Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 105 - Al-Fil
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Fil 105:1
(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi
Verse 2 — Surah Al-Fil 105:2
Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı
Verse 3 — Surah Al-Fil 105:3
Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi
Verse 4 — Surah Al-Fil 105:4
(O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı
Verse 5 — Surah Al-Fil 105:5
(Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi