Back to Languages

Azerbaijani - Chapter 73 - Al-Muzzammil

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Muzzammil 73:1

Ey libasına bürünüb ör­tünmüş pey­ğəmbər

Verse 2 — Surah Al-Muzzammil 73:2

Az bir hissəsi istisna ol­maqla ge­cə­lər namaza dur

Verse 3 — Surah Al-Muzzammil 73:3

Gecənin yarısını, yaxud on­dan bir az əskilt

Verse 4 — Surah Al-Muzzammil 73:4

və ya ona artır. Quranı da aramla oxu

Verse 5 — Surah Al-Muzzammil 73:5

Həqiqətən Biz sənə ağır bir Söz – Quran vəhy edəcəyik

Verse 6 — Surah Al-Muzzammil 73:6

Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq da­ha mü­nasibdir

Verse 7 — Surah Al-Muzzammil 73:7

Şübhəsiz ki, gündüz sə­nin üçün uzun-uzadı işlər var

Verse 8 — Surah Al-Muzzammil 73:8

Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et

Verse 9 — Surah Al-Muzzammil 73:9

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadə­tə layiq olan məbud yox­dur. Elə isə Onu özünə Hi­mayəçi götür

Verse 10 — Surah Al-Muzzammil 73:10

Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaq­laş

Verse 11 — Surah Al-Muzzammil 73:11

Məni, ayələrimi yalan sa­yan var-dövlət sahibləri ilə tək bu­rax və onlara bir az möh­lət ver

Verse 12 — Surah Al-Muzzammil 73:12

Həqiqətən, Bizdə onlar üçün qan­dallar və Cəhənnəm ha­zır­lan­mışdır

Verse 13 — Surah Al-Muzzammil 73:13

boğazda tıxanıb keçmə­yən yemək və ağrılı-acılı bir əzab da vardır

Verse 14 — Surah Al-Muzzammil 73:14

O gün yer və dağlar tit­rəyəcək, dağ­lar səpələnən qum tə­pə­si­nə dönə­cək

Verse 15 — Surah Al-Muzzammil 73:15

Həqiqətən, Biz Firona el­çi gön­dərdiyimiz kimi sizə də şa­hid­lik edə­cək elçi gön­dərdik

Verse 16 — Surah Al-Muzzammil 73:16

Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla ya­xa­la­dıq

Verse 17 — Surah Al-Muzzammil 73:17

Əgər küfr etsəniz, uşaq­ları ağ saç­lı qocalara çevirəcək gün­dən ne­cə qorunacaqsı­nız

Verse 18 — Surah Al-Muzzammil 73:18

O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə ye­tə­cək­

Verse 19 — Surah Al-Muzzammil 73:19

Həqiqətən, bu, bir nəsi­hətdir. Kim istəsə, Rəbbinə tə­rəf yö­nə­lər

Verse 20 — Surah Al-Muzzammil 73:20

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan səhabələrin bir qis­mi bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən ya­rı­sı­nı, bəzən də üçdə bi­rini iba­dət üçün du­rursunuz. Gecə və gün­düzü Allah öl­çüb mü­əy­­yən­­ləşdirir. O, sizin bunları he­sab­lamaqda çətin­lik çəkəcəyi­nizi bildiyi üçün, tövbələri­nizi qə­bul etdi. Elə isə na­maz qılar­kən Qu­ran­dan sizə asan gə­ləni oxu­yun! O bilir ki, bə­zi­ləriniz xəs­tə olacaq, di­gərlə­riniz Alla­hın mər­həmə­tindən ruzi əldə et­mək məqsədilə müx­təlif yer­lərə sə­fərə çıxacaq, bir qis­mi­niz də Allah yolunda vu­ru­şacaqdır. Buna görə namaz qı­larkən Qu­randan sizə asan olanı oxu­­yun! Na­maz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc ve­rin. Bu dünyada qabaq­cadan özü­nüzə hansı xeyirli əməl­ləri tə­da­rük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha bö­yük mü­ka­fatla əvəz olun­du­ğunu görəcəksiniz. Elə isə Allah­dan sizi əfv etməsini is­təyin! Şüb­həsiz ki, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir