Back to Languages

Azerbaijani - Chapter 41 - Fussilat

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Fussilat 41:1

Verse 2 — Surah Fussilat 41:2

Bu, Mərhəmətli və Rəhm­li Allah tə­rə­findən nazil edil­miş

Verse 3 — Surah Fussilat 41:3

ayələri Quran olaraq ərəb­cə müfəs­səl izah edilmiş, an­la­ya bi­lən camaat üçün nəzərdə tu­tulmuş bir Kitabdır

Verse 4 — Surah Fussilat 41:4

O, həm müjdə verən, həm də xə­bər­dar edəndir. Lakin on­la­rın çoxu üz çe­virib söz eşit­məzlər

Verse 5 — Surah Fussilat 41:5

Onlar deyirlər: “Sənin bi­zi dəvət et­di­yinə qarşı qəlbi­miz qa­pa­lı­dır, qulaq­la­rımızda tıxac var, bizimlə sənin ara­na pər­də çə­kil­miş­dir. Sən işində ol, biz də öz işimizdə olacağıq!”

Verse 6 — Surah Fussilat 41:6

De: “Mən də sizin kimi bir insa­nam. Mənə vəhy olunur ki, si­zin mə­bu­dunuz Tək olan İlah­dır. Ona tərəf doğ­ru yol tutun və On­dan bağış­lan­mağı­nızı di­ləyin. Vay müşriklərin halına

Verse 7 — Surah Fussilat 41:7

O kəslərin ki, zəkat ver­mir və axi­rəti inkar edirlər

Verse 8 — Surah Fussilat 41:8

İman gətirib yaxşı əməl işlə­yən­lə­ri tükənməz nemətlər göz­lə­yir”

Verse 9 — Surah Fussilat 41:9

De: “Doğrudanmı siz ye­ri iki gün­də yaradana küfr edir və büt­ləri Ona tay tu­tur­su­nuz? Axı O, aləmlərin Rəb­bi­dir

Verse 10 — Surah Fussilat 41:10

O, yerin üstündə möh­kəm duran dağlar yerləşdirdi, onu bə­rəkətli etdi və ruzi is­tə­yənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yer­bə­yer etdi

Verse 11 — Surah Fussilat 41:11

Sonra O, tüstü halında olan göyə tə­rəf yönəlib ona və yerə: “Kö­nüllü su­rət­də və ya məcburi olaraq gəlin əm­ri­mə bo­yun əyin!”– dedi. Onlar: “Kö­nül­lü ola­raq gəldik!”– dedilər

Verse 12 — Surah Fussilat 41:12

O, iki gündə onları yed­di göy kimi yaratdı və hər gö­yə onun özünə məx­sus vəzifə tap­şırdı. Biz dünya sə­masını qən­dillərlə bə­zə­dik və onu mühafi­zə­­mizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzə­li hökmü­dür

Verse 13 — Surah Fussilat 41:13

Əgər üz döndərsələr, de: “Mən sizi Ad və Səmudu sa­ran il­dı­rıma bən­zər bir ildı­rı­mın sarsıda biləcə­yin­dən xə­bərdar edirəm”

Verse 14 — Surah Fussilat 41:14

Onlara önlərindən və ar­xala­rın­dan: “Yalnız Allaha iba­dət edin!”– deyə əmr edən elçi­lər gəlmişdi. Onlar isə: “Əgər Rəb­bimiz is­təsəydi, mələklər en­di­rərdi. Biz sizinlə göndəri­lən­lə­rə inan­mı­rıq!”– demişdi­lər

Verse 15 — Surah Fussilat 41:15

Ad xalqına gəlincə, on­lar yer üzün­də haqsızcasına tə­kəb­bür gös­tərib: “Bizdən daha qüv­vətli kim ola bilər?”– dedi­lər. Məgər on­ları yaradan Alla­hın onlardan daha qüvvətli ol­du­ğunu gör­mür­dü­lər­mi? Onlar ayələrimizi, sadə­cə, inkar edir­dilər

Verse 16 — Surah Fussilat 41:16

Biz onlara dünya həya­tında rüs­vay­çılıq əzabını dad­dırmaq üçün uğur­suz gün­lər­də üstlərinə çox soyuq bir kü­lək göndərdik. Axi­rət əzabı isə daha rüs­vay­edicidir. Onlara kö­mək də edilməz

Verse 17 — Surah Fussilat 41:17

Səmud xalqına gəldikdə isə, Biz on­lara doğru yol gös­tərdik, onlar isə korluğu doğ­ru yoldan üstün tutdular və onları qa­zan­dıq­la­rı günahlar üzün­dən alçaldıcı əzab ildırı­mı yaxa­ladı

Verse 18 — Surah Fussilat 41:18

İman gətirib Allahdan qor­xanları isə xilas etdik

Verse 19 — Surah Fussilat 41:19

Allaha düşmən kəsilənlər Cəhən­nə­mə sürüklənib topla­na­caq­la­rı günə qə­dər bir yerdə saxlanacaqlar

