Back to Languages

Azerbaijani - Chapter 36 - Ya-Sin

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ya-Sin 36:1

Verse 2 — Surah Ya-Sin 36:2

And olsun hikmətli Qu­ra­na

Verse 3 — Surah Ya-Sin 36:3

Həqiqətən, sən göndəril­miş elçi­lər­dənsən

Verse 4 — Surah Ya-Sin 36:4

Verse 5 — Surah Ya-Sin 36:5

Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edil­miş­dir ki

Verse 6 — Surah Ya-Sin 36:6

ataları xəbərdar edilmə­miş, özləri də qafil olan bir tay­fanı xə­bər­dar edə­sən

Verse 7 — Surah Ya-Sin 36:7

Onların əksəriyyəti barə­sindəki söz gerçəkləşdi. Çünki onlar iman gə­tirmədilər

Verse 8 — Surah Ya-Sin 36:8

Həqiqətən, Biz onların bo­yun­la­rı­na, çənələrinə dirən­miş zən­cir­lər ke­çirt­mişik. Odur ki, başları təkəbbürlə yuxarı qalx­mışdır

Verse 9 — Surah Ya-Sin 36:9

Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pər­də saldıq. Buna görə də onlar haqqı gör­mürlər

Verse 10 — Surah Ya-Sin 36:10

Sən onları qorxutsan da, qor­xut­masan da, onlar üçün ey­ni­dir, iman gə­tirməyəcəklər

Verse 11 — Surah Ya-Sin 36:11

Sən ancaq Zikrə tabe olub Mərhə­mətli Allahı görmədən On­dan çəkinən şəxsi qorxuda bi­lər­sən. Beləsini bağış­lanma və çox gö­zəl bir mükafatla müj­də­lə

Verse 12 — Surah Ya-Sin 36:12

Həqiqətən, ölüləri diril­dən, onla­rın bu dünyada törət­dik­lə­ri­ni və tərk et­diklə­rini ya­zan Bizik. Biz hər şe­yi açıq-ay­dın Yazıda (Löv­hi-məh­fuz­da) qey­də al­mışıq

Verse 13 — Surah Ya-Sin 36:13

Sən onlara o zaman el­çi­lər gəl­miş şəhər sakinlərini mi­sal çək

Verse 14 — Surah Ya-Sin 36:14

O zaman onlara iki nə­fər elçi gön­dərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüv­vət­lən­dir­dik. Bu elçilər: “Həqi­qətən, biz sizə göndərilmiş el­çilərik”– dedilər

Verse 15 — Surah Ya-Sin 36:15

Onlar dedilər: “Siz də bi­zim kimi sadəcə bir insan­sınız. Mər­həmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz an­caq yalan da­nışır­sınız”

Verse 16 — Surah Ya-Sin 36:16

Elçilər dedilər: “Rəbbi­miz bilir ki, biz, həqiqətən də, sizə gön­dərilmiş elçi­lərik

Verse 17 — Surah Ya-Sin 36:17

Bizim vəzifəmiz ancaq vəhy olu­nanı aşkar təbliğ et­mək­dir”

Verse 18 — Surah Ya-Sin 36:18

Onlar dedilər: “Biz siz­də bəd əla­mət gördük. Əgər dəvə­ti­ni­zə son qoy­masanız, sizi müt­ləq daşqalaq edəcəyik və biz­dən sizə müt­ləq ağrılı-acılı bir əzab toxunacaqdır”

Verse 19 — Surah Ya-Sin 36:19

Elçilər dedilər: “Sizin uğur­suzlu­ğunuz öz ucbatı­nız­dandır. Mə­gər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayır­sı­nız? Doğrusu, siz həd­di aşmış bir mil­lətsiniz”

Verse 20 — Surah Ya-Sin 36:20

Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay ca­ma­at! Elçilərin ardınca gedin

Verse 21 — Surah Ya-Sin 36:21

Sizdən heç bir mükafat is­təmə­yən, özləri də doğru yol­da olan şəxslərin ar­dınca gedin

Verse 22 — Surah Ya-Sin 36:22

Mənə nə olub ki, məni ya­radana və hüzuruna qay­ta­rı­­la­ca­ğı­nız Allaha iba­dət etmə­yim

Verse 23 — Surah Ya-Sin 36:23

Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mər­həmətli Allah mə­nə bir zərər ye­tirmək istəsə, on­la­rın şə­faəti mə­nə heç bir fay­da ver­məz və on­lar məni xilas edə bilməzlər

Verse 24 — Surah Ya-Sin 36:24

Bax onda mən açıq-ay­dın azğın­lığa düşmüş olaram

Verse 25 — Surah Ya-Sin 36:25

Həqiqətən, mən sizin Rəb­binizə iman gətirdim. Mənə qu­laq asın!”

Verse 26 — Surah Ya-Sin 36:26

Şəhərin sakinləri bu ki­şini öldürdük­dən sonra ona: “Cən­nə­tə da­xil ol!”– de­yildi. O dedi: “Kaş qövmüm biləydi ki

Verse 27 — Surah Ya-Sin 36:27

Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”

Verse 28 — Surah Ya-Sin 36:28

Biz ondan sonra xalqı­nın üstünə göydən heç bir qoşun göndər­mədik və heç göndərən də deyildik

Verse 29 — Surah Ya-Sin 36:29

Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar bir­dən sö­­nüb get­di­lər

Verse 30 — Surah Ya-Sin 36:30

Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona is­­tehza et­məsinlər

Verse 31 — Surah Ya-Sin 36:31

Məgər onlar özlərindən əvvəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­mizi və on­ların bir daha geriyə – bunların ya­nı­na qayıt­madığını gör­mürlərmi

Verse 32 — Surah Ya-Sin 36:32

Hamısı bir yerdə Bizim hüzuru­muza gətiriləcəklər

Verse 33 — Surah Ya-Sin 36:33

Ölü torpaq onlar üçün bir də­lil­dir. Biz onu yağışla dirildir, ora­dan taxıl çıxardırıq, onlar da ondan yeyirlər

Verse 34 — Surah Ya-Sin 36:34

Biz orada xurma bağları və üzüm­lüklər yaratdıq, bulaq­lar qay­na­dıb çı­xartdıq ki

Verse 35 — Surah Ya-Sin 36:35

onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən ye­sin­lər. Bəs onlar şükür etmə­yə­cəklərmi

Verse 36 — Surah Ya-Sin 36:36

Yerin bitirdiklərindən, in­sanların öz­lərindən və bilmə­dik­lə­rin­dən bütün cüt­ləri ya­ra­dan Allah pakdır, müqəd­dəs­dir

Verse 37 — Surah Ya-Sin 36:37

Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayı­rıb çı­xaran kimi onlar zül­mət içində qalırlar

Verse 38 — Surah Ya-Sin 36:38

Günəş də özünün qaldı­ğı yerə axıb gedir. Bu, Qüdrət­li, Bi­lən Allahın əzəli hökmüdür

Verse 39 — Surah Ya-Sin 36:39

Ay üçün də mənzillər mü­əyyən etmişik. Nəhayət, o təd­ricən dö­nüb xur­ma ağacının qu­rumuş budağı kimi əyri olur

Verse 40 — Surah Ya-Sin 36:40

Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. On­ların hər biri öz orbiti ilə üzüb gedir

Verse 41 — Surah Ya-Sin 36:41

Onların nəslini yüklü gə­midə da­şımağımız da onlar üçün bir dəlildir

Verse 42 — Surah Ya-Sin 36:42

Biz onlar üçün buna bən­zər daha neçə-neçə minik vasi­təsi ya­ratdıq

Verse 43 — Surah Ya-Sin 36:43

Əgər istəsək, onları suya qərq edə­rik. Onda nə onların im­da­dına çatan olar, nə də on­lar xilas ola bilərlər

