Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 43 - Az-Zukhruf
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Az-Zukhruf 43:1
Verse 2 — Surah Az-Zukhruf 43:2
Bu aydın Kitaba and olsun
Verse 3 — Surah Az-Zukhruf 43:3
Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız
Verse 4 — Surah Az-Zukhruf 43:4
Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur
Verse 5 — Surah Az-Zukhruf 43:5
Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik
Verse 6 — Surah Az-Zukhruf 43:6
Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbər göndərmişdik
Verse 7 — Surah Az-Zukhruf 43:7
Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar
Verse 8 — Surah Az-Zukhruf 43:8
Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir
Verse 9 — Surah Az-Zukhruf 43:9
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən Allah yaratmışdır!”– deyəcəklər
Verse 10 — Surah Az-Zukhruf 43:10
O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə düz gedə biləsiniz
Verse 11 — Surah Az-Zukhruf 43:11
Göydən lazım olduğu qədər su endirildi. Biz onunla ölü bir diyarı diriltdik. Siz də beləcə dirildilib çıxarılacaqsınız
Verse 12 — Surah Az-Zukhruf 43:12
O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki
Verse 13 — Surah Az-Zukhruf 43:13
onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı
Verse 14 — Surah Az-Zukhruf 43:14
Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq”
Verse 15 — Surah Az-Zukhruf 43:15
Müşriklər Allahın qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar və şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur
Verse 16 — Surah Az-Zukhruf 43:16
Yoxsa Allah yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir
Verse 17 — Surah Az-Zukhruf 43:17
Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar
Verse 18 — Surah Az-Zukhruf 43:18
Onlar zinət içində böyüdülən və çəkişmə zamanı aydın danışa bilməyən qızlarımı Allaha isnad edirlər
Verse 19 — Surah Az-Zukhruf 43:19
Onlar Mərhəmətli Allahın qulları olan mələkləri qız hesab etdilər. Məgər onlar mələklərin yaradılışının şahidi olublar? Onların bu şahidliyi yazılacaq və buna görə cavab verməli olacaqlar
Verse 20 — Surah Az-Zukhruf 43:20
Onlar dedilər: “Əgər Mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu haqda heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışırlar
Verse 21 — Surah Az-Zukhruf 43:21
Bəlkə onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər
Verse 22 — Surah Az-Zukhruf 43:22
Xeyr! Müşriklər: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– deyirlər
Verse 23 — Surah Az-Zukhruf 43:23
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər
Verse 24 — Surah Az-Zukhruf 43:24
Peyğəmbər dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik”
Verse 25 — Surah Az-Zukhruf 43:25
Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu
Verse 26 — Surah Az-Zukhruf 43:26
Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam
Verse 27 — Surah Az-Zukhruf 43:27
Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcək”
Verse 28 — Surah Az-Zukhruf 43:28
O, bu “lə ilahə illəllah” kəlməsini öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar
Verse 29 — Surah Az-Zukhruf 43:29
Doğrusu, Mən bunlara da, atalarına da, haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim
Verse 30 — Surah Az-Zukhruf 43:30
Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər
Verse 31 — Surah Az-Zukhruf 43:31
Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?”
Verse 32 — Surah Az-Zukhruf 43:32
Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir
Verse 33 — Surah Az-Zukhruf 43:33
Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik
Verse 34 — Surah Az-Zukhruf 43:34
evlərinin qapılarını və söykəndikləri taxtları da
Verse 35 — Surah Az-Zukhruf 43:35
üstəlik, zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür
Verse 36 — Surah Az-Zukhruf 43:36
Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayar və o da ona yoldaş olar
Verse 37 — Surah Az-Zukhruf 43:37
Əlbəttə ki, şeytanlar onları haqq yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər
Verse 38 — Surah Az-Zukhruf 43:38
Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”
Verse 39 — Surah Az-Zukhruf 43:39
Onlara deyilər: “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
Verse 40 — Surah Az-Zukhruf 43:40
Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən
Verse 41 — Surah Az-Zukhruf 43:41
Biz səni götürüb aparsaq da, yenə onlardan mütləq intiqam alacağıq
Verse 42 — Surah Az-Zukhruf 43:42
Yaxud onlara vəd etdiyimizi sənə göstərəcəyik. Şübhəsiz ki, Bizim onlara gücümüz çatar
Verse 43 — Surah Az-Zukhruf 43:43
Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan
Verse 44 — Surah Az-Zukhruf 43:44
Doğrusu, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız
Verse 45 — Surah Az-Zukhruf 43:45
Səndən əvvəl göndərdiyimiz elçilərdən – onların davamçılarından soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik
Verse 46 — Surah Az-Zukhruf 43:46
Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. Musa dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”
Verse 47 — Surah Az-Zukhruf 43:47
Musa dəlillərimizi onlara bəyan edən kimi onlar buna güldülər
Verse 48 — Surah Az-Zukhruf 43:48
Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar
Verse 49 — Surah Az-Zukhruf 43:49
Onlar: “Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk”– dedilər
Verse 50 — Surah Az-Zukhruf 43:50
Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər
Verse 51 — Surah Az-Zukhruf 43:51
Firon qövmünü çağırıb dedi: “Ey qövmüm! Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüz
Verse 52 — Surah Az-Zukhruf 43:52
Ya da mən bu aciz və az qala sözünü belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi
Verse 53 — Surah Az-Zukhruf 43:53
Nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?”
Verse 54 — Surah Az-Zukhruf 43:54
Firon öz xalqını aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər
Verse 55 — Surah Az-Zukhruf 43:55
Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını dənizdə batırdıq
Verse 56 — Surah Az-Zukhruf 43:56
Biz onları sonradan gələnlərə sələf və ibrət etdik
Verse 57 — Surah Az-Zukhruf 43:57
Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən güldü
Verse 58 — Surah Az-Zukhruf 43:58
Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən adamlardır
Verse 59 — Surah Az-Zukhruf 43:59
O, yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur
Verse 60 — Surah Az-Zukhruf 43:60
Əgər istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq
Verse 61 — Surah Az-Zukhruf 43:61
Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir. Qiyamətə şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur
Verse 62 — Surah Az-Zukhruf 43:62
Şeytan sizi doğru yoldan döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir
Verse 63 — Surah Az-Zukhruf 43:63
İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin
Verse 64 — Surah Az-Zukhruf 43:64
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!”
Verse 65 — Surah Az-Zukhruf 43:65
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına
Verse 66 — Surah Az-Zukhruf 43:66
Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər
Verse 67 — Surah Az-Zukhruf 43:67
O gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəklər
Verse 68 — Surah Az-Zukhruf 43:68
Ey qullarım! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də
Verse 69 — Surah Az-Zukhruf 43:69
Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz
Verse 70 — Surah Az-Zukhruf 43:70
Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun
Verse 71 — Surah Az-Zukhruf 43:71
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq. Siz orada əbədi qalacaqsınız
Verse 72 — Surah Az-Zukhruf 43:72
Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur
Verse 73 — Surah Az-Zukhruf 43:73
Orada sizin üçün bol-bol meyvələr var, onlardan yeyəcəksiniz
Verse 74 — Surah Az-Zukhruf 43:74
Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar
Verse 75 — Surah Az-Zukhruf 43:75
Onların əzabı yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar
Verse 76 — Surah Az-Zukhruf 43:76
Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər
Verse 77 — Surah Az-Zukhruf 43:77
Onlar Cəhənnəm gözətçisini çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək
Verse 78 — Surah Az-Zukhruf 43:78
Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı
Verse 79 — Surah Az-Zukhruf 43:79
Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk
Verse 80 — Surah Az-Zukhruf 43:80
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz var
Verse 81 — Surah Az-Zukhruf 43:81
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım
Verse 82 — Surah Az-Zukhruf 43:82
Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!”
Verse 83 — Surah Az-Zukhruf 43:83
Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər
Verse 84 — Surah Az-Zukhruf 43:84
Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Hikmət sahibidir, Biləndir
Verse 85 — Surah Az-Zukhruf 43:85
Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat (Qiyamət) haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız
Verse 86 — Surah Az-Zukhruf 43:86
Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır
Verse 87 — Surah Az-Zukhruf 43:87
Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər
Verse 88 — Surah Az-Zukhruf 43:88
Peyğəmbər dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!”
Verse 89 — Surah Az-Zukhruf 43:89
Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər