Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 84 - Al-Inshiqaq
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Inshiqaq 84:1
Göy yarılacağı
Verse 2 — Surah Al-Inshiqaq 84:2
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
Verse 3 — Surah Al-Inshiqaq 84:3
Yer dümdüz ediləcəyi
Verse 4 — Surah Al-Inshiqaq 84:4
içindəkiləri kənara atıb boşalacağı
Verse 5 — Surah Al-Inshiqaq 84:5
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
Verse 6 — Surah Al-Inshiqaq 84:6
Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan
Verse 7 — Surah Al-Inshiqaq 84:7
Kimin kitabı sağ əlinə veriləcəksə
Verse 8 — Surah Al-Inshiqaq 84:8
o, yüngül sorğu-suala tutulacaq
Verse 9 — Surah Al-Inshiqaq 84:9
və sevincək öz ailəsinə qayıdacaq
Verse 10 — Surah Al-Inshiqaq 84:10
Kimin kitabı arxa tərəfindən veriləcəksə
Verse 11 — Surah Al-Inshiqaq 84:11
o özünə ölüm diləyəcək
Verse 12 — Surah Al-Inshiqaq 84:12
və alovlu oda atılacaq
Verse 13 — Surah Al-Inshiqaq 84:13
Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
Verse 14 — Surah Al-Inshiqaq 84:14
və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaq
Verse 15 — Surah Al-Inshiqaq 84:15
Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü
Verse 16 — Surah Al-Inshiqaq 84:16
And içirəm şəfəqə
Verse 17 — Surah Al-Inshiqaq 84:17
gecəyə və onun ağuşuna aldıqlarına
Verse 18 — Surah Al-Inshiqaq 84:18
bədirlənmiş on dörd gecəlik aya
Verse 19 — Surah Al-Inshiqaq 84:19
Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz
Verse 20 — Surah Al-Inshiqaq 84:20
Onlara nə olub ki, iman gətirmirlər
Verse 21 — Surah Al-Inshiqaq 84:21
və onlara Quran oxunduqda səcdə etmirlər
Verse 22 — Surah Al-Inshiqaq 84:22
Əksinə, küfr edənlər haqqı yalan sayırlar
Verse 23 — Surah Al-Inshiqaq 84:23
Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir
Verse 24 — Surah Al-Inshiqaq 84:24
Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ
Verse 25 — Surah Al-Inshiqaq 84:25
iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır