Back to Languages

Azerbaijani - Chapter 106 - Quraysh

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Quraysh 106:1

(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə

Verse 2 — Surah Quraysh 106:2

Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə

Verse 3 — Surah Quraysh 106:3

Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər

Verse 4 — Surah Quraysh 106:4

O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi