Back to Languages

Azerbaijani - Chapter 113 - Al-Falaq

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Falaq 113:1

(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə

Verse 2 — Surah Al-Falaq 113:2

Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən

Verse 3 — Surah Al-Falaq 113:3

Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən

Verse 4 — Surah Al-Falaq 113:4

(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən

Verse 5 — Surah Al-Falaq 113:5

Və bir də paxıllığı tutanda paxılın şərindən!”