Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 109 - Al-Kafirun
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Kafirun 109:1
(Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər
Verse 2 — Surah Al-Kafirun 109:2
Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm
Verse 3 — Surah Al-Kafirun 109:3
Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz
Verse 4 — Surah Al-Kafirun 109:4
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm
Verse 5 — Surah Al-Kafirun 109:5
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz
Verse 6 — Surah Al-Kafirun 109:6
Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”