Back to Languages

Azerbaijani - Chapter 40 - Ghafir

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Ghafir 40:1

Verse 2 — Surah Ghafir 40:2

Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

Verse 3 — Surah Ghafir 40:3

Bu, günahları Bağışlayan, tövbə­lə­ri qəbul edən, cəzası şid­dət­li olan lütf sa­hibindəndir! Ondan başqa ibadə­tə layiq olan məbud yox­­dur. Dö­nüş də Ona­dır

Verse 4 — Surah Ghafir 40:4

Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edər­lər. On­ların şə­hərlərdə gəzib-dolaşmaları səni aldat­masın

Verse 5 — Surah Ghafir 40:5

Onlardan əvvəl Nuh qövmü və sonrakı toplumlar da el­çi­lə­ri ya­lançı saydılar. Hər ümmət öz elçisini yaxa­la­ma­ğı qəsd edir­di. Onlar həq­iqətin yalan olduğunu sübuta yetir­mək üçün ba­til sözlərlə müba­hisə aparırdılar. Mən də onları yaxaladım. Gö­rəy­din Mə­nim cəzam necə oldu

Verse 6 — Surah Ghafir 40:6

Kafirlərin od sakinləri ola­cağı ba­rədə Rəbbinin Sözü be­ləcə hə­qiqətə çevrildi

Verse 7 — Surah Ghafir 40:7

Ərşi daşıyanlar və onun ətra­fın­da­kılar öz Rəbbinə həmd edə­rək onu tə­rif­ləyir, Ona iman gətirir və möminlər üçün ba­ğış­lan­ma dilə­yirlər: “Ey Rəbbi­miz! Sən mərhəmətin və el­min­lə hər şe­yi əhatə edirsən. Töv­bə edib Sənin yo­lunla ge­dən­lə­ri bağışla, on­ları Cə­hən­nəm əza­bından qoru

Verse 8 — Surah Ghafir 40:8

Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələ­rin­dən və nə­sillərin­dən olan əmə­lisalehləri də onlara vəd etdi­yin Ədn cən­nətlərinə daxil et. Hə­qi­qə­tən, Sən Qüdrətlisən, Müd­riksən

Verse 9 — Surah Ghafir 40:9

Onları günahlarının cəza­sını çək­məkdən azad et. O gün Sən ki­mi gü­nahlarının cəzasını çəkməkdən azad et­sən, ona rəhm etmiş olar­san. Məhz bu, böyük uğur­dur”

Verse 10 — Surah Ghafir 40:10

Kafirlərə belə xitab olu­nacaq: “Siz imana dəvət olu­nar­kən küf­rünüzdə is­rar etdi­yiniz zaman Allahın sizə olan nifrəti indi si­zin özünü­zə olan nif­rəti­nizdən daha böyük idi”

Verse 11 — Surah Ghafir 40:11

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öl­dürüb, iki dəfə di­rilt­din. Biz öz günahlarımızı etiraf etdik. Od­dan çıxmağa bir yol varmı?”

Verse 12 — Surah Ghafir 40:12

Onlara deyiləcək: “Bu ona görədir ki, bir olan Allah çağı­rıl­dı­ğı zaman siz inkar edir­di­niz. Ona şərik qoşulduq­da isə ina­nır­dı­nız. Artıq hökm Uca və Bö­yük Allahındır”

Verse 13 — Surah Ghafir 40:13

Sizə Öz dəlillərini gös­tə­rən və göydən ruzi nazil edən məhz Odur. Bundan ancaq Allaha üz tutanlar ibrət alarlar

Verse 14 — Surah Ghafir 40:14

Kafirlərin xoşuna gəl­mə­sə də, di­ni məhz Allaha aid sa­yıb, Ona dua edin

Verse 15 — Surah Ghafir 40:15

Ən yüksək dərəcələrin və Ərşin sa­hibi Odur. O Öz əmri ilə vəh­yi qul­la­rından istə­di­yi­nə nazil edir ki, o, insan­ları gö­rüş günü ilə qorxutsun

Verse 16 — Surah Ghafir 40:16

O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allah­dan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məx­susdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”

Verse 17 — Surah Ghafir 40:17

Bu gün hər kəsə qazan­dı­ğının əvə­zi veriləcək. Bu gün haq­sız­lıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çə­kən­dir

Verse 18 — Surah Ghafir 40:18

Onları ürəklərin xirtdəyə çata­ca­ğı, özləri də qəm-qüssə için­də olacaqları ya­xınlaşan günlə qorxut. O gün zalım­la­rın nə bir ya­xın dostu, nə də sözü keçən bir şəfaətçisi olar

Verse 19 — Surah Ghafir 40:19

Allah gözlərin xaincə­si­nə baxışını və kökslərin nələr giz­lət­di­yi­ni bilir

Verse 20 — Surah Ghafir 40:20

Allah ədalətlə hökm ve­rər. On­dan başqa yalvardıqları bütlər isə heç bir şeyə hökm ve­rə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Gö­rəndir

Verse 21 — Surah Ghafir 40:21

Məgər onlar yer üzündə gəzib-do­laşıb özlərindən əv­vəl­ki­lə­rin aqi­bə­ti­nin necə oldu­ğu­nu görmədilərmi? On­lar bun­lardan da­ha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Allah on­ları gü­nah­larına görə əzabla yaxaladı və on­ları Allahdan qo­ru­yan ol­ma­dı

Verse 22 — Surah Ghafir 40:22

Bu ona görə idi ki, elçi­ləri onlara açıq-aydın dəlillər gə­tir­dik­ləri halda, on­lar inkar edir­dilər. Buna görə də Allah onla­rı əzab­la yaxaladı. Həqi­qətən, O, Qüvvətlidir, cəzası da şiddətli­dir

Verse 23 — Surah Ghafir 40:23

Biz Musanı möcüzələ­ri­mizlə və aşkar bir dəlillə gön­dərdik –

Verse 24 — Surah Ghafir 40:24

Fironun, Hamanın və Qa­runun ya­nına. Onlar isə: “Bu, ya­lan­çı bir sehr­baz­dır!”– de­di­lər

Verse 25 — Surah Ghafir 40:25

Musa onlara Bizim dər­gahı­mız­dan həqiqəti bəyan et­dikdə on­lar dedi­lər: “Onunla bir­likdə iman gətirənlərin oğul­larını öl­dü­rün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, ka­firlərin hiy­ləsi bo­şa çıxar

Verse 26 — Surah Ghafir 40:26

Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”

Verse 27 — Surah Ghafir 40:27

Musa dedi: “Mən he­sab­laşma gü­nünə inanmayan hər bir tə­kəb­bürlüdən həm mə­nim Rəbbim, həm də sizin Rəb­bi­niz olan Alla­ha sığı­nı­ram!”

Verse 28 — Surah Ghafir 40:28

Firon ailəsindən olub ima­nını giz­lədən mömin bir kişi dedi: “Siz bir ada­mı: “Rəbbim Allahdır!”– dediyinə görə öl­dü­rə­cək­si­niz­mi? Hal­buki o, Rəb­bi­niz­dən sizə açıq-aydın dəlil­lər gətirdi. Əgər o, yalan danı­şır­sa, onun yalanı ancaq öz əley­hi­nə­dir. Yox, əgər doğru da­nı­şırsa, onun vəd etdiyinin bəzi­si sizə toxunar. Hə­qi­qətən, Allah həddi aşanı, yalançını doğru yola yö­nəltməz

Verse 29 — Surah Ghafir 40:29

Ey qövmüm! Bu gün yer üzündə hakim şəxslər kimi hökm­ran­lıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” Firon dedi: “Mən sizə ancaq öz düşün­düyümü bil­dirirəm, mən sizə ancaq doğru yolu göstə­ri­rəm”

Verse 30 — Surah Ghafir 40:30

Mömin kişi dedi: “Ey qövmüm! Mən o toplumların ba­şı­na gəlmiş dəhşətli gü­nün bənzərinin sizin də başı­nıza gəl­mə­sin­dən qorxuram

Verse 31 — Surah Ghafir 40:31

Nuh qövmünün, Ad və Səmud tayfalarının və onlardan son­rakıların düçar olduğu bəlanın bənzərinin gəlmə­sindən qorxuram. Allah bəndələrinə zülm edilməsini is­tə­məz

Verse 32 — Surah Ghafir 40:32

Ey qömüm! Mən başı­nı­za gələcək fəryad qopara­cağı­nız gün­dən qorxu­ram

Verse 33 — Surah Ghafir 40:33

Geriyə dönüb qaçacağı­nız gün si­zi Allahdan qoruyan ta­pıl­maz. Alla­hın azğınlığa sal­­dığı kimsəyə isə yol gös­tə­rən olmaz”

Verse 34 — Surah Ghafir 40:34

Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətir­dik­lə­rinə şəkk et­məkdə davam edirdiniz. Nə­­hayət, o, və­fat et­dik­də dedi­niz: “Allah ondan sonra elçi gön­dər­məyəcək!” Allah həd­di aşan, şübhə edən kimsəni beləcə az­ğınlığa salar

Verse 35 — Surah Ghafir 40:35

Özlərinə bir dəlil gəlmə­dən Alla­hın ayələri barəsində mü­ba­hisə edənlər həm Allah yanında, həm də iman gə­ti­rən­lərin ya­nın­da ancaq böyük bir nifrət artırır. Allah hər bir tə­kəbbürlü zülm­karın qəlbini be­lə möhürləyir

Verse 36 — Surah Ghafir 40:36

Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəl­kə yollara –

Verse 37 — Surah Ghafir 40:37

göylərin yollarına çatım və Mu­sanın İlahını gö­rüm. Həqiqə­tən, mən Musanı yalançı sa­yı­ram!” Firona pis əməli belə­cə gö­zəl göstərildi və o, yol­dan çı­xarıldı. Fironun hiyləsi uğur­suz oldu

Verse 38 — Surah Ghafir 40:38

O mömin kişi dedi: “Ey qöv­müm! Mənim ardımca gə­lin, si­zi doğru yola çıxardım

Verse 39 — Surah Ghafir 40:39

Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axi­rət isə qərar tutacağınız yurd­dur

Verse 40 — Surah Ghafir 40:40

Kim pis bir iş tutsa, o an­caq işi­nin həddi qədər cəza alar. Mö­min olmaqla bərabər, yaxşı iş görən kişilər və qa­dın­lar Cən­nə­tə daxil olub orada hesabsız ruziyə nail olarlar

Verse 41 — Surah Ghafir 40:41

Ey qövmüm! Nə üçün mən sizi nicat tapmağa çağırı­ram, siz isə məni oda çağırır­sı­nız

Verse 42 — Surah Ghafir 40:42

Siz məni Allahı inkar et­məyə, bilmədiyim bir şeyi Ona şərik qoş­mağa çağırırsınız, mən isə sizi Qüdrətli və Ba­ğışlayan Allaha ça­ğı­rıram

Verse 43 — Surah Ghafir 40:43

Heç şübhəsiz ki, sizin məni ça­ğırdıqlarınızın nə dün­yada, nə də axi­rətdə çağırıl­ma­ğa haqqı yoxdur. Bizim dö­nü­şümüz Alla­ha­dır. Həddi aşan­lar isə od sakinləridirlər

Verse 44 — Surah Ghafir 40:44

Sizə dediklərimi mütləq xatır­la­yacaqsınız. Mən öz işi­mi Alla­ha həvalə edirəm. Həqiqə­tən, Allah qullarını gö­rəndir.”

Verse 45 — Surah Ghafir 40:45

Allah Musanı onların qur­duğu hiylələrin şərindən qo­ru­du. Fi­ron nəs­li­ni isə dəhşətli əzab bürüdü

Verse 46 — Surah Ghafir 40:46

Onları səhər və axşam­üstü oda salırlar. O Saat (Qiyamət) gələ­cəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın

Verse 47 — Surah Ghafir 40:47

O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər tə­kəb­bür gös­tə­rənlərə: “Biz si­zin ardınızca gedirdik. İndi siz odun bir hissəsindən bizi qur­tara bilərsinizmi?”– deyəcəklər

Verse 48 — Surah Ghafir 40:48

Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Ar­tıq Allah qullar ara­sında hök­münü vermişdir”– deyəcək­lər

Verse 49 — Surah Ghafir 40:49

Odda olanlar Cəhən­nəm gözət­çi­lərinə deyəcəklər: “Rəb­bi­ni­zə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngül­ləş­dir­sin!”

Verse 50 — Surah Ghafir 40:50

Gözətçilər deyəcəklər: “Mə­gər el­çi­ləriniz açıq-aydın də­lil­lər gə­tirmə­miş­dilər?” On­lar: “Əlbəttə gətirmişdilər!”– deyə­cəklər. Gö­zət­çi­lər də: “Elə isə özü­nüz yalvarın!”– deyə­cəklər. Ka­firlərin yal­var­ma­sı isə əbəsdir

Verse 51 — Surah Ghafir 40:51

Şübhəsiz ki, Biz Öz el­çi­lərimizə və möminlərə həm dünya hə­ya­tında, həm də şa­hidlərin şəhadət verəcəyi gün yardım edə­cə­yik

Verse 52 — Surah Ghafir 40:52

O gün zalımlara üzr di­lə­mələri heç bir fayda ver­mə­yə­cək­. Onları həm lənət, həm də pis yurd gözləyir

Verse 53 — Surah Ghafir 40:53

Biz Musaya doğru yolu göstərən rəhbər verdik və İsrail oğul­larını Ki­ta­ba varis etdik –

Verse 54 — Surah Ghafir 40:54

ağıl sahiblərinə doğru yol gös­tə­ricisi və öyüd-nəsihət ki­mi

Verse 55 — Surah Ghafir 40:55

Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Günahının ba­ğış­lan­ması­nı di­lə, axşamüstü və sübh çağı Rəbbini həmd ilə tə­riflə

Verse 56 — Surah Ghafir 40:56

Həqiqətən, özlərinə bir dəlil gəl­mədən Allahın ayələri ba­rə­sin­də mü­bahisə edənlərin ürəklərində böyüklük iddia­sın­dan baş­qa bir şey yoxdur. On­lar heç vaxt buna çatmaya­caq­lar. Sən Alla­ha sı­ğın! Həqi­qə­tən, O, Eşidəndir, Gö­rəndir

Verse 57 — Surah Ghafir 40:57

Həqiqətən, göylərin və yerin ya­radılması insanların ya­ra­dıl­masın­dan daha böyük şeydir. Lakin insanların çoxu bunu bil­mir

Verse 58 — Surah Ghafir 40:58

Korla görən, iman gəti­rib yaxşı iş­lər görənlərlə pislik edən­lər eyni de­yil. Necə də az düşünüb daşınır­sı­nız

Verse 59 — Surah Ghafir 40:59

O Saat mütləq gələcək­, buna heç bir şübhə yox­dur. La­kin insanların əksəriy­yəti buna inanmır

Verse 60 — Surah Ghafir 40:60

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər”

Verse 61 — Surah Ghafir 40:61

Gecəni rahatlanmanız üçün ya­ra­dan, gündüzü ruzi qazan­ma­nız üçün işıqlı edən Allahdır. Allah insanlara qarşı lütfkardır, la­kin in­sanların ço­xu şü­kür etmir

Verse 62 — Surah Ghafir 40:62

Budur sizin Rəbbiniz, hər şeyin Xaliqi olan Allah! Ondan başqa ibadə­tə layiq olan məbud yoxdur! Siz necə də haqqa qarşı dö­nük çı­xırsınız

Verse 63 — Surah Ghafir 40:63

Allahın ayələrini inkar edənlər beləcə dönük çıxır­lar

Verse 64 — Surah Ghafir 40:64

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət ve­rib surət­ləri­ni­zi gözəl şəklə salan, sizə pak nemət­lər­dən ru­zi verən Allahdır. Budur si­zin Rəbbiniz olan Allah. Aləm­lə­rin Rəbbi olan Allah ən Əzəmətli, xeyri və bərəkəti bol Olandır

Verse 65 — Surah Ghafir 40:65

O, əbədi Yaşayandır, On­dan başqa ibadə­tə layiq olan mə­bud yox­dur. Allaha, dini yalnız Ona məxsus edə­rək, dua edin. Həmd, Aləm­lə­rin Rəbbi Allaha məxsusdur

Verse 66 — Surah Ghafir 40:66

De: “Rəbbimdən mənə açıq-ay­dın dəlillər gəldiyi za­man si­zin Allahdan başqa yal­vardıqlarınıza ibadət etmək mə­nə qadağan edilmiş və mənə aləm­lə­rin Rəbbinə təslim olmaq əmr olun­muş­dur”

Verse 67 — Surah Ghafir 40:67

Sizi torpaqdan, sonra nüt­fədən, sonra laxtalanmış qan­dan ya­ra­dan, son­ra sizi, bö­yü­yüb yetkinlik yaşına çatası­nız, daha son­ra da qocalasınız de­yə uşaq olaraq ana bətnin­dən çı­xardan Odur. Hər­çənd ki, içə­ri­nizdə qocalmamışdan əv­vəl ölən­lər də vardır. Bu ona görədir ki, müəy­yən olunmuş vaxta yeti­şəsiniz və bəlkə, dü­şü­nüb da­şınasınız

Verse 68 — Surah Ghafir 40:68

Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını is­tə­dik­də ona ancaq: “Ol”– de­yir, o da olur

Verse 69 — Surah Ghafir 40:69

Allahın ayələri barə­sin­də müba­hisə edənləri görmür­sən­mi? Onlar necə də haqqa qar­şı dönük çıxırlar

Verse 70 — Surah Ghafir 40:70

Onlar Kitabı və elçiləri­mizə gön­dərdiklərimizi yalan say­dı­lar. Onlar tezliklə bilə­cək­lər

Verse 71 — Surah Ghafir 40:71

o zaman ki, boyunla­rın­da dəmir halqalar və zəncirlər ol­du­ğu halda sü­rüklənəcəklər –

Verse 72 — Surah Ghafir 40:72

qaynar suya tərəf; sonra odda yandırılacaqlar

Verse 73 — Surah Ghafir 40:73

Sonra da onlara deyilə­cək: “Haradadır şərik qoş­duq­la­rı­nız –

Verse 74 — Surah Ghafir 40:74

Allahdan başqa ibadət et­diklə­ri­niz?” Onlar deyəcək­lər: “On­lar bizi qo­yub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət et­mir­dik!” Allah kafir­ləri belə­cə azğınlığa salar

Verse 75 — Surah Ghafir 40:75

“Bu, sizin yer üzündə na­haq yerə sevinməyinizə və qür­rə­lən­məyi­nizə gö­rədir

Verse 76 — Surah Ghafir 40:76

İçində əbədi qalacağınız Cəhən­nəmin qapı­larına girin!” Tə­kəb­bürlü­lə­rin yeri necə də pisdir

Verse 77 — Surah Ghafir 40:77

Səbir et! Həqiqətən, Alla­hın vədi haqdır. Ya onlara vəd et­di­yimi­zin bir qis­mini sənə gös­tərəcək, ya da daha öncə sənin ca­nı­nı alacağıq. Onlar axırda Bi­zə qaytarılacaqlar

Verse 78 — Surah Ghafir 40:78

Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar

Verse 79 — Surah Ghafir 40:79

Bəzilərini minəsiniz, bə­zilərin­dən də yeyəsiniz deyə, hey­van­ları sizin üçün yaradan Allahdır

Verse 80 — Surah Ghafir 40:80

Siz onlardan başqa mən­fəətlər də əldə edirsiniz. Siz on­ları mi­nərək ürə­yi­nizdən ke­çən yerlərə gedib çatırsınız. Siz həm on­la­rın üstündə, həm də gə­mi­lərdə daşınırsınız

Verse 81 — Surah Ghafir 40:81

Allah sizə Öz möcü­zə­lə­rini göstə­rir. Allahın hansı də­lillə­rini in­kar edə bi­lər­si­niz

Verse 82 — Surah Ghafir 40:82

Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əv­vəl­ki­lərin aqi­bətinin necə ol­du­ğunu görmə­di­lərmi? Onlar bun­lardan say­ca daha çox, daha qüv­vətli idilər və yer üzündə daha çox iz qoy­muşdular. Mü­vəffəq olduqları on­lara bir fay­da vermədi

Verse 83 — Surah Ghafir 40:83

Elçiləri onlara açıq-ay­dın ayələr gətirdikdə, ancaq özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə də, onları istehza etdik­ləri şey əzab­la çulğaladı

Verse 84 — Surah Ghafir 40:84

Onlar əzabımızı dad­dıq­da: “Biz tək Allaha iman gə­tir­dik və Ona şərik qoşduqla­rı­mı­zı inkar etdik!”– dedilər

Verse 85 — Surah Ghafir 40:85

Lakin o zaman əzabı­mı­zı gördük­də iman gətirmələri on­lara heç bir fay­da vermədi. Bu, Allahın Öz qulları ba­rəsində əzəldən bə­ri qüvvədə olan qa­nu­nudur. Onda kafirlər ziyana uğra­dı­lar