Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 90 - Al-Balad
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Balad 90:1
And içirəm bu şəhərə (Məkkəyə)
Verse 2 — Surah Al-Balad 90:2
Sən də o şəhərin sakinisən
Verse 3 — Surah Al-Balad 90:3
And olsun valideynə və onun törəməsinə
Verse 4 — Surah Al-Balad 90:4
Biz insanı çətinlik içində xəlq etdik
Verse 5 — Surah Al-Balad 90:5
O, heç kəsin ona gücü çatmayacağınımı güman edir
Verse 6 — Surah Al-Balad 90:6
O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
Verse 7 — Surah Al-Balad 90:7
O, heç kəsin onu görməyəcəyinimi zənn edir
Verse 8 — Surah Al-Balad 90:8
Biz ona iki göz vermədikmi
Verse 9 — Surah Al-Balad 90:9
Eləcə də, bir dil və iki dodaq vermədikmi
Verse 10 — Surah Al-Balad 90:10
Onu iki yolu – doğru və əyri yolu göstərmədikmi
Verse 11 — Surah Al-Balad 90:11
Fəqət o, sərt yoxuşu aşa biləmədi
Verse 12 — Surah Al-Balad 90:12
Sən nə bilirsən ki, sərt yoxuş nədir
Verse 13 — Surah Al-Balad 90:13
O, bir kölə azad etməkdir
Verse 14 — Surah Al-Balad 90:14
və ya aclıq günündə möhtaca yemək verməkdir –
Verse 15 — Surah Al-Balad 90:15
qohumluğu çatan bir yetimə
Verse 16 — Surah Al-Balad 90:16
yaxud aclıqdan yerə uzanmış kasıba
Verse 17 — Surah Al-Balad 90:17
Sonra isə iman gətirənlərdən, bir-birinə səbir tövsiyə edənlərdən və mərhəmət tövsiyə edənlərdən olmaqdır
Verse 18 — Surah Al-Balad 90:18
Onlar sağ tərəf sahibləridir
Verse 19 — Surah Al-Balad 90:19
Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir
Verse 20 — Surah Al-Balad 90:20
Onları hər tərəfdən qaplayan bir Od gözləyir