Verse 44 — Surah Ya-Sin 36:44

Yalnız Bizim onlara rəhm etməyi­miz və onlara, müəyyən edil­miş vax­tadək, gün-güzə­ran nəsib etməyimiz is­tisna­dır

Verse 45 — Surah Ya-Sin 36:45

Onlara: “Önünüzdə olan­dan və ar­xa­nızca gələndən (dün­ya­da və axi­rətdə olan) əzabdan qorxun ki, bəlkə si­zə rəhm olu­na!”– de­yildikdə üz çevi­rir­lər

Verse 46 — Surah Ya-Sin 36:46

Onlara öz Rəbbinin ayə­lərindən elə bir ayə gəlmir ki, ondan üz döndər­məsinlər

Verse 47 — Surah Ya-Sin 36:47

Onlara: “Allahın sizə ver­diyi ruzi­dən sərf edin!”– de­yil­dik­də, ka­firlər mö­minlərə de­yir­lər: “Allahın istədiyi təq­dir­də ye­dir­də­cəyi kim­səni bizmi ye­dir­dəcəyik? Siz ancaq açıq-aydın azğınlıq için­dəsiniz”

Verse 48 — Surah Ya-Sin 36:48

Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yə soruşur­lar

Verse 49 — Surah Ya-Sin 36:49

Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlə­rini ya­xa­la­yacaq bir tük­ür­pə­dici səsi gözləyirlər

Verse 50 — Surah Ya-Sin 36:50

Onlar nə bir vəsiyyət et­məyə qa­dir olacaq, nə də ailə­lə­rinin ya­nına qayı­da bilə­cək­lər

Verse 51 — Surah Ya-Sin 36:51

Sur ikinci dəfə üfürülən kimi on­lar dərhal qəbirlərdən çıxıb Rəb­binə tə­rəf axışacaqlar

Verse 52 — Surah Ya-Sin 36:52

Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yer­dən kim qaldırdı? Bu, Mərhə­mətli Allahın vəd etdiyi qiya­mət­dir. Elçilər doğ­ru deyirlərmiş”

Verse 53 — Surah Ya-Sin 36:53

Bircə dəhşətli səs qopan kimi on­ların hamısı hüzuru­muza gə­tiri­ləcək­lər

Verse 54 — Surah Ya-Sin 36:54

O gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə an­caq etdiyi­niz əməllərin əvə­zi veriləcəkdir

Verse 55 — Surah Ya-Sin 36:55

Həqiqətən də, O gün Cənnət əhli nemətlər içində səfa sürər

Verse 56 — Surah Ya-Sin 36:56

Onlar zövcələri ilə bir­likdə köl­gə­liklərdə taxtlara söy­kə­nə­cək­lər

Verse 57 — Surah Ya-Sin 36:57

Orada onlar üçün mey­və­lər və is­tədikləri hər şey vardır

Verse 58 — Surah Ya-Sin 36:58

Üstəlik Rəhmli Rəbb on­lara: “Sa­lam” deyəcək

Verse 59 — Surah Ya-Sin 36:59

“Bu gün möminlərdən ay­rılın, ey günahkarlar

Verse 60 — Surah Ya-Sin 36:60

Ey Adəm övladları! Mə­gər Mən si­zə buyurmadımmı ki, şey­tana ibadət etməyin, o si­zin açıq-aydın düş­məni­nizdir

Verse 61 — Surah Ya-Sin 36:61

Mənə ibadət edin? Doğ­ru yol bu­dur

Verse 62 — Surah Ya-Sin 36:62

Artıq şeytan içərinizdən bir çox­larını yoldan çıxart­mış­dır. Mə­gər dərk etmirdiniz

Verse 63 — Surah Ya-Sin 36:63

Bu, sizə vəd edilmiş Cə­hənnəm­dir

Verse 64 — Surah Ya-Sin 36:64

Kafir olduğunuza görə bu gün orada yanın!”

