Allah Oz hokmu ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə gondərib buyurur: “Qullarımı qorxudub xəbərdar edin ki, Məndən basqa ibadətə layiq olan məbud yoxdur. Məndən qorxun!”
Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə Allah yaratdı. O, sizin hələ bilmədiyiniz bir cox seyləri də yaradır
Allah onunla sizin ucun dənli bitkilər, zeytun, xurma, uzum və basqa meyvələrin hamısından yetisdirir. Həqiqətən, bunda dusunən bir qovm ucun dəlillər vardır
O, gecəni və gunduzu, gunəsi və ayı sizə xidmət etməyə yonəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmisdir. Sozsuz ki, bunlarda anlayan insanlar ucun əlamətlər vardır
O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək ucun təzə balıq və taxmaq ucun bəzək seyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara uzduyunu gorursən. Butun bunlar Allahın lutfundən sizə nəsib olanları axtarıb tapmagınız və sukur etməyiniz ucundur
Qoy onlar Qiyamət gunu oz gunahlarının hamısını və nadanlıqları uzundən azdırdıqları kəslərin gunahlarının bir qismini dasısınlar. Bax gor, dasıyacaqları yuk necə də pisdir
Onlardan oncəkilər də hiylə qurmusdular. Sonra Allah onların tikililərini ozulundən dagıtdı, tavanları baslarına ucdu və əzab onlara gozləmədikləri yerdən gəldi
Sonra Qiyamət gunu Allah onları rusvay edəcək və deyəcək: “Haqqında mubahisə etdiyiniz səriklərim haradadır?” Elm verilmis kimsələr deyəcəklər: “Subhəsiz ki, bu gun kafirlərə rusvaycılıq və əzab uz verəcək!”
Mələklər ozlərinə zulm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz hec bir pislik etmirdik!”– deyəcəklər. Onlara belə deyiləcək: “Xeyr! Subhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir
Muttəqilərə: “Allah nə nazil etmisdir?”– deyildikdə, onlar: “Xeyir nazil etmisdir!”– deyərlər. Bu dunyada xeyirli islər gorənlər ucun gozəl mukafat hazırlanmısdır. Axirət yurdu isə daha xeyirlidir. Muttəqilərin yurdu necə də gozəldir
Onlar agacları altından caylar axan Ədn cənnətlərinə girəcəklər. Orada onların urəklərinin istədiyi hər sey vardır. Allah muttəqiləri belə mukafatlandırır
Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin (Qiyamət gununun) gəlməsindən basqa bir seymi gozləyirlər? Onlardan əvvəlkilər də belə etmisdilər. Allah onlara zulm etmədi, lakin onlar ozləri ozlərinə zulm edirdilər
Musriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan basqa hec nəyə ibadət etməz və Onun izni olmadan hec nəyi haram saymazdıq!” Bəli, onlardan əvvəlkilər də eynilə davranmısdılar. Məgər elcilərin vəzifəsi ancaq acıq-aydın təblig etmək deyilmi
Biz hər ummətə: “Allaha ibadət edin, tagutdan uzaq olun”– deyə, elci gondərdik. Onlardan kimisini Allah dogru yola yonəltmis, kimisinə də azmaq nəsib etmisdir. Yer uzundə gəzib dolasın və gorun haqqı yalan sayanların aqibəti necə oldu
Onlar Allaha mohkəm and icdilər ki: “Allah olən bir kəsi diriltməyəcəkdir!” Xeyr! Allahın oluləri diriltməsi Onun dogru vədinə gorə olacaq, lakin insanların coxu bunu bilmir
Zulmə ugradıldıqdan sonra Allah yolunda hicrət edənləri dunyada gozəl bir məskəndə sakin edəcəyik. Axirət mukafatı isə daha boyukdur. Kas biləydilər
Biz onları aydın dəlillər və kitablarla gondərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləsələr
Alcaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacagına və yaxud gozləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi
Onlar ozlərinə verdiyimiz ruzidən hec nə dərk etmək qabiliyyətində olmayanlara pay ayırırlar. Allaha and olsun ki, atdıgınız iftiralara gorə mutləq sorgu-sual olunacaqsınız
Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, korpəni rusvaycılıq icində saxlasınmı, yoxsa onu torpaga gomsun? Onların verdikləri qərar necə də pisdir
Əgər Allah insanları etdikləri zulmə gorə cəzalandırsaydı, yer uzundə hec bir canlını sag qoymazdı. Lakin Allah onlara muəyyən vaxta qədər mohlət verir. Onların əcəlinin catdıgı an bircə saat belə nə yubanar, nə də tezləsə bilər
Onlar ozlərinin xoslamadıqları qızları Allaha aid edirlər. Dilləri də yalandan ən gozəl aqibətin onların olacagını soyləyir. Subhəsiz ki, od onlar ucun hazırlanmısdır və onlar orada tərk olunacaqlar
Allaha and olsun ki, səndən əvvəl də ummətlərə elcilər gondərmisdik. Seytan isə o kafir ummətlərin əməllərini ozlərinə gozəl gostərmisdi. Seytan bu gun də onların dostudur. Onlar ucun agrılı-acılı bir əzab vardır
Biz Kitabı sənə yalnız ona gorə nazil etdik ki, onlara ixtilafda olduqları seyləri bəyan edəsən və bu, momin adamlar ucun dogru yol gostəricisi və mərhəmət olsun
Subhəsiz ki, mal-qarada da sizin ucun bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından cıxan, icənlərin bogazından rahat kecən təmiz sud icirdirik
Siz xurma agacının meyvələrindən və uzumlərdən sərxosedici icki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan bir qovm ucun dəlillər vardır
Sonra butun meyvələrdən ye və Rəbbinin səndən otru asanlasdırdıgı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar ucun səfa olan muxtəlif rəngli bal cıxır. Həqiqətən, bunda dusunən bir qovm ucun dəlillər vardır
Sizi Allah yaratmısdır. Sonra O sizi oldurəcək. Sizlərdən bəziləri vaxtilə bildiyi seyləri unutsun deyə omrunun ən rəzil cagına catdırılacaq. Həqiqətən, Allah hər seyi biləndir, hər seyə qadirdir
Allah ruzi baxımından birinizi digərindən ustun etmisdir. Ustunluk verilənlər kolələrinə oz ruzilərindən vermirlər ki, bu yondən bərabər olsunlar. Belə oldugu təqdirdə onlar Allahın nemətini inkarmı edirlər
Allah sizin ucun ozunuzdən zovcələr yaratdı, zovcələrinizdən də sizin ucun ovladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. Indi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər
Allah, hec bir seyə gucu catmayan və basqasının malı olan bir kolə ilə, dərgahımızdan ozunə verdiyimiz gozəl ruzidən gizli və askar xərcləyən kimsəni məsəl cəkdi. Hec onlar eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların coxu bunu bilmir
Allah eləcə də iki kisi barəsində məsəl cəkdi; onlardan biri laldır, hec bir seyə gucu catmır və oz agasına bir yukdur. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər dogru yolda olub ədalətli islər gorməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi
Məgər onlar Allaha tabe olub havada ucan qusları gormurlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar ucun dəlillər vardır
Allah evlərinizi sizin ucun yasayıs yeri etdi, mal-qaranın dərilərindən istər səfərə cıxdıgınız vaxt, istərsə dusərgə saldıgınız zaman sizin ucun asanlıqla apara biləcəyiniz cadırlar, ustəlik də onların yunundan, tiftiyindən və tukundən muəyyən vaxta qədər istifadə edəcəyiniz ev əsyaları və basqa seylər duzəltdi
Allah, yaratdıqları seylərdən sizin ucun kolgələr əmələ gətirdi, daglarda sizin ucun magaralar saldı, sizi istidən qoruyacaq paltarlar və doyusdə muhafizə edəcək zirehli geyimlər duzəltdi. Beləcə, Allah Oz nemətini sizə tamamlayır ki, bəlkə musəlman olasınız
Musriklər Allaha qosduqları səriklərini gordukdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim Səndən basqa ibadət etdiyimiz səriklərimizdir!” Butlər isə onlara: “Subhəsiz ki, siz yalancısınız!”– deyə cavab qaytaracaqlar
O gun hər ummətə ozlərindən bir sahid gondərəcəyik, səni də onlara sahid gətirəcəyik. Biz Kitabı sənə hər sey ucun bir izah, musəlmanlara da dogru yol gostəricisi, mərhəmət və mujdə olaraq nazil etdik
Həqiqətən, Allah ədalətli olmagı, yaxsılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc islər gorməyi, pis əməllər torətməyi və azgınlıq etməyi isə qadagan edir. O sizə oyud-nəsihət verir ki, bəlkə dusunub ibrət alasınız
Allahla bagladıgınız əhdə sadiq olun; mohkəm and icdikdən sonra andlarınızı pozmayın. Cunki siz Allahı ozunuzə zamin etmisiniz. Subhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir
Ipliyini mohkəm əyirdikdən sonra onu acıb sokən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan sayca və malca daha cox oldugu ucun andlarınızı aranızda hiylə vasitəsinə cevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda oldugunuz seyləri Qiyamət gunu sizə mutləq bildirəcəkdir
Əgər Allah istəsəydi, sizi vahid bir ummət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də dogru yola yonəldir. Siz etdiyiniz əməllərə gorə mutləq sorgu-sual olunacaqsınız
Andlarınızı aranızda hiylə vasitəsinə cevirməyin. Yoxsa ayagınız mohkəm dayanmıs ikən surusər və insanları Allah yolundan dondərdiyinizə gorə əzabı dadarsınız. Sizin ucun axirətdə də boyuk bir əzab hazırlanar
Sizdə olan nemətlər tukənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxsı əməllərə gorə mukafatlarını verəcəyik
Momin olaraq yaxsı is gorən kisi və qadınlara, əlbəttə, gozəl həyat bəxs edəcək və etdikləri ən yaxsı əməllərə gorə onları mutləq mukafatlandıracagıq
Biz bir ayəni basqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiracısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxsı bilir. Xeyr! Onların coxu bunu bilmir
De: “Muqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək ucun, həm də musəlmanlara dogru yol gostəricisi və mujdə olsun deyə gercək olaraq nazil etmisdir”
Biz onların: “Quranı ona bir insan oyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri səxsin dili əcnəbi dildir. Bu isə acıq-aydın ərəb dilidir
Qəlbi imanla sabit qaldıgı halda haqqı danmaga məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini kufrə acsa, Allahın qəzəbinə ducar olar. Onlar ucun boyuk bir əzab vardır
Sınaga cəkildikdən sonra hicrət edənləri, daha sonra cihad edib cətinliklərə dozənləri, bunlardan sonra əlbəttə, Rəbbin Bagıslayandır, Rəhmlidir
Allah təhlukəsizlik və əmin-amanlıq icində olan bir diyarı (Məkkəni) məsəl cəkir. Ona oz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə gorə aclıq və qorxu libasına burudu
O sizə ancaq olu heyvanı, qanı, donuz ətini və Allahdan basqası ucun kəsilən heyvanı haram etmisdir. Hər kəs harama meyl etmədən və həddi asmadan bunlardan yeməyə məcbur olarsa, ona gunah gəlməz. Həqiqətən, Allah Bagıslayandır, Rəhmlidir
Subhəsiz ki, Rəbbin, avamlıqları uzundən pis is gorən, ondan sonra tovbə edib ozlərini islah edənləri, butun bunlardan sonra, əlbəttə ki, Rəbbin bagıslayacaq və rəhm edəcək
Sənbə gunu ancaq o gunun barəsində ixtilafa dusənlərə vacib edildi. Subhəsiz ki, Rəbbin Qiyamət gunu, ixtilafa dusdukləri sey barəsində onların arasında hokm verəcəkdir
Insanları Rəbbinin yoluna hikmətlə, gozəl oyud-nəsihətlə dəvət et və onlarla ən gozəl tərzdə mubahisə et. Subhəsiz ki, Rəbbin azgınlıga dusənləri də, dogru yolda olanları da yaxsı tanıyır
Gunahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər ucun daha xeyirlidir