Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 72 - Al-Jinn
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Jinn 72:1
De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik
Verse 2 — Surah Al-Jinn 72:2
O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq
Verse 3 — Surah Al-Jinn 72:3
Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır
Verse 4 — Surah Al-Jinn 72:4
Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır
Verse 5 — Surah Al-Jinn 72:5
Biz elə güman edirdik ki, nə insanlar, nə də cinlər Allah barəsində əsla yalan söyləməzlər
Verse 6 — Surah Al-Jinn 72:6
Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı
Verse 7 — Surah Al-Jinn 72:7
Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcək
Verse 8 — Surah Al-Jinn 72:8
Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq
Verse 9 — Surah Al-Jinn 72:9
Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Amma kim indi onları dinləmək istəsə, o, pusquda gözləyən yandırıb-yaxan alova rast gələr
Verse 10 — Surah Al-Jinn 72:10
Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir
Verse 11 — Surah Al-Jinn 72:11
Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq
Verse 12 — Surah Al-Jinn 72:12
Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik
Verse 13 — Surah Al-Jinn 72:13
Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxar
Verse 14 — Surah Al-Jinn 72:14
Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır
Verse 15 — Surah Al-Jinn 72:15
Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”
Verse 16 — Surah Al-Jinn 72:16
Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik
Verse 17 — Surah Al-Jinn 72:17
Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi getdikcə artan şiddətli bir əzaba məruz qoyar
Verse 18 — Surah Al-Jinn 72:18
Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin
Verse 19 — Surah Al-Jinn 72:19
Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar
Verse 20 — Surah Al-Jinn 72:20
De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
Verse 21 — Surah Al-Jinn 72:21
De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”
Verse 22 — Surah Al-Jinn 72:22
De: “Həqiqətən, məni Allahdan heç kəs xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm
Verse 23 — Surah Al-Jinn 72:23
Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”
Verse 24 — Surah Al-Jinn 72:24
Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər
Verse 25 — Surah Al-Jinn 72:25
De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm
Verse 26 — Surah Al-Jinn 72:26
O, qeybi biləndir və Öz qeybini heç kəsə açmaz
Verse 27 — Surah Al-Jinn 72:27
razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki
Verse 28 — Surah Al-Jinn 72:28
hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”