Verse 65 — Surah Ya-Sin 36:65

Bu gün onların ağızla­rı­na möhür vurarıq. Qazandıq­ları gü­nah­lar barə­sin­də onların əlləri Bizimlə danışar, ayaq­ları da şəhadət ve­rər

Verse 66 — Surah Ya-Sin 36:66

Əgər istəsəydik, onların gözlə­ri­ni kor edərdik və onda on­lar düz yolla getməyə çalı­şar­dılar. Amma necə görə bi­lər­di­lər

Verse 67 — Surah Ya-Sin 36:67

Əgər istəsəydik, onları yerlərin­də­cə elə eybəcər hala sa­lar­dıq ki, nə irə­li gedə, nə də geri qayıda bilərdilər

Verse 68 — Surah Ya-Sin 36:68

Kimə uzun ömür veri­riksə, onu xilqətcə tərsinə çevi­ririk. Mə­gər başa düşmürlər

Verse 69 — Surah Ya-Sin 36:69

Biz Muhəmmədə şeir öy­rət­mədik, bu ona heç ya­raşmaz da. Bu an­caq öyüd-nəsihət və aydın Qurandır ki

Verse 70 — Surah Ya-Sin 36:70

diri olanları qorxutsun və ka­fir­lər barəsindəki söz ger­çək­ləş­sin

Verse 71 — Surah Ya-Sin 36:71

Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib ol­duq­la­rı mal-qa­ranı Öz əlləri­miz­lə yaratmışıq

Verse 72 — Surah Ya-Sin 36:72

Yaratdıqlarımızı öz isti­fadələrinə verdik ki, bəzilərin­dən mi­nik kimi ya­rarlansınlar və bəzilərini də yesinlər

Verse 73 — Surah Ya-Sin 36:73

Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi

Verse 74 — Surah Ya-Sin 36:74

Bir çarə tapmaları üçün müşrik­lər Allahdan başqa mə­bud­lar qəbul et­di­lər

Verse 75 — Surah Ya-Sin 36:75

Amma məbudlar onlara heç bir kö­mək edə bilməzlər. Hər­çənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir

Verse 76 — Surah Ya-Sin 36:76

Onların sözü səni kə­dər­ləndir­mə­sin. Şübhəsiz ki, Biz on­la­rın nəyi giz­li saxla­dıq­larını və nəyi aşkar etdiklərini bilirik

Verse 77 — Surah Ya-Sin 36:77

Məgər insan onu nütfə­dən yarat­dı­ğımızı görmür? Bu­dur, o in­di açıq-aş­kar müba­hi­sə edir

Verse 78 — Surah Ya-Sin 36:78

O Bizə bir məsəl çəkdi, lakin ya­ra­dılışını unutdu. O de­di: “Çü­rü­müş sü­mükləri kim dirildə bilər?”

Verse 79 — Surah Ya-Sin 36:79

De: “Onları ilk dəfə ya­radan Allah Özü dirildə­cək­. O, hər bir məxlu­quna yaxşı bə­ləddir

Verse 80 — Surah Ya-Sin 36:80

O sizin üçün yaşıl ağac­dan od əmələ gətirdi. Budur, siz indi on­dan od yandırır­sınız”

Verse 81 — Surah Ya-Sin 36:81

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq et­mək qüdrətinə malik olmaz­mı?! Şübhəsiz ki, O, Yara­dan­dır, Bi­lən­dir

Verse 82 — Surah Ya-Sin 36:82

Bir şeyi yaratmaq istə­dik­də ona təkcə: “Ol!” deyər, o da olar

Verse 83 — Surah Ya-Sin 36:83

Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəs­dir. Siz ancaq Onun hüzuruna qaytarı­la­caq­sınız