Verse 20 — Surah Fussilat 41:20

Nəhayət, onlar oraya gəl­dikləri za­man qulaqları, göz­lə­ri və də­riləri et­dik­ləri əməllər ba­rəsində onların əley­hinə şa­hid­lik edə­cək­dir

Verse 21 — Surah Fussilat 41:21

Onlar öz dərilərinə: “Nə üçün əley­himizə şahidlik edir­si­niz?”– deyə­cək­lər. Dəriləri de­yəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi da­nışdırdı. Sizi ilk dəfə O ya­ratmışdır və siz axır­da Ona qay­ta­rı­la­caq­sınız”

Verse 22 — Surah Fussilat 41:22

Siz qulaqlarınızın, göz­lə­rinizin və dərilərinizin əley­hi­nizə şa­hid olma­sın­dan çəki­nib gizlənmirdiniz. Əksinə, elə zənn edirdi­niz ki, Allah sizin etdi­yi­niz əməllərin çoxunu bil­mir

Verse 23 — Surah Fussilat 41:23

Sizin öz Rəbbiniz barə­sində bu zən­niniz sizi məhv et­di və siz ziyan çə­kən­lərdən ol­dunuz

Verse 24 — Surah Fussilat 41:24

Əzaba dözsələr də, on­la­rın yeri od­dur. Onlar mərhə­mət di­lə­sə­lər də, on­lara mərhə­mət göstərilməz

Verse 25 — Surah Fussilat 41:25

Biz onlara fasiq dostlar qoşduq və bu dostlar onlara ön­də­ki­lə­ri­ni və ar­xa­dakılarını gö­zəl göstərdilər (dünyanı sev­di­rib, axirəti unut­durdular). On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lər barəsindəki Söz on­lar ba­rə­sində də gerçək ol­du. Hə­qi­qə­tən də, onlar ziyana uğra­dılar

Verse 26 — Surah Fussilat 41:26

Kafirlər: “Bu Qurana qu­laq as­ma­yın, o oxunarkən hay-küy sa­lın. Bəlkə, qa­lib gələsi­niz”– dedilər

Verse 27 — Surah Fussilat 41:27

Biz kafirlərə mütləq şid­dətli bir əzab daddıracaq və onları et­dikləri əməl­lə­rin ən pi­si ilə cəzalandıracağıq

Verse 28 — Surah Fussilat 41:28

Budur Allahın düşmən­lə­rinin cə­zası – Od! Ayələri­mi­zi in­kar etmələri üzün­dən ora­da onları, cəza yeri kimi, əbədi yurd göz­lə­yir

Verse 29 — Surah Fussilat 41:29

Kafirlər deyəcəklər: “Ey Rəb­bi­miz! Cinlərdən və insan­lar­dan bizi tov­layıb yoldan çı­xardanları bizə göstər ki, biz onları tap­da­ğımız altına salıb yerlə yeksan edək”

Verse 30 — Surah Fussilat 41:30

Həqiqətən də: “Rəb­bi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tan kəslərə mə­lək­lər nazil olub deyirlər: “Qorx­ma­yın və kə­­dər­lən­mə­yin! Sizə vəd olu­nan Cən­nətlə sevinin

Verse 31 — Surah Fussilat 41:31

Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Ora­da si­zin üçün nəf­sinizin çə­kə biləcəyi hər şey hazır­lan­mış­dır. Ora­da istədiyiniz hər şey var­dır

Verse 32 — Surah Fussilat 41:32

Bağışlayan və Rəhmli Allah tərə­fin­dən verilən ziyafət kimi”

Verse 33 — Surah Fussilat 41:33

İnsanları Allaha tərəf ça­ğıran, yaxşı iş görən və: “Hə­qiqətən, mən mü­səl­manlarda­nam!”– deyən kəsdən daha gö­zəl söz deyən kim ola bilər

Verse 34 — Surah Fussilat 41:34

Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman sə­nin­lə ədavət aparan kimsə sanki ya­xın bir dost olar

Verse 35 — Surah Fussilat 41:35

Bu isə ancaq səbir edən­lərə ve­ri­lir və ancaq böyük qis­mət sa­hib­lərinə nə­­sib olur

Verse 36 — Surah Fussilat 41:36

Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çün­ki O, Eşidəndir, Biləndir

Verse 37 — Surah Fussilat 41:37

Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsi­niz­sə, onda günəşə və aya səcdə etməyin, on­la­rı yaradan Alla­ha səcdə edin

Verse 38 — Surah Fussilat 41:38

Əgər onlar təkəbbür gös­tərsələr bil­sinlər ki, sənin Rəb­binin ya­nında olan­lar gecə-gün­düz usanmadan Onun şəninə təriflər de­yir­lər

