Back to Languages

Azerbaijani - Chapter 46 - Al-Ahqaf

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Ahqaf 46:1

Verse 2 — Surah Al-Ahqaf 46:2

Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir

Verse 3 — Surah Al-Ahqaf 46:3

Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları ancaq haqq olaraq və müəyyən bir za­man kəsimi üçün ya­rat­dıq. Ka­firlər isə xə­bərdar edildikləri şeylər­dən üz döndərdilər

Verse 4 — Surah Al-Ahqaf 46:4

De: “Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin”

Verse 5 — Surah Al-Ahqaf 46:5

Allahı qoyub Qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən əşyalara yalvaran kim­sədən daha çox azmış kim ola bilər? Hal­buki o bütlər onların yal­varışından xəbərsizdirlər

Verse 6 — Surah Al-Ahqaf 46:6

İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düş­mən kə­siləcək və onların ibadətini inkar edəcəklər

Verse 7 — Surah Al-Ahqaf 46:7

Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqi­qətin gəl­diyini görüb onu in­kar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– de­yirlər

Verse 8 — Surah Al-Ahqaf 46:8

Yaxud: “O bunu özündən uydur­muş­­dur!” – deyirlər. De: “Əgər mən onu uy­durmu­şam­sa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bil­məz­si­niz. O sizin Quran haqqındakı söz-söh­bət­ləri­nizi daha yaxşı bilir. Mənim­lə si­zin ara­nızda şahid kimi Allah yetər. O, Ba­ğış­la­yandır, Rəhmlidir”

Verse 9 — Surah Al-Ahqaf 46:9

De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olu­na­na tabe olu­ram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”

Verse 10 — Surah Al-Ahqaf 46:10

De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür gös­tər­misi­nizsə, zülm et­­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yö­nəlt­məz!”

Verse 11 — Surah Al-Ahqaf 46:11

Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər

Verse 12 — Surah Al-Ahqaf 46:12

Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Ki­tabı var idi. Bu isə za­lımları qor­xut­maq və yaxşı iş görənlərə müjdə ver­mək üçün ərəb di­lin­də nazil edilmiş, əvvəlkiləri təs­diq edən bir Ki­tab­dır

Verse 13 — Surah Al-Ahqaf 46:13

Həqiqətən də: “Rəbbi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tanla­ra heç bir qorxu yoxdur və onlar kədər­lənmə­yəcəklər

Verse 14 — Surah Al-Ahqaf 46:14

Onlar Cənnət əhlidirlər və etdik­ləri əməllərin əvəzi ola­raq ora­da əbədi qalacaqlar

Verse 15 — Surah Al-Ahqaf 46:15

Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə et­dik. Ana­sı onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, o, yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə et­dim. Həqiqətən, mən müsəl­manlardanam!”

Verse 16 — Surah Al-Ahqaf 46:16

Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kim­sələrdir. Bu, onlara ve­rilmiş doğru vəddir

Verse 17 — Surah Al-Ahqaf 46:17

Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nə­sil gəlib-getdiyi hal­da, siz məni qəbirdən çıxarı­la­cağımlamı hə­dələyirsiniz?”– de­yər. On­lar Allahdan yardım di­ləyərək: “Vay sə­­nin halına! İman gətir, Allahın vədi haq­dır!”– deyərlər. O isə: “Bu, keç­miş­də­kilərin əfsanələrindən başqa bir şey deyildir!”– de­yər

Verse 18 — Surah Al-Ahqaf 46:18

Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və in­sanlardan ibarət olan xalq­lar haqqındakı Söz on­ların ba­rəsində də ger­çəkləşmişdir. Hə­qiqətən də, onlar ziyana uğ­ra­yanlardır

Verse 19 — Surah Al-Ahqaf 46:19

Hamının etdiyi əməllərə görə də­rəcələri var ki, Allah on­la­ra əməl­lə­ri­nin əvəzini ver­sin. Onlara əsla zülm edilməz

Verse 20 — Surah Al-Ahqaf 46:20

Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib qur­tar­dı­nız və onlardan zövq al­dı­nız. Bu gün isə siz yer üzündə haqsız ola­raq tə­kəbbür göstər­diyinizə və asi olduğu­nu­za gö­rə alçaldıcı əzab­la cə­za­landırı­la­caq­sınız!”

Verse 21 — Surah Al-Ahqaf 46:21

Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qum­sal təpələrdə ya­şayan tayfasını: “Allah­dan başqasına ibadət et­məyin. Mən si­zə üz verəcək əzə­mətli günün əzabın­dan qor­xu­ram!” deyə xəbərdar et­mişdi

Verse 22 — Surah Al-Ahqaf 46:22

Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan dön­dər­mə­yəmi gəl­din? Əgər doğru danışanlar­dan­sansa, bizə vəd et­di­yi­ni gətir!”

Verse 23 — Surah Al-Ahqaf 46:23

Hud dedi: “Bu haqda bil­gi ancaq Allaha məxsusdur. Mən si­zə yalnız mə­nimlə gön­dərilənləri təbliğ edirəm. La­kin mən sizin ca­hil adamlar ol­du­ğu­nu­zu görürəm”

Verse 24 — Surah Al-Ahqaf 46:24

Nəhayət, o əzabı vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gör­dük­də: “Bu bizə ya­ğış yağdıracaq bulud­dur!”– de­di­lər. Hud de­di: “Xeyr! Bu si­zin tez gəl­məsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir

Verse 25 — Surah Al-Ahqaf 46:25

O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Biz günahkar adam­ları belə cəzalandırırıq

Verse 26 — Surah Al-Ahqaf 46:26

Sizə vermədiyimiz im­kanları Biz onlara vermişdik. Onlara qu­laq, göz və qəlb ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onları ələ sal­dıqları əzab bürüdü

Verse 27 — Surah Al-Ahqaf 46:27

Biz sizin ətrafınızda olan şə­hərlə­ri məhv etdik. Biz ayə­ləri on­lara müx­tə­lif cür izah et­dik ki, bəlkə küfrdən əl çə­kələr

Verse 28 — Surah Al-Ahqaf 46:28

Bəs nəyə görə Allahı qo­yub Ona yaxınlaşmaq məq­sə­dilə ila­hi­ləşdir­dik­lə­ri tanrı­lar onlara kömək etmədi? Ək­si­nə, onlardan uzaq­la­şıb yox oldu­lar. Bu, onların iftiraları və uy­durmalarıdır

Verse 29 — Surah Al-Ahqaf 46:29

Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin ya­nı­na yolladıq. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Su­sun, qulaq asaq!”– dedilər. Qu­ran oxunub qurtardıqdan sonra isə xəbər­dar et­mək məq­sədilə öz tayfalarının yanına qayıtdı­lar

Verse 30 — Surah Al-Ahqaf 46:30

Onlar dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Mu­sadan sonra nazil edilmiş, özün­dən əvvəlkiləri təsdiqlə­yən, haq­qa və düz yola yönəl­dən bir Ki­tab dinlədik

Verse 31 — Surah Al-Ahqaf 46:31

Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!”

Verse 32 — Surah Al-Ahqaf 46:32

Allahın dəvətçisini qə­bul etmə­yən kimsə yer üzün­də Allah­dan yaxa qurtara bil­məz və Ondan başqa onun hima­yəçi dostları da ol­maz. On­lar aş­kar azğınlıq içindədirlər

Verse 33 — Surah Al-Ahqaf 46:33

Məgər onlar göyləri və yeri yara­dan, onları yarat­maq­la yo­rul­ma­yan Allahın ölüləri də diriltməyə qadir ol­duğunu gör­mür­lər­mi? Sözsüz ki, O, hər şeyə qadirdir

Verse 34 — Surah Al-Ahqaf 46:34

Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara: “Mə­gər bu, həqiqət deyilmi?”– de­yiləcək. Onlar: “Bəli, Rəb­bi­mizə and ol­sun ki, hə­qi­qət­dir!”– deyəcəklər. Allah da: “Küfr et­diyinizə görə da­dın əzabı!”– de­yəcək

Verse 35 — Surah Al-Ahqaf 46:35

Elçilərdən möhkəm iradə sahib­lə­rinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. On­lar vəd olun­du­ğu­nu görəcəkləri gün gündüzün bircə saatı qədər qal­dıqlarını sa­na­caqlar. Bu, bir təb­liğdir. Heç fasiq adamlardan başqası məhv edi­lərmi