Back to Languages

Azerbaijani - Chapter 101 - Al-Qariah

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Qariah 101:1

Ürəkləri dəhşətə salan qiyamət

Verse 2 — Surah Al-Qariah 101:2

Verse 3 — Surah Al-Qariah 101:3

Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət

Verse 4 — Surah Al-Qariah 101:4

O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq)

Verse 5 — Surah Al-Qariah 101:5

Dağlar isə didilmiş yun kimi olacaqdır

Verse 6 — Surah Al-Qariah 101:6

(O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə

Verse 7 — Surah Al-Qariah 101:7

(Cənnətdə) xoş güzəran içində olacaq

Verse 8 — Surah Al-Qariah 101:8

Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə

Verse 9 — Surah Al-Qariah 101:9

Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır

Verse 10 — Surah Al-Qariah 101:10

Sən nə bilirsən ki, o (Haviyə) nədir

Verse 11 — Surah Al-Qariah 101:11

O çox qızmar bir atəşdir