Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 26 - Ash-Shuara
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Ash-Shuara 26:1
Ta, Sin, Mim
Verse 2 — Surah Ash-Shuara 26:2
Bunlar (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir
Verse 3 — Surah Ash-Shuara 26:3
(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən)
Verse 4 — Surah Ash-Shuara 26:4
Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar
Verse 5 — Surah Ash-Shuara 26:5
Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz ki, ondan üz döndərməsinlər
Verse 6 — Surah Ash-Shuara 26:6
Onlar (Qur’anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur’anın müşriklərə veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün mə’yus olacaqlar)
Verse 7 — Surah Ash-Shuara 26:7
Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr) yetişdirdiyimizi görmürlərmi
Verse 8 — Surah Ash-Shuara 26:8
Şübhəsiz ki, bunda (Qur’anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirməzlər
Verse 9 — Surah Ash-Shuara 26:9
Həqiqətən, Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 10 — Surah Ash-Shuara 26:10
(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına –
Verse 11 — Surah Ash-Shuara 26:11
Fir’on tayfasının yanına (və onlara de ki, Məni qoyub başqalarına ibadət etməkdən, İsrail övladlarına əziyyət verməkdən) məgər qorxmurlar?”
Verse 12 — Surah Ash-Shuara 26:12
(Musa) dedi: “Ey Rəbbim! Onların məni yalançı sayacaqlarından qorxuram
Verse 13 — Surah Ash-Shuara 26:13
Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da (peyğəmbərlik) ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et)
Verse 14 — Surah Ash-Shuara 26:14
(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”
Verse 15 — Surah Ash-Shuara 26:15
(Allah) buyurdu: “Xeyr! (Fir’on səni əsla öldürə bilməz!) Hər ikiniz mö’cüzələrinizlə (Fir’onun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Fir’on tayfasının nə dediyini) eşidəcəyik
Verse 16 — Surah Ash-Shuara 26:16
Fir’onun yanına gedib belə deyin: “Biz aləmlərin Rəbbinin peyğəmbərləriyik
Verse 17 — Surah Ash-Shuara 26:17
İsrail oğullarını bizimlə birlikdə (Şama) göndər!” (onlara əzab-əziyyət vermə)
Verse 18 — Surah Ash-Shuara 26:18
(Musa Harunla Fir’onun yanına gedib bu sözləri deyəndən sonra Fir’on onu tanıyıb) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı
Verse 19 — Surah Ash-Shuara 26:19
Axırda elədiyini də elədin (bir qibtini vurub öldürdün). Sən nankorun birisən!”
Verse 20 — Surah Ash-Shuara 26:20
(Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. (Mənə hələ peyğəmbərlik bəxş edilməmiş, Tövrat nazil olmamışdı)
Verse 21 — Surah Ash-Shuara 26:21
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət (peyğəmbərlik) ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi
Verse 22 — Surah Ash-Shuara 26:22
Boynuma minnət qoyduğun bu ne’mət də (məni sərbəst buraxıb) İsrail oğullarını (özünə) qul etdiyinə görədir. (İsrail övladını kölə etdiyin halda, məni öz yanına alıb böyütdüyünü başımamı qaxırsan?)”
Verse 23 — Surah Ash-Shuara 26:23
Fir’on dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)”
Verse 24 — Surah Ash-Shuara 26:24
(Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında olanların (bütün məxluqatın) Rəbbidir!” – deyə cavab verdi
Verse 25 — Surah Ash-Shuara 26:25
(Fir’on) ətrafındakılara: “Eşitdinizmi?” – dedi. (Musanın cavabı mənim sualıma uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir)
Verse 26 — Surah Ash-Shuara 26:26
(Musa) dedi: “O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!”
Verse 27 — Surah Ash-Shuara 26:27
(Fir’on ətrafındakılara:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” – dedi
Verse 28 — Surah Ash-Shuara 26:28
(Musa) dedi: “Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”
Verse 29 — Surah Ash-Shuara 26:29
(Fir’on:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi
Verse 30 — Surah Ash-Shuara 26:30
(Musa) dedi: “Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir şey (dəlil) gətirsəm necə?”
Verse 31 — Surah Ash-Shuara 26:31
(Fir’on) “Əgər doğru deyirsənsə, di onu gətir!” – dedi
Verse 32 — Surah Ash-Shuara 26:32
(Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu
Verse 33 — Surah Ash-Shuara 26:33
Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlar bir nur kəsildi)
Verse 34 — Surah Ash-Shuara 26:34
(Fir’on) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır
Verse 35 — Surah Ash-Shuara 26:35
O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz? (Nə edək?)”
Verse 36 — Surah Ash-Shuara 26:36
Onlar dedilər: “Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar) göndər ki
Verse 37 — Surah Ash-Shuara 26:37
Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!”
Verse 38 — Surah Ash-Shuara 26:38
Nəhayət, sehrbazlar mə’lum bir günün müəyyən vaxtında (bayram günü günorta çağı) yığıldılar
Verse 39 — Surah Ash-Shuara 26:39
(Fir’onun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı
Verse 40 — Surah Ash-Shuara 26:40
Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”
Verse 41 — Surah Ash-Shuara 26:41
Sehrbazlar gələn kimi Fir’ona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?”
Verse 42 — Surah Ash-Shuara 26:42
(Fir’on) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!”
Verse 43 — Surah Ash-Shuara 26:43
Musa onlara dedi: “(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!”
Verse 44 — Surah Ash-Shuara 26:44
Onlar iplərini və əsalarını yerə atıb: “Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” – dedilər
Verse 45 — Surah Ash-Shuara 26:45
Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu
Verse 46 — Surah Ash-Shuara 26:46
Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar
Verse 47 — Surah Ash-Shuara 26:47
Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə
Verse 48 — Surah Ash-Shuara 26:48
Musanın və Harunun Rəbbinə!”
Verse 49 — Surah Ash-Shuara 26:49
(Fir’on) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!”
Verse 50 — Surah Ash-Shuara 26:50
(İman gətirmiş sehrbazlar) dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik
Verse 51 — Surah Ash-Shuara 26:51
Biz (sənə tabe olan, yaxud zəmanə əhli içində Musaya və onun təbliğ etdiyi dinə) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”
Verse 52 — Surah Ash-Shuara 26:52
(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir’onun ordusu tərəfindən) tə’qib ediləcəksiniz!”
Verse 53 — Surah Ash-Shuara 26:53
Fir’on şəhərlərə (əsgər) yığanlar göndərdi
Verse 54 — Surah Ash-Shuara 26:54
(O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır
Verse 55 — Surah Ash-Shuara 26:55
Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər)
Verse 56 — Surah Ash-Shuara 26:56
Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!”
Verse 57 — Surah Ash-Shuara 26:57
Nəhayət, Biz onları (Fir’onu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq
Verse 58 — Surah Ash-Shuara 26:58
Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik
Verse 59 — Surah Ash-Shuara 26:59
(O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik
Verse 60 — Surah Ash-Shuara 26:60
(Fir’on və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər
Verse 61 — Surah Ash-Shuara 26:61
İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”
Verse 62 — Surah Ash-Shuara 26:62
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”
Verse 63 — Surah Ash-Shuara 26:63
Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu
Verse 64 — Surah Ash-Shuara 26:64
O biriləri (Fir’on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq)
Verse 65 — Surah Ash-Shuara 26:65
Musa və onunla birlikdə olanların hamısını xilas etdik
Verse 66 — Surah Ash-Shuara 26:66
O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik
Verse 67 — Surah Ash-Shuara 26:67
Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Fir’on tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi
Verse 68 — Surah Ash-Shuara 26:68
(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, töbvə edən bəndələrini bağışlayar)
Verse 69 — Surah Ash-Shuara 26:69
(Ya Rəsulum!) Onlara İbrahimin hekayətini söylə
Verse 70 — Surah Ash-Shuara 26:70
O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?”
Verse 71 — Surah Ash-Shuara 26:71
Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər
Verse 72 — Surah Ash-Shuara 26:72
(İbrahim) demişdi: “Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi
Verse 73 — Surah Ash-Shuara 26:73
Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?”
Verse 74 — Surah Ash-Shuara 26:74
Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!” – deyə cavab vermişdilər
Verse 75 — Surah Ash-Shuara 26:75
(İbrahim) demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü
Verse 76 — Surah Ash-Shuara 26:76
Sizin və ulu babalarınızın
Verse 77 — Surah Ash-Shuara 26:77
Aləmlərin Rəbbi istisna olmaqla, onlar (sizin bütləriniz) mənim düşmənimdir
Verse 78 — Surah Ash-Shuara 26:78
Məni yaradan və məni doğru yola yönəldən Odur
Verse 79 — Surah Ash-Shuara 26:79
Məni yedirdən də, içirdən də Odur
Verse 80 — Surah Ash-Shuara 26:80
Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir
Verse 81 — Surah Ash-Shuara 26:81
Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur
Verse 82 — Surah Ash-Shuara 26:82
Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur
Verse 83 — Surah Ash-Shuara 26:83
Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur
Verse 84 — Surah Ash-Shuara 26:84
Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər)
Verse 85 — Surah Ash-Shuara 26:85
Məni Nəim cənnətlərinin varislərindən et
Verse 86 — Surah Ash-Shuara 26:86
Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu
Verse 87 — Surah Ash-Shuara 26:87
(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə
Verse 88 — Surah Ash-Shuara 26:88
O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər
Verse 89 — Surah Ash-Shuara 26:89
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö’minlərdən) başqa!”
Verse 90 — Surah Ash-Shuara 26:90
(O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar
Verse 91 — Surah Ash-Shuara 26:91
Cəhənnəm də azğınlara göstərilər
Verse 92 — Surah Ash-Shuara 26:92
Və onlara belə deyərlər: “İbadət etdikləriniz (bütlər) haradadır
Verse 93 — Surah Ash-Shuara 26:93
Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?”
Verse 94 — Surah Ash-Shuara 26:94
Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar
Verse 95 — Surah Ash-Shuara 26:95
İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar)
Verse 96 — Surah Ash-Shuara 26:96
Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər
Verse 97 — Surah Ash-Shuara 26:97
“Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq
Verse 98 — Surah Ash-Shuara 26:98
Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq
Verse 99 — Surah Ash-Shuara 26:99
Bizi yalnız günahkarlar azdırdı
Verse 100 — Surah Ash-Shuara 26:100
İndi artıq nə şəfaət edən kimsələrimiz
Verse 101 — Surah Ash-Shuara 26:101
Nə də bir mehriban dostumuz var
Verse 102 — Surah Ash-Shuara 26:102
Kaş bir də (dünyaya) dönə biləydik; mö’minlərdən olardıq!”
Verse 103 — Surah Ash-Shuara 26:103
Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi
Verse 104 — Surah Ash-Shuara 26:104
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 105 — Surah Ash-Shuara 26:105
Nuh tayfası peyğəmbərləri təkzib etdi. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək deməkdir)
Verse 106 — Surah Ash-Shuara 26:106
O zaman ki, qardaşları Nuh onlara dedi: “Məgər (küfr etməyinizə görə) qorxmursunuz
Verse 107 — Surah Ash-Shuara 26:107
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm)
Verse 108 — Surah Ash-Shuara 26:108
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 109 — Surah Ash-Shuara 26:109
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 110 — Surah Ash-Shuara 26:110
Artıq Allahdan qorxun və mənə itaət edin!”
Verse 111 — Surah Ash-Shuara 26:111
Onlar: “Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik?” – dedilər
Verse 112 — Surah Ash-Shuara 26:112
(Nuh) dedi: “Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm
Verse 113 — Surah Ash-Shuara 26:113
Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram)
Verse 114 — Surah Ash-Shuara 26:114
Və mən iman gətirənləri qovan da deyiləm
Verse 115 — Surah Ash-Shuara 26:115
Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”
Verse 116 — Surah Ash-Shuara 26:116
Onlar dedilər: “Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!”
Verse 117 — Surah Ash-Shuara 26:117
(Nuh) dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi
Verse 118 — Surah Ash-Shuara 26:118
Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan mö’minləri (bu əzabdan) qurtar
Verse 119 — Surah Ash-Shuara 26:119
Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik
Verse 120 — Surah Ash-Shuara 26:120
Sonra yerdə qalanları suda boğduq
Verse 121 — Surah Ash-Shuara 26:121
Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi
Verse 122 — Surah Ash-Shuara 26:122
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 123 — Surah Ash-Shuara 26:123
Ad taydası da peyğəmbərləri təkzib etdi
Verse 124 — Surah Ash-Shuara 26:124
O zaman ki, qardaşları Hud onlara dedi: “Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz
Verse 125 — Surah Ash-Shuara 26:125
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm
Verse 126 — Surah Ash-Shuara 26:126
Allahdan qorxun və mənə itaət edin
Verse 127 — Surah Ash-Shuara 26:127
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 128 — Surah Ash-Shuara 26:128
Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz
Verse 129 — Surah Ash-Shuara 26:129
Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz
Verse 130 — Surah Ash-Shuara 26:130
Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz)
Verse 131 — Surah Ash-Shuara 26:131
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 132 — Surah Ash-Shuara 26:132
Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi
Verse 133 — Surah Ash-Shuara 26:133
Sizə heyvanat, oğul-uşaq
Verse 134 — Surah Ash-Shuara 26:134
Bağlar və çeşmələr verdi
Verse 135 — Surah Ash-Shuara 26:135
Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”
Verse 136 — Surah Ash-Shuara 26:136
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik)
Verse 137 — Surah Ash-Shuara 26:137
Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir)
Verse 138 — Surah Ash-Shuara 26:138
Və biz əzaba da düçar olmayacağıq!”
Verse 139 — Surah Ash-Shuara 26:139
Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi
Verse 140 — Surah Ash-Shuara 26:140
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 141 — Surah Ash-Shuara 26:141
Səmud tayfası da peyğəmbərləri təkzib etdi
Verse 142 — Surah Ash-Shuara 26:142
O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz
Verse 143 — Surah Ash-Shuara 26:143
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm)
Verse 144 — Surah Ash-Shuara 26:144
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 145 — Surah Ash-Shuara 26:145
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 146 — Surah Ash-Shuara 26:146
Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız
Verse 147 — Surah Ash-Shuara 26:147
Bağlar və çeşmələr içində
Verse 148 — Surah Ash-Shuara 26:148
Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)
Verse 149 — Surah Ash-Shuara 26:149
Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz
Verse 150 — Surah Ash-Shuara 26:150
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 151 — Surah Ash-Shuara 26:151
(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)
Verse 152 — Surah Ash-Shuara 26:152
O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər
Verse 153 — Surah Ash-Shuara 26:153
Onlar dedilər: “Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun)
Verse 154 — Surah Ash-Shuara 26:154
Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir mö’cüzə gətir!”
Verse 155 — Surah Ash-Shuara 26:155
(Saleh) dedi: “Bu, (Allahın mö’cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın)
Verse 156 — Surah Ash-Shuara 26:156
Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!”
Verse 157 — Surah Ash-Shuara 26:157
Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular
Verse 158 — Surah Ash-Shuara 26:158
Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi
Verse 159 — Surah Ash-Shuara 26:159
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 160 — Surah Ash-Shuara 26:160
Lut tayfası da peyğəmbərləri təkzib etdi
Verse 161 — Surah Ash-Shuara 26:161
O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz
Verse 162 — Surah Ash-Shuara 26:162
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm)
Verse 163 — Surah Ash-Shuara 26:163
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 164 — Surah Ash-Shuara 26:164
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 165 — Surah Ash-Shuara 26:165
Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz
Verse 166 — Surah Ash-Shuara 26:166
Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”
Verse 167 — Surah Ash-Shuara 26:167
Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
Verse 168 — Surah Ash-Shuara 26:168
(Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm
Verse 169 — Surah Ash-Shuara 26:169
Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”
Verse 170 — Surah Ash-Shuara 26:170
Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik
Verse 171 — Surah Ash-Shuara 26:171
Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla
Verse 172 — Surah Ash-Shuara 26:172
Sonra da o biriləri məhv edib kökünü kəsdik
Verse 173 — Surah Ash-Shuara 26:173
Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır
Verse 174 — Surah Ash-Shuara 26:174
Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi
Verse 175 — Surah Ash-Shuara 26:175
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 176 — Surah Ash-Shuara 26:176
Əykə əhli də peyğəmbərləri təkzib etdi
Verse 177 — Surah Ash-Shuara 26:177
O zaman ki, Şüeyb onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz
Verse 178 — Surah Ash-Shuara 26:178
Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm)
Verse 179 — Surah Ash-Shuara 26:179
Artıq Allahdan qorxun və mənə itaət edin
Verse 180 — Surah Ash-Shuara 26:180
Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir
Verse 181 — Surah Ash-Shuara 26:181
Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın
Verse 182 — Surah Ash-Shuara 26:182
Düz tərəzi ilə çəkin
Verse 183 — Surah Ash-Shuara 26:183
İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin
Verse 184 — Surah Ash-Shuara 26:184
Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!”
Verse 185 — Surah Ash-Shuara 26:185
Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara)
Verse 186 — Surah Ash-Shuara 26:186
Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən
Verse 187 — Surah Ash-Shuara 26:187
Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!”
Verse 188 — Surah Ash-Shuara 26:188
(Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!”
Verse 189 — Surah Ash-Shuara 26:189
Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi
Verse 190 — Surah Ash-Shuara 26:190
Şübhəsiz ki, bunda (Şüeybin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi
Verse 191 — Surah Ash-Shuara 26:191
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar)
Verse 192 — Surah Ash-Shuara 26:192
Şübhəsiz ki, bu (Qur’an) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir
Verse 193 — Surah Ash-Shuara 26:193
Onu Cəbrail (Ruhuləmin) endirdi
Verse 194 — Surah Ash-Shuara 26:194
(Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)
Verse 195 — Surah Ash-Shuara 26:195
Özü də açıq-aydın ərəb dilinə
Verse 196 — Surah Ash-Shuara 26:196
Həqiqətən, o (Qur’anın nazil olacağı xəbəri, mə’nası və hökmləri; Peyğəmbərin vəsfi), əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarından mövcuddur
Verse 197 — Surah Ash-Shuara 26:197
Məgər İsrail övladı alimlərinin (Qur’anın ilahi kitab, sənin həqiqi peyğəmbər olduğunu) bilmələri onlar (bu kafirlər) üçün bir dəlil (sübut) deyilmi
Verse 198 — Surah Ash-Shuara 26:198
Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bə’zisinə) nazil etsəydik
Verse 199 — Surah Ash-Shuara 26:199
Və o (Qur’anı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu şəxs ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır deyə) ona iman gətirməzdilər
Verse 200 — Surah Ash-Shuara 26:200
Biz (küfrü, inadkarlığı) günahkarların qəlbinə belə salarıq
Verse 201 — Surah Ash-Shuara 26:201
Onlar şiddətli əzabı görməyənədək (Qur’ana) inanmazlar
Verse 202 — Surah Ash-Shuara 26:202
(Əzab) onlara qəflətən, özləri də hiss etmədən gələr
Verse 203 — Surah Ash-Shuara 26:203
O zaman onlar deyərlər: “Əcaba, (tövbə etmək, iman gətirmək üçün) bizə möhlət veriləcəkmi?”
Verse 204 — Surah Ash-Shuara 26:204
İndi (günahkarlar) əzabımızın (dünyada onlara) tezmi gəlməsini istəyirlər
Verse 205 — Surah Ash-Shuara 26:205
Ya Rəsulum! Görürsənmi, əgər Biz onlara (kafirlərə) illərcə ne’mət (gün-güzəran) versək
Verse 206 — Surah Ash-Shuara 26:206
Sonra və’d (təhdid) olunduqları (əzab) onlara yetişsə
Verse 207 — Surah Ash-Shuara 26:207
Onlara verilmiş olan ne’mətlər (əzabımızı) onlardan dəf edə bilməz. (Heç bir şey onlara veriləcək əzabı geri qaytara bilməz. Əksinə, firavan həyat, bol ne’mət onların günahlarını, cinayətlərini daha da artırar)
Verse 208 — Surah Ash-Shuara 26:208
Biz heç bir məmləkəti ora peyğəmbər göndərmədən məhv etmədik
Verse 209 — Surah Ash-Shuara 26:209
(Peyğəmbərləri) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz zalım deyilik
Verse 210 — Surah Ash-Shuara 26:210
(Qur’anı) əsla şeytanlar endirmədi
Verse 211 — Surah Ash-Shuara 26:211
Bu onlara layiq deyildir. Onlar (bunu) heç bacara da bilməzlər
Verse 212 — Surah Ash-Shuara 26:212
Axı onlara (vəhy eşitmək, mələklərin söhbətinə qulaq asmaq) qadağan edilmişdir
Verse 213 — Surah Ash-Shuara 26:213
Elə isə çəkin, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan
Verse 214 — Surah Ash-Shuara 26:214
Və ən yaxşın qohumlarını qorxut
Verse 215 — Surah Ash-Shuara 26:215
Sənə tabe olan mö’minləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat)
Verse 216 — Surah Ash-Shuara 26:216
Əgər (yaxın qohumların, əşirətin) sənə qarşı çıxsalar, onlara belə de: “Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!”
Verse 217 — Surah Ash-Shuara 26:217
Və yenilməz qüvvət sahibinə, mərhəmət sahibidə təvəkkül et
Verse 218 — Surah Ash-Shuara 26:218
O Allah ki, səni namaza duranda da görür
Verse 219 — Surah Ash-Shuara 26:219
Səcdə edənlər içində dolananda da
Verse 220 — Surah Ash-Shuara 26:220
Həqiqətən, (hər şeyi) eşidən, bilən Odur
Verse 221 — Surah Ash-Shuara 26:221
(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi
Verse 222 — Surah Ash-Shuara 26:222
Onlar hər bir yalançıya, günahkara nazil olarlar
Verse 223 — Surah Ash-Shuara 26:223
(Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır
Verse 224 — Surah Ash-Shuara 26:224
(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar
Verse 225 — Surah Ash-Shuara 26:225
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər)
Verse 226 — Surah Ash-Shuara 26:226
Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır)
Verse 227 — Surah Ash-Shuara 26:227
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər