Back to Languages

Azerbaijani - Chapter 45 - Al-Jathiyah

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Jathiyah 45:1

Verse 2 — Surah Al-Jathiyah 45:2

Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

Verse 3 — Surah Al-Jathiyah 45:3

Həqiqətən, göylərdə və yerdə mö­minlər üçün dəlillər var

Verse 4 — Surah Al-Jathiyah 45:4

Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı can­lılarda qə­ti iman gə­tirmiş in­sanlar üçün neçə-neçə dəlil var

Verse 5 — Surah Al-Jathiyah 45:5

Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göy­dən yağmur en­dirib onun vasitəsilə yeri ölümündən son­ra di­rilt­mə­sin­də və küləkləri istə­diyi səmtə yönəltməsində dü­şüncəli insanlar üçün də dəlil­lər var

Verse 6 — Surah Al-Jathiyah 45:6

Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun dəlillərinə dair sözə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar

Verse 7 — Surah Al-Jathiyah 45:7

Vay halına iftiraçının və günah­ka­rın

Verse 8 — Surah Al-Jathiyah 45:8

O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşit­məmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Be­lə­sini ağ­rı­lı-acılı bir əzabla müj­dələ

Verse 9 — Surah Al-Jathiyah 45:9

O, ayələrimizdən bir şey öy­rəndi­yi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab var

Verse 10 — Surah Al-Jathiyah 45:10

Qarşıda onları Cəhən­nəm göz­lə­yir. Nə qazandıqları şey­lər, nə də Allah­dan başqa tut­duqları hima­yə­çi­lər onla­rı əzab­dan qur­ta­ra bilməyəcək­lər. On­ları böyük bir əzab gözləyir

Verse 11 — Surah Al-Jathiyah 45:11

Bu Quran doğru yol gös­təricisidir. Rəbbinin ayə­lərini inkar edən­lə­ri ən pis cəza – ağ­rılı-acılı əzab gözləyir

Verse 12 — Surah Al-Jathiyah 45:12

Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən ax­tarmanız üçün dənizi sizin xidmətinizə verən Allah­dır. Bəlkə, şükür edəsiniz

Verse 13 — Surah Al-Jathiyah 45:13

Göylərdə və yerdə olan­ların ha­mısını O, sizin xid­mə­tinizə ver­mişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər var­

Verse 14 — Surah Al-Jathiyah 45:14

İman gətirənlərə de ki, Allah, qa­zandıqları günahlara görə hər hansı bir tayfanın cə­zasını versin deyə, Allahın əzab günlərini göz­ləməyən­ləri ba­ğış­la­sın­lar

Verse 15 — Surah Al-Jathiyah 45:15

Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zə­rə­ri öz əleyhinə olar. Son­ra siz Rəbbi­nizə qaytarılacaqsınız

Verse 16 — Surah Al-Jathiyah 45:16

Biz İsrail oğullarına Ki­tab, hökm­ranlıq və peyğəm­bər­lik bəxş etmiş, on­lara pak ne­mətlərdən ruzi vermiş və on­la­rı aləmlərdən üs­tün etmiş­dik

Verse 17 — Surah Al-Jathiyah 45:17

Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm on­la­ra gəldik­dən sonra ara­la­rın­dakı paxıllıq üzün­dən ix­ti­la­fa düş­dü­lər. Şübhəsiz ki, sə­nin Rəb­bin ixtilafa düşdükləri mə­sələ­lər ba­rə­sin­də Qiyamət gü­nü onların arasında hökm ve­rə­cək

Verse 18 — Surah Al-Jathiyah 45:18

Sonra sənə də dində şə­riət yolu göstərdik. Sən ona ta­be ol və haqqı bil­məyənlərin is­təklərinə tabe olma

Verse 19 — Surah Al-Jathiyah 45:19

Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bil­məz­lər. Şüb­həsiz ki, zalımlar bir-bi­rinin himayədarı­dır­lar, Allah isə müt­tə­qilərin Himayə­da­rı­dır

Verse 20 — Surah Al-Jathiyah 45:20

Bu Quran insanlar üçün açıq-ay­dın bir dəlil, qəti ina­nanlar üçün isə doğru yol gös­təricisi və mər­hə­mətdir

Verse 21 — Surah Al-Jathiyah 45:21

Yoxsa günah qazananlar onları, həyatda olduğu kimi, ölüm­­lə­­rindən son­ra da iman gə­tirib yaxşı işlər gö­rən­lərlə eyni tuta­ca­ğı­mı­zı güman edir­lər? Nə pis mühakimə yürü­dür­lər

Verse 22 — Surah Al-Jathiyah 45:22

Allah göyləri və yeri əda­lətlə ya­ratmışdır ki, hər kəs qa­zan­dı­ğının əvə­zini alsın. Belə ki, onlara heç bir haq­sız­lıq edil­mə­yə­cək

Verse 23 — Surah Al-Jathiyah 45:23

Nəfsinin istəyini ilahi­ləş­dirən şəx­si gördünmü? Allah əzəli el­mi sayə­sində onu azğın­lığa saldı, qulağı­nı və qəlbini möhürlədi, gö­zünə də pərdə çəkdi. Allah­dan başqa kim onu doğru yola yö­nəl­də bilər? Mə­gər düşünüb anla­mırsınız

Verse 24 — Surah Al-Jathiyah 45:24

Onlar dedilər: “Həyat an­caq bi­zim dünya həyatımız­dır. Ki­mi­­miz ölür, ki­mi­miz də do­ğu­lur. Bizi öldürən ancaq za­man­dır”. Bu haq­da onların heç bir bili­yi yoxdur. Onlar an­caq zən­nə qapılır­lar

Verse 25 — Surah Al-Jathiyah 45:25

Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onla­rın də­li­li: “Əgər doğru deyirsi­nizsə, atalarımızı dirildib gəti­rin!”– de­mək­­dən başqa bir şey de­yi

Verse 26 — Surah Al-Jathiyah 45:26

De: “Allah sizə həyat ve­rir, sonra öldürür, sonra da si­zi gə­lə­cə­yinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü di­ril­dib bir yerə top­laya­caq­”. La­kin in­sanların çoxu bunu bil­mir

Verse 27 — Surah Al-Jathiyah 45:27

Göylərin və yerin hök­m­ranlığı ancaq Allaha məx­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o gün yalan danı­şan­lar ziyana uğ­ra­ya­caq­lar

Verse 28 — Surah Al-Jathiyah 45:28

Sən həmin gün bütün mil­lətləri diz çökmüş görəcək­sən. Hər millət öz əməl kita­bına tə­rəf çağırılacaq. “Bu gün si­zə etdiyiniz əməl­lərin əvəzi veri­ləcək­

Verse 29 — Surah Al-Jathiyah 45:29

Bu, Bizim sizin əley­hi­ni­zə həqi­qə­ti söyləyən kitabı­mız­dır. Şübhəsiz ki, Biz sizin et­di­yiniz əməlləri yazdırmışıq!”

Verse 30 — Surah Al-Jathiyah 45:30

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mər­həmətinə qovuş­dura­caq. Bu, açıq-aşkar müvəf­­fə­qiyyətdir

Verse 31 — Surah Al-Jathiyah 45:31

Kafir olanlara gəldikdə isə, onlara deyiləcək: “Məgər ayələ­rim sizə oxun­murdumu? Siz isə təkəbbür göstə­rir­di­niz və gü­nah­kar adamlar idiniz

Verse 32 — Surah Al-Jathiyah 45:32

Sizə: “Allahın vədi haq­dır və o Saata (Qiyamətin qopacağına) heç bir şəkk-şüb­hə yox­dur!”– de­yildiyi za­man: “Biz o Saatın nə oldu­ğu­nu bil­mirik! Onun an­caq bir zənn ol­du­ğunu güman edirik. Biz buna əmin de­yilik!”– de­yir­di­niz”

Verse 33 — Surah Al-Jathiyah 45:33

Onların etdikləri pis əməl­lər öz­lərinin qarşısına çı­xacaq, is­teh­za etdik­ləri əzab onları bü­rüyəcək

Verse 34 — Surah Al-Jathiyah 45:34

və onlara deyiləcək: “Siz bu gününüzlə qarşıla­şa­ca­ğınızı unutduğu­nuz kimi, Biz də bu gün sizi unu­da­ca­ğıq. Si­zin gedəcə­yiniz yer Cəhən­nəm­dir. Sizin köməkçiləriniz də ol­maya­caq­

Verse 35 — Surah Al-Jathiyah 45:35

Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyur­du­nuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxa­rıl­ma­ya­caq və on­lar­dan töv­bə etmələri tələb olunma­yacaq­

Verse 36 — Surah Al-Jathiyah 45:36

Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur

Verse 37 — Surah Al-Jathiyah 45:37

Göylərdə və yerdə bö­yüklük yal­nız Ona məx­sus­dur. O, Qüd­rət­lidir, Hikmət sahibidir