Munafiqlər sənin yanına gəldikləri zaman: “Biz səhadət veririk ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah sahiddir ki, munafiqlər əsl yalancıdırlar
Sən onlara baxdıqda onların bədən qurulusları xosuna gəlir, danısanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara soykədilmis dirəklər kimidirlər. Onlar hər bir səs-kuyun ozlərinə qarsı oldugunu sanırlar. Onlar dusməndirlər. Sən onlardan cəkin! Allah onları məhv etsin, necə də haqdan dondərilirlər
Onlara: “Gəlin Allahın Rəsulu sizin ucun bagıslanma diləsin!”– deyildiyi zaman baslarını yelləyir və sən onların təkəbburlə uz dondərdiklərini gorursən
Sən onlar ucun bagıslanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bagıslamayacaq. Subhəsiz ki, Allah fasiq adamları dogru yola yonəltməz
Məhz onlar: “Allahın Rəsulu yanında olanlara bir sey verməyin ki, dagılıb getsinlər!”– deyirlər. Halbuki goylərin və yerin xəzinələri Allahındır, lakin munafiqlər anlamırlar
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qudrətlilər ən alcaqları (munafiqlər musəlmanları) mutləq oradan cıxardacaqlar!”– deyirlər. Halbuki qudrət yalnız Allaha, Onun Rəsuluna və mominlərə məxsusdur, lakin bunu munafiqlər bilmirlər
Sizlərdən birinə olum gəlib: “Ey Rəbbim! Mənə bir az mohlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmisdən əvvəl sizə verdiyim ruzidən xərcləyin