Back to Languages

Azerbaijani - Chapter 61 - As-Saf

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah As-Saf 61:1

Göylərdə və yerdə olan­la­rın ha­mısı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüdrətlidir, Hikmət sahibidir

Verse 2 — Surah As-Saf 61:2

Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri da­nı­şır­sınız

Verse 3 — Surah As-Saf 61:3

Etməyəcəyiniz şeylərdən danış­ma­ğınız Allah yanında bö­yük nifrə­tlə qarşılanır

Verse 4 — Surah As-Saf 61:4

Şübhəsiz ki, Allah möh­kəm bir divar kimi səf-səf dü­zülüb Onun yo­lunda vuruşan­ları sevir

Verse 5 — Surah As-Saf 61:5

Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz

Verse 6 — Surah As-Saf 61:6

Bir zaman Məryəm oğlu İsa de­miş­­di: “Ey İsrail oğul­la­rı! Hə­qi­­qətən, mən Allahın si­zə göndərdiyi, məndən əvvəl nazil edilmiş Töv­ratı təsdiqlə­yən və mən­­dən sonra gələcək Əhməd adlı pey­ğəm­bərlə sizi müj­dələyən bir elçisi­yəm!” Alla­hın elçisi onlara açıq-ay­dın də­lillər gətir­dik­də onlar: “Bu, aş­kar bir sehr­dir!”– dedi­lər

Verse 7 — Surah As-Saf 61:7

İslama dəvət edildiyi hal­da, Allaha qarşı yalan uydu­ran­dan da­ha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yö­nəlt­məz

Verse 8 — Surah As-Saf 61:8

Onlar ağızla­rıyla Allahın nurunu sön­dür­mək is­təyirlər. Hal­bu­ki kafir­lə­rin xoşuna gəlməsə də, Allah Öz nurunu ta­mam­laya­caq

Verse 9 — Surah As-Saf 61:9

Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur

Verse 10 — Surah As-Saf 61:10

Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edə­cək bir ti­carəti sizə bil­dirim­mi

Verse 11 — Surah As-Saf 61:11

Allaha və Onun Rəsuluna iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir

Verse 12 — Surah As-Saf 61:12

Bu təqdirdə O sizin gü­nahlarınızı bağışlayar və sizi ağacları al­tından çay­lar axan cən­nətlərə və Ədn cən­nətlərindəki gözəl məs­kənlərə da­xil edər. Bu, böyük müvəffə­qiyyətdir

Verse 13 — Surah As-Saf 61:13

Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kö­mək və ya­xın qə­ləbə. Möminləri bu­nunla müjdələ

Verse 14 — Surah As-Saf 61:14

Ey iman gətirənlər! Alla­hın kö­mək­çiləri olun. Necə ki, Mər­yəm oğlu İsa hə­varilərə: “Allah yolunda kimlər mənə kö­məkçi ola­caq?”– demiş, hə­va­rilər də: “Bizik Allahın kö­məkçi­ləri!”– de­miş­di­lər. İsrail oğul­larından bir zümrə iman gə­tirdi, digər bir züm­rə isə ka­fir oldu. Biz də iman gəti­rən­ləri düş­mən­lərinə qarşı qüv­vət­lən­dir­dik və onlar üstün gəl­di­lər