Verse 39 — Surah Fussilat 41:39

Yer üzünü qupquru gör­məyin də Onun dəlillərindən­dir. Biz yerin üzə­ri­nə su endir­dikdə o, hərəkətə gəlib qa­ba­rır. Şüb­hə­siz ki, onu dirildən Allah, ölü­ləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qa­dirdir

Verse 40 — Surah Fussilat 41:40

Sözsüz ki, ayələrimiz­dən üz dön­də­rənlər Bizdən gizli qal­maz­lar. Onda de­yin görək oda atılan kimsə yaxşıdır, yox­sa Qi­yamət gü­nünə əmin-aman­lıq için­də gələn kimsə? İstədiyi­ni­zi edin! Hə­qi­qə­tən, Allah nə etdik­lərinizi gö­rür

Verse 41 — Surah Fussilat 41:41

Şübhə yox ki, Zikr on­la­ra gəldiyi zaman onu yalan sa­yanlar cə­zalan­dırı­lacaqlar. Hə­qi­qətən, bu, əzəmətli bir Ki­tab­dır

Verse 42 — Surah Fussilat 41:42

Nə önündən, nə də ar­xa­sından batil ona girişə bilməz. O, Müd­rik, Tə­ri­fəla­yiq Allah tərəfindən nazil edil­miş­dir

Verse 43 — Surah Fussilat 41:43

Sənə ancaq səndən əv­vəlki el­çi­lə­rə deyilənlər deyi­lir. Hə­qi­qə­tən, sənin Rəb­bin ba­ğış­layandır, ağrılı-acılı cəza ve­rən­dir

Verse 44 — Surah Fussilat 41:44

Əgər Biz onu yad bir dil­də Qu­ran etsəydik, onlar de­yər­di­lər: “Nə üçün onun ayə­ləri müfəssəl izah edilməmiş­dir? Yad dil və ərəb peyğəm­bər?!” De: “O, iman gətirənlərə doğ­ru yol göstəri­cisi və şəfadır”. İman gə­tir­məyən­lə­rin isə qu­laq­larında tıxac var. On­lar ona qarşı kordurlar. On­lar sanki uzaq bir yerdən çağı­rılırlar

Verse 45 — Surah Fussilat 41:45

Biz Musaya da Kitab ver­dik, la­kin onun barəsində ix­ti­laf düş­dü. Əgər sə­nin Rəb­bi­nin öncə buyurduğu Söz ol­ma­­saydı, on­la­rın arasın­da hökm verilmiş olardı. Həqiqətən, ka­firlər onun barə­sin­də anlaşıl­maz bir şübhə içindədirlər

Verse 46 — Surah Fussilat 41:46

Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara zülm edən deyil

Verse 47 — Surah Fussilat 41:47

O Saat (Qiyamət) haqqında bilgi yal­nız Ona məxsusdur. Onun xə­bəri ol­madan heç bir meyvə toxu­mundan cücərib çıx­maz, heç bir dişi ha­milə qalmaz və bət­nində daşı­dığı yükü yerə qoy­maz. O gün Allah on­ları ça­ğırıb: “Şəriklərim ha­ra­da­dır?”– deyə­cək. Onlar da: “Biz Sə­nə bildirdik ki, aramızda heç bir şa­hid yox­dur!”– deyə­cək­lər

Verse 48 — Surah Fussilat 41:48

Əvvəllər tapındıqları büt­­lər onları qoyub gedəcək və on­lar öz­lə­ri üçün bir qurtuluş ye­ri olmadığını yəqin edə­cək­lər

Verse 49 — Surah Fussilat 41:49

İnsan özünə xeyir dilə­mək­dən usanmaz. Lakin ona bir pis­lik dəysə, mə­yus olub ümidini itirər

Verse 50 — Surah Fussilat 41:50

Başına gələn bəladan son­ra Özü­müzdən ona bir mər­hə­mət dad­dırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın (Qiyamətin) gə­lə­cəyini güman et­mirəm. Rəbbimə qaytarılsam be­lə, Onun ya­nın­da mənim üçün ən gözəl nemət hazırla­nar!” Biz kafirlərə nə et­dik­lə­rini müt­ləq xəbər verəcək və onlara hök­mən ağır bir əzab dad­dıracağıq

Verse 51 — Surah Fussilat 41:51

İnsana nemət verdi­yi­miz zaman üz çevirib haqdan uzaq du­rar. Ona bir pislik toxun­duq­da isə uzun-uzadı yalva­rıb-ya­xarar

Verse 52 — Surah Fussilat 41:52

De: “Bir deyin görək, əgər Quran Allah tərəfin­dən­dirsə, son­ra da siz onu inkar edir­si­nizsə, bunu necə başa düşmək olar?! Elə isə, haqdan uzaq bir ay­rılıq için­də olan kəsdən daha çox azmış kim ola bilər

Verse 53 — Surah Fussilat 41:53

Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz də­lillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yilmi

Verse 54 — Surah Fussilat 41:54

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edir­lər. Həqi­qətən, O, hər şeyi əhatə edir