Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 92 - Al-Layl
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Al-Layl 92:1
And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə
Verse 2 — Surah Al-Layl 92:2
And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə
Verse 3 — Surah Al-Layl 92:3
And olsun kişini və qadını yaradana
Verse 4 — Surah Al-Layl 92:4
Sizin can atdıqlarınız başqa-başqadır
Verse 5 — Surah Al-Layl 92:5
Kim haqqını verir və Allahdan qorxursa
Verse 6 — Surah Al-Layl 92:6
və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini təsdiq edirsə
Verse 7 — Surah Al-Layl 92:7
Biz onu ən asan olana nail edəcəyik
Verse 8 — Surah Al-Layl 92:8
Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
Verse 9 — Surah Al-Layl 92:9
və ən gözəl olan “lə ilahə illəllah” kəlməsini yalan hesab edirsə
Verse 10 — Surah Al-Layl 92:10
Biz onun üstünə ən çətin olanı yükləyəcəyik
Verse 11 — Surah Al-Layl 92:11
Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək
Verse 12 — Surah Al-Layl 92:12
Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir
Verse 13 — Surah Al-Layl 92:13
Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir
Verse 14 — Surah Al-Layl 92:14
Mən sizi alov saçan bir odla qorxutdum
Verse 15 — Surah Al-Layl 92:15
Ona ancaq ən bədbəxt kimsə girər
Verse 16 — Surah Al-Layl 92:16
O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir
Verse 17 — Surah Al-Layl 92:17
Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar
Verse 18 — Surah Al-Layl 92:18
O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir
Verse 19 — Surah Al-Layl 92:19
Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz
Verse 20 — Surah Al-Layl 92:20
O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (ixlasla) edər
Verse 21 — Surah Al-Layl 92:21
O, mütləq razı qalacaqdır