Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 104 - Al-Humazah
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Humazah 104:1
(Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına
Verse 2 — Surah Al-Humazah 104:2
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar)
Verse 3 — Surah Al-Humazah 104:3
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır
Verse 4 — Surah Al-Humazah 104:4
Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır
Verse 5 — Surah Al-Humazah 104:5
Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir
Verse 6 — Surah Al-Humazah 104:6
O, Allahın yanar odudur
Verse 7 — Surah Al-Humazah 104:7
Elə bir od ki, ürəkləri yandırıb-yaxar
Verse 8 — Surah Al-Humazah 104:8
O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir
Verse 9 — Surah Al-Humazah 104:9
Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar