikləriniz içə­ri­sin­də bun­lar­dan, heç olmasa, birini edə bilən varmı? O, pak­dır və müşrik­lə­rin Ona şərik qoş­duq­la­rın­dan ucadır

Verse 41 — Surah Ar-Rum 30:41

İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar

Verse 42 — Surah Ar-Rum 30:42

De: “Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ların çoxu Allaha şərik qoşan­lar idi”

Verse 43 — Surah Ar-Rum 30:43

Qarşısıalınmaz gün Allah tərə­fin­dən göndərilməmişdən əv­vəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bö­lü­nə­cək­lər

Verse 44 — Surah Ar-Rum 30:44

Kim küfr edərsə, küfrü öz əley­hi­nə olar. Yaxşı iş gö­rənlər isə öz­ləri üçün Cənnətdə yer hazırlamış olarlar

Verse 45 — Surah Ar-Rum 30:45

Bu ona görədir ki, Allah iman gəti­rib yaxşı işlər görən­lərə Öz lüt­fündən mükafat ver­sin. Şübhəsiz ki, O, ka­fir­lə­ri sev­mir

Verse 46 — Surah Ar-Rum 30:46

Sizə Öz mərhəmətindən daddır­sın, əmri ilə gəmilər üz­sün, Onun lüt­fünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz de­yə küləkləri müj­dəçi göndərməsi də Onun də­lillərindəndir

Verse 47 — Surah Ar-Rum 30:47

Biz səndən əvvəl də on­ların qöv­münə elçilər göndər­mişdik. El­çi­lər on­lara açıq-ay­dın dəlillər gətirmişdilər. Biz günahkarlardan in­ti­qam aldıq. Mö­min­lərə yardım etmək Bi­zim borcumuz idi

Verse 48 — Surah Ar-Rum 30:48

Buludları qaldıran kü­lək­ləri Allah­dır göndərən. Allah sə­ma­da onları is­tə­diyi kimi ya­yıb topa-topa edir. Sən on­lar­dan yağış tö­kül­düyünü gö­rür­sən. Allah onu qullarından istə­diyi kim­sə­lə­rə en­di­rən kimi on­lar sevinirlər

Verse 49 — Surah Ar-Rum 30:49

Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümid­siz idilər

Verse 50 — Surah Ar-Rum 30:50

Sən Allahın mərhəməti­nin izləri­nə bax ki, yeri öldük­dən son­ra necə di­rildir. Şüb­hə­siz ki, O, ölüləri də mütləq di­ril­dəcək. O, hər şeyə qa­dir­dir

Verse 51 — Surah Ar-Rum 30:51

Əgər Biz bir külək gön­dərsək və onlar əkini saralmış gör­sə­lər, bundan sonra mütləq nankorluq etməyə başla­yarlar

Verse 52 — Surah Ar-Rum 30:52

Şübhəsiz ki, sən nə ölü­lə­rə haqqı, nə də üz çevirib ge­dən kar­lara çağırışı eşitdirə bil­məz­sən

Verse 53 — Surah Ar-Rum 30:53

Sən korları da düşdük­ləri zəla­lət­dən çıxarıb düz yola sala bil­­məzsən. Sən haqqı yal­nız və yalnız müsəlman olub ayə­lərimizə iman gətirənlərə eşit­dirə bilərsən

Verse 54 — Surah Ar-Rum 30:54

Sizi zəif bir şeydən ya­radan, zəif­likdən sonra sizə qüv­vət ve­­rən, qüv­vətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istə­diyini ya­radır. O, Biləndir, Qadirdir

Verse 55 — Surah Ar-Rum 30:55

O Saatın (Qiyamətin) gəldiyi gün gü­nahkar­lar dünyada bircə saat qal­dıq­la­rı­na and içəcəklər. On­lar dünyada da haqdan belə üz dön­də­rir­di­lər

Verse 56 — Surah Ar-Rum 30:56

Bilik və iman nəsib edil­miş kim­sələr isə deyəcəklər: “Siz ora­da Allahın yazısı ilə di­rilmə gününə qədər qal­dı­nız. Bu gün, məhz dirilmə günü­dür, la­kin siz bunu bilmir­di­niz”

Verse 57 — Surah Ar-Rum 30:57

Həmin gün zalımlara bə­hanələri fayda verməyəcək və on­lar­dan töv­bə et­mələri tələb olunmayacaq

Verse 58 — Surah Ar-Rum 30:58

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onla­ra bir möcüzə gə­tirsən, kafir olanlar müt­ləq: “Siz an­caq yalan uyduranlar­sı­nız!”– deyəcəklər

Verse 59 — Surah Ar-Rum 30:59

Allah haqqı bilməyən­lə­rin qəlbini belə möhürlə­yir

Verse 60 — Surah Ar-Rum 30:60

Sən səbirli ol! Həqiqə­tən də, Alla­hın vədi haqdır. Qoy axi­rə­tə yəqin­lik­lə inanma­yan­lar səni qeyri-ciddi olma­ğa – din­dən dön­mə­yə sövq etmə­sinlər