Allah bir adamın daxilində iki urək yaratmamısdır. Allah anaya bənzədərək ozunuzə haram etdiyiniz zovcələrinizi analarınız etməmis, ogulluga goturduklərinizi də ogullarınız etməmisdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sozlərdir. Allah isə haqqı deyir və dogru yola yonəldir
Ogulluga goturduyunuz usaqları oz atalarının adları ilə cagırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaslarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə hec bir gunah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi islərdən otru sizə gunah var. Allah Bagıslayandır, Rəhmlidir
Peygəmbər mominlərə onların ozlərindən daha yaxındır. Zovcələri isə mominlərin analarıdır. Qohumlar Allahın yazısına gorə bir-birlərinə mominlərdən və muhacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxsılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmısdır
Bir zaman Biz peygəmbərlərdən əhd almısdıq; səndən də, Nuhdan da, Ibrahimdən də, Musadan da, Məryəm oglu Isadan da! Biz onlardan mohkəm bir əhd almısdıq
Ey iman gətirənlər! Allahın sizə gostərdiyi iltifatını xatırlayın. O zaman ki, dusmən ordusu sizin ustunuzə hucuma kecmisdi, Biz də onların ustunə kulək və gormədiyiniz qosunlar gondərmisdik. Allah sizin nə etdiyinizi gorur
O zaman onlar sizin həm yuxarı, həm də asagı tərəfinizdən ustunuzə gəlmisdilər. O vaxt qorxudan gozlər bərəlmis, urəklər xirtdəyə catmıs və siz də Allah barəsində zənnə qapılmısdınız
Onlardan bir dəstə demisdi: “Ey Yəsrib əhli! Siz muqavimət gostərə bilməyəcəksiniz. Geri qayıdın!” Icərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peygəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qacmaq istəyirdilər
Əgər Mədinənin hər tərəfindən ustlərinə hucum edilsəydi, sonra da onlardan fitnə torətmək (imandan donmək) tələb olunsaydı, onu mutləq edər və cuzi sey istisna olmaqla bunda ləngiməzdilər
Baxmayaraq ki, onlar bundan əvvəl cihaddan boyun qacırmayacaqlarına dair Allaha soz vermisdilər. Onlar Allaha verdikləri sozə gorə sorgu-sual olunacaqlar
De: “Əgər olməkdən və ya oldurulməkdən qacırsınızsa, bu qacmagın sizə əsla faydası olmaz. Belə oldugu təqdirdə siz ancaq əcəliniz catana qədər cox az bir muddət ərzində gun-guzəran gorəcəksiniz”
De: “Əgər Allah sizə bir pislik etmək istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxsılıq etmək istəsə, Ona kim mane ola bilər?” Onlar ozləri ucun Allahdan basqa nə bir himayəci, nə də bir yardımcı tapa bilərlər
Cunki sizə qarsı xəsislik edirlər. Onlara qorxu gəldikdə, olum ayagında bayılan adam kimi, donub sənə baxdıqlarını gorursən. Qorxu kecib getdikdə isə qənimətdə xəsislik edib acı dilləri ilə səni sancırlar. Onlar iman gətirməmislər. Allah da onların əməllərini puc etmisdir. Bu, Allah ucun asandır
Munafiqlər muttəfiqlərin cıxıb getmədiklərini guman edirlər. Əgər muttəfiqlər bir də gəlmis olsaydı, onlar bədəvilər arasında kocəri həyat surub barənizdəki xəbərləri sorusub oyrənmək istəyərdilər. Hərgah aranızda olsaydılar, ancaq azacıq doyusərdilər
Mominlər muttəfiqləri (dusmən dəstələrini) gordukdə: “Bu, Allahın və Onun Rəsulunun bizə olan vədidir. Allah və Onun Rəsulu dogru soyləmislər!”– dedilər. Bu onların yalnız imanını və itaətini artırdı
Mominlərin icərisində Allaha etdikləri əhdə sadiq qalan kisilər var. Onlardan kimisi əhdini yerinə yetirib səhid olmus, kimisi də səhid olmasını gozləyir. Onlar əhdlərini əsla dəyisdirməyiblər
Bu ona gorədir ki, Allah dogru danısanları dogruluqlarına gorə mukafatlandırsın, munafiqlərə də ya istəsə əzab versin, ya da onların tovbələrini qəbul etsin. Həqiqətən, Allah Bagıslayandır, Rəhmlidir
Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar hec bir xeyrə nail olmadılar. Doyusdə Allah mominlərə kifayət etdi. Allah Quvvətlidir, Qudrətlidir
Allah Kitab əhlindən muttəfiqlərə yardım edənləri oz qalalarından endirdi və onların qəlbinə qorxu saldı. Siz onların bir qismini oldurur, bir qismini də əsir gotururdunuz
Ey Peygəmbər! Zovcələrinə de: “Əgər siz dunya həyatını və onun bərbəzəyini istəyirsinizsə, gəlin sizi dunya malıyla məmnun edib gozəl tərzdə sərbəst buraxım
Yox, əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah aranızdan yaxsı islər gorənlər ucun boyuk bir mukafat hazırlamısdır”
Ey Peygəmbərin zovcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kisilərlə nazlana-nazlana danısmayın, yoxsa qəlbində xəstəlik olan kəs tamaha dusər. Səriətə muvafiq qaydada danısın
Evlərinizdə qərar tutun! Ilk cahiliyyə dovrundə oldugu kimi acıq-sacıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən gunahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir
Həqiqətən, musəlman kisilər və musəlman qadınlar, momin kisilər və momin qadınlar, muti kisilər və muti qadınlar, dogru danısan kisilər və dogru danısan qadınlar, səbirli kisilər və səbirli qadınlar, Allaha bas əyən kisilər və bas əyən qadınlar, sədəqə verən kisilər və sədəqə verən qadınlar, oruc tutan kisilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kisilər və ismətlərini qoruyan qadınlar, Allahı cox zikr edən kisilər və qadınlar ucun Allah bagıslanma və boyuk mukafat hazırlamısdır
Allah və Onun Rəsulu bir isə hokm verdiyi zaman hec bir momin kisi və momin qadın oz islərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, acıq-aydın azgınlıga dusmusdur
Bir zaman Allahın nemət verdiyi və sənin ozunun nemət verdiyin Zeydə: “Zovcəni oz yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın askar edəcəyi seyi urəyində gizli saxlayır və insanlardan cəkinirdin. Halbuki əslində qorxmalı oldugun məhz Allahdır. Zeyd zovcəsini bosadıqda səni onunla evləndirdik ki, ogulluqları ovrətlərini bosadıqları zaman o qadınlarla evlənməkdə mominlərə hec bir sıxıntı olmasın. Allahın əmri mutləq yerinə yetəcək
Allahın Peygəmbərə halal buyurdugu bir seydə ona hec bir gunah gəlməz. Oncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən muəyyən edilmis bir hokmdur
Ey iman gətirənlər! Əgər momin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar ucun gozləmə muddətini saymaga – onları yanınızda saxlamaga haqqınız yoxdur. Belə oldugu təqdirdə onlara talaq haqlarını verin və onları gozəl tərzdə sərbəst buraxın
Ey Peygəmbər! Mehrlərini verdiyin zovcələrini, Allahın sənə bəxs etdiklərindən sahib oldugun cariyələri, səninlə birlikdə hicrət etmis əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peygəmbər onunla evlənmək istədiyi təqdirdə ozunu Peygəmbərə bagıslayan hər hansı bir momin qadını sənə halal etdik. Sonuncusu digər mominlərə deyil, yalnız sənə məxsusdur. Onlara zovcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurdugumuzu bilirik. Belə etdik ki, sənə bir cətinlik olmasın. Allah Bagıslayandır, Rəhmlidir
Onlardan istədiyinin səninlə gecələmək novbəsini təxirə sala bilərsən, istədiyini də oz yanına ala bilərsən. Ozundən ayırdıqlarından hansı birini yenidən oz yanına almaq istəsən sənə hec bir gunah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları ucun daha munasibdir. Allah qəlbinizdə olanları bilir. Allah hər seyi biləndir, həlimdir
Bundan sonra basqa qadınlarla evlənmək, gozəllikləri səni heyran etsə də, onları basqa qadınlarla dəyismək sənə halal deyildir. Sahib oldugun cariyələr isə istisnadır. Allah hər seyə nəzarət edəndir
Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib sufrəyə dəvət olunmadıqca Peygəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gozləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə sohbətə dalmadan dagılısın. Cunki bu hərəkətiniz Peygəmbəri narahat edir və o sizdən utanır. Allah isə sozun acıgını sizə bəyan etməkdən utanmır. Peygəmbərin zovcələrindən bir sey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha cox saflıq gətirər. Sizə Allahın Elcisini narazı salmaq, vəfatından sonra onun həyat yoldasları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında boyuk gunahdır
Qadınlara ataları, ogulları, qardasları, qardaslarının ogulları, bacılarının ogulları, musəlman qadınların, sahib olduqları kənizləri yanında hicab geyməmələrində hec bir gunah yoxdur. Ey qadınlar, Allahdan qorxun! Subhəsiz ki, Allah hər seyə sahiddir
Dogrudan da, Allah və Onun mələkləri Peygəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla onu salamlayın
Momin kisiləri və momin qadınları etmədikləri bir isdən otru gunahlandıranlar, sozsuz ki, oz uzərlərinə bohtanla bərabər acıq-aydın agır bir gunah goturmuslər
Ey Peygəmbər! Zovcələrinə, qızlarına və mominlərin qadınlarına de ki, naməhrəm yanında carsabları ilə ortunsunlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi ucun daha munasibdir. Allah Bagıslayandır, Rəhmlidir
Əgər munafiqlər, qəlbi xəstə olanlar və səhərdə pis sayiələr yayanlar oz yaramaz əməllərinə son qoymasalar, səni onlara qarsı cıxmaga cagırarıq. Sonra onlar orada artıq səninlə ancaq qısa bir muddət ərzində qonsuluq edər və
Ey iman gətirənlər! Musanı incidən səxslərə oxsamayın. Allah onu onların dediklərindən təmizə cıxartdı. O, Allahın yanında cox ehtiram edilən səxsdir
Biz əmanəti goylərə, yerə və daglara təklif etdik. Onlar onu dasımaqdan qorxub imtina etdilər. Lakin insan onu boynuna goturdu. Dogrudan da, o, zalım və cahildir
Bu əmanət insana ona gorə verildi ki, Allah munafiq kisiləri və munafiq qadınları, musrik kisiləri və musrik qadınları cəzalandırsın, momin kisilərin və momin qadınların tovbələrini qəbul etsin. Allah Bagıslayandır, Rəhmlidir