Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 111 - Al-Masad
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Al-Masad 111:1
Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün)
Verse 2 — Surah Al-Masad 111:2
(Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı)
Verse 3 — Surah Al-Masad 111:3
O, alovlu atəşə girəcəkdir
Verse 4 — Surah Al-Masad 111:4
Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin
Verse 5 — Surah Al-Masad 111:5
Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır