Back to Languages

Azerbaijani - Chapter 107 - Al-Maun

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Maun 107:1

(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü

Verse 2 — Surah Al-Maun 107:2

O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz)

Verse 3 — Surah Al-Maun 107:3

Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar)

Verse 4 — Surah Al-Maun 107:4

Vay halına o namaz qılanların ki

Verse 5 — Surah Al-Maun 107:5

Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar)

Verse 6 — Surah Al-Maun 107:6

Onlar (namazlarında) riyakarlıq edər

Verse 7 — Surah Al-Maun 107:7

Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)