Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 77 - Al-Mursalat
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Mursalat 77:1
And olsun xeyirlə göndərilənlərə
Verse 2 — Surah Al-Mursalat 77:2
və şiddətlə əsənlərə
Verse 3 — Surah Al-Mursalat 77:3
And olsun Allahın əmrini yaydıqca yayanlara
Verse 4 — Surah Al-Mursalat 77:4
haqqı nahaqdan ayırdıqca ayıranlara
Verse 5 — Surah Al-Mursalat 77:5
və zikri çatdıranlara –
Verse 6 — Surah Al-Mursalat 77:6
üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara
Verse 7 — Surah Al-Mursalat 77:7
Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq
Verse 8 — Surah Al-Mursalat 77:8
Ulduzlar sönəcəyi zaman
Verse 9 — Surah Al-Mursalat 77:9
Göy yarılacağı zaman
Verse 10 — Surah Al-Mursalat 77:10
Dağlar dağılacağı zaman
Verse 11 — Surah Al-Mursalat 77:11
Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt təyin ediləcəyi zaman
Verse 12 — Surah Al-Mursalat 77:12
deyiləcək: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
Verse 13 — Surah Al-Mursalat 77:13
Cavabında deyiləcək: “Ayırd etmə gününədək!”
Verse 14 — Surah Al-Mursalat 77:14
Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi
Verse 15 — Surah Al-Mursalat 77:15
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 16 — Surah Al-Mursalat 77:16
Məgər Biz ilk nəsilləri həlak etmədikmi
Verse 17 — Surah Al-Mursalat 77:17
Sonrakıları da onlara qatacağıq
Verse 18 — Surah Al-Mursalat 77:18
Biz günah sahibləri ilə belə davranırıq
Verse 19 — Surah Al-Mursalat 77:19
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 20 — Surah Al-Mursalat 77:20
Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmədikmi
Verse 21 — Surah Al-Mursalat 77:21
Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
Verse 22 — Surah Al-Mursalat 77:22
məlum bir vaxta kimi
Verse 23 — Surah Al-Mursalat 77:23
Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz
Verse 24 — Surah Al-Mursalat 77:24
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 25 — Surah Al-Mursalat 77:25
Məgər Biz yeri məskən etmədikmi –
Verse 26 — Surah Al-Mursalat 77:26
dirilər və ölülərə
Verse 27 — Surah Al-Mursalat 77:27
Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi
Verse 28 — Surah Al-Mursalat 77:28
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 29 — Surah Al-Mursalat 77:29
Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə
Verse 30 — Surah Al-Mursalat 77:30
Üç qola ayrılan kölgəliyə gedin!”
Verse 31 — Surah Al-Mursalat 77:31
Ora nə kölgə salır, nə də alovdan qoruyur
Verse 32 — Surah Al-Mursalat 77:32
Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür
Verse 33 — Surah Al-Mursalat 77:33
Onlar sanki sarı dəvələrdir
Verse 34 — Surah Al-Mursalat 77:34
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 35 — Surah Al-Mursalat 77:35
Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür
Verse 36 — Surah Al-Mursalat 77:36
Onlara üzrxahlıq üçün izin belə verilməyəcək
Verse 37 — Surah Al-Mursalat 77:37
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 38 — Surah Al-Mursalat 77:38
Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik
Verse 39 — Surah Al-Mursalat 77:39
Əgər hiyləniz varsa, Mənə qarşı işlədin
Verse 40 — Surah Al-Mursalat 77:40
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 41 — Surah Al-Mursalat 77:41
Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
Verse 42 — Surah Al-Mursalat 77:42
və istədikləri meyvələr içində olacaqlar
Verse 43 — Surah Al-Mursalat 77:43
Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için
Verse 44 — Surah Al-Mursalat 77:44
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
Verse 45 — Surah Al-Mursalat 77:45
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 46 — Surah Al-Mursalat 77:46
Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarsınız
Verse 47 — Surah Al-Mursalat 77:47
O gün Qiyaməti yalan sayanla-rın vay halına
Verse 48 — Surah Al-Mursalat 77:48
Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər
Verse 49 — Surah Al-Mursalat 77:49
O gün Qiyaməti yalan sayanların vay halına
Verse 50 — Surah Al-Mursalat 77:50
Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar