Back to Languages

Azerbaijani - Chapter 1 - Al-Fatiha

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Fatiha 1:1

Mərhəmətli, rəhmli Allahın adı ilə

Verse 2 — Surah Al-Fatiha 1:2

Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə

Verse 3 — Surah Al-Fatiha 1:3

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana

Verse 4 — Surah Al-Fatiha 1:4

Haqq-Hesab (qiyamət) gününün sahibinə

Verse 5 — Surah Al-Fatiha 1:5

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik

Verse 6 — Surah Al-Fatiha 1:6

Bizi doğru (düz) yola yönəlt

Verse 7 — Surah Al-Fatiha 1:7

Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox