Back to Languages

Azerbaijani - Chapter 98 - Al-Bayyinah

Translation by Khan Musayev — Permalink

Verse 1 — Surah Al-Bayyinah 98:1

Kitab əhlindən və müş­rik­lərdən inkar edənlər onlara açıq-ay­dın dəlil gəl­mə­yincə küfr­lə­rin­dən əl çəkmədilər

Verse 2 — Surah Al-Bayyinah 98:2

Bu dəlil pak səhifələri oxu­yan Allahın göndərdiyi El­çidir

Verse 3 — Surah Al-Bayyinah 98:3

Onların içində doğru ya­zılar var

Verse 4 — Surah Al-Bayyinah 98:4

Kitab verilənlər onlara yal­nız ay­dın bir dəlil gəldikdən sonra fir­qələrə bölündülər

Verse 5 — Surah Al-Bayyinah 98:5

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, hənif­lər ki­­mi ibadət et­mək, namaz qıl­maq və zəkat vermək əmr olun­muş­du. Doğru din də elə bu­dur

Verse 6 — Surah Al-Bayyinah 98:6

Şübhəsiz ki, Kitab əhlin­dən və müş­riklərdən inkar edənlə­r, içində əbədi qa­la­caqları Cə­­hən­nəm odunda ola­caqlar. On­lar məx­lu­qatın ən pisi­dirlər

Verse 7 — Surah Al-Bayyinah 98:7

İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar məxluqatın ən yax­şılarıdır

Verse 8 — Surah Al-Bayyinah 98:8

Onların Rəbbinin yanın­da­kı mü­ka­fatı ağacları al­tın­dan çay­lar axan, içində əbədi qa­la­caq­ları Ədn cən­nətləridir. Allah on­lar­dan ra­zı­dır, onlar da On­dan ra­zı­dır­lar. Bu nemətlər, Rəb­bin­dən qorxan kim­sələrdən ötrü­dür