Back to Languages

Azerbaijani - Chapter 37 - As-Saffat

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah As-Saffat 37:1

And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə)

Verse 2 — Surah As-Saffat 37:2

(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)

Verse 3 — Surah As-Saffat 37:3

Və Qur’an oxuyanlara

Verse 4 — Surah As-Saffat 37:4

Həqiqətən, sizin Allahınız birdir

Verse 5 — Surah As-Saffat 37:5

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur

Verse 6 — Surah As-Saffat 37:6

Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz)

Verse 7 — Surah As-Saffat 37:7

(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq

Verse 8 — Surah As-Saffat 37:8

Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar

Verse 9 — Surah As-Saffat 37:9

(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir

Verse 10 — Surah As-Saffat 37:10

Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər

Verse 11 — Surah As-Saffat 37:11

İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? [Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız?] Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq

Verse 12 — Surah As-Saffat 37:12

Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər

Verse 13 — Surah As-Saffat 37:13

Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar

Verse 14 — Surah As-Saffat 37:14

Bir mö’cüzə gördükdə isə ona istehza edərlər

Verse 15 — Surah As-Saffat 37:15

Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir

Verse 16 — Surah As-Saffat 37:16

Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi

Verse 17 — Surah As-Saffat 37:17

Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”

Verse 18 — Surah As-Saffat 37:18

(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz)

Verse 19 — Surah As-Saffat 37:19

O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar

Verse 20 — Surah As-Saffat 37:20

Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”

Verse 21 — Surah As-Saffat 37:21

(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!”

Verse 22 — Surah As-Saffat 37:22

(Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini

Verse 23 — Surah As-Saffat 37:23

Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin

Verse 24 — Surah As-Saffat 37:24

Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”

Verse 25 — Surah As-Saffat 37:25

(Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?”

Verse 26 — Surah As-Saffat 37:26

Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar

Verse 27 — Surah As-Saffat 37:27

Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq

Verse 28 — Surah As-Saffat 37:28

(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)”

Verse 29 — Surah As-Saffat 37:29

(Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız

Verse 30 — Surah As-Saffat 37:30

Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz

Verse 31 — Surah As-Saffat 37:31

Buna görə də Rəbbimizin sözü (əzab və’dəsi) bizim barəmizdə gerçəkləşdi. Biz mütləq (əzabı) dadacağıq

Verse 32 — Surah As-Saffat 37:32

Biz sizi yoldan çıxartdıq, çünki biz özümüz yoldan çıxmış kimsələr idik!”

Verse 33 — Surah As-Saffat 37:33

O gün hamısı əzaba (cəhənnəm oduna yanmağa) şərik olacaqlar

Verse 34 — Surah As-Saffat 37:34

Həqiqətən, Biz günahkarlarla belə rəftar edirik

Verse 35 — Surah As-Saffat 37:35

Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” – deyildiyi zaman təkəbbür göstərirdilər

Verse 36 — Surah As-Saffat 37:36

Və: Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” – deyirdilər

Verse 37 — Surah As-Saffat 37:37

Xeyr, o, haqla (Qur’anla) gəldi və (özündən əvvəlki) peyğəmbərləri təsdiq etdi

Verse 38 — Surah As-Saffat 37:38

Siz (müşriklər) şiddətli əzabı mütləq dadacaqsınız

Verse 39 — Surah As-Saffat 37:39

Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız

Verse 40 — Surah As-Saffat 37:40

Allahın müxlis bəndələri isə müstəsnadırlar (onlara cəza verilməyəcəkdir)

Verse 41 — Surah As-Saffat 37:41

Məhz onlar üçün mə’lum bir ruzi vardır

Verse 42 — Surah As-Saffat 37:42

(Onlar üçün) növbənöv meyvələr vardır. Onlar hörmətə (şərəfə) nail olacaqlar –

Verse 43 — Surah As-Saffat 37:43

Nəim cənnətlərində

Verse 44 — Surah As-Saffat 37:44

Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər

Verse 45 — Surah As-Saffat 37:45

Onlar üçün (cənnət saqiləri tərəfindən adamı kefləndirməyən, behiştdə çay kimi axan) məin (şərab) dolu piyalələr dolandırılacaqdır

Verse 46 — Surah As-Saffat 37:46

Ağappaq, özü də içənlərə ləzzət verən (bir məin)

Verse 47 — Surah As-Saffat 37:47

Onun içində (dünyadakı şərabdan fərqli olaraq) ağlı başdan çıxaran (başağrısı, süstlük verən) heç bir şey yoxdur. Onlar ondan məst də olmazlar

Verse 48 — Surah As-Saffat 37:48

Onların yanında gözəl (irigözlü), baxışları (yalnız ərlərinə) dikilmiş zövcələr olacaqdır

Verse 49 — Surah As-Saffat 37:49

Onlar, sanki örtülü (bağlı, heç bir əl dəyməmiş, qabığı içində təzə-təzə qalmış, ağappaq) yumurtadırlar (yaxud sədəf içində gizlənmiş incidirlər)

Verse 50 — Surah As-Saffat 37:50

Onlar bir-biri ilə (dünyada gördükləri barədə) sorğu-suala (söz-söhbətə) başlayacaqlar

Verse 51 — Surah As-Saffat 37:51

Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi

Verse 52 — Surah As-Saffat 37:52

O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki

Verse 53 — Surah As-Saffat 37:53

Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq (və əməllərimizə görə cəzalandırılacağıq)?”

Verse 54 — Surah As-Saffat 37:54

(Sonra həmin şəxs Cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” (Onlar: “Xeyr”, - deyə cavab verəcəklər)

Verse 55 — Surah As-Saffat 37:55

O özü baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək

Verse 56 — Surah As-Saffat 37:56

Və (ona üz tutub) deyəcəkdir: “Allaha and olsun ki, sən az qala məni (yoldan çıxardıb) məhv edəcəkdin

Verse 57 — Surah As-Saffat 37:57

Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım

Verse 58 — Surah As-Saffat 37:58

Biz artıq ölməyəcəyik, elə deyilmi

Verse 59 — Surah As-Saffat 37:59

(Dünyadakı) ilk ölümümüz istisna olmaqla! Biz, əzad da görməyəcəyik!”

Verse 60 — Surah As-Saffat 37:60

Həqiqətən, bu, böyük qurtuluşdur (uğurdur)

Verse 61 — Surah As-Saffat 37:61

Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar

Verse 62 — Surah As-Saffat 37:62

(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı

Verse 63 — Surah As-Saffat 37:63

Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik

Verse 64 — Surah As-Saffat 37:64

O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar

Verse 65 — Surah As-Saffat 37:65

Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir)

Verse 66 — Surah As-Saffat 37:66

Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar

Verse 67 — Surah As-Saffat 37:67

Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır

Verse 68 — Surah As-Saffat 37:68

Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir

Verse 69 — Surah As-Saffat 37:69

Çünki onlar atalarını (dünyada haqq yoldan) azmış gördülər

Verse 70 — Surah As-Saffat 37:70

Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər

Verse 71 — Surah As-Saffat 37:71

Həqiqətən, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərin (keçmiş ümmətlərin) əksəriyyəti (haqq yoldan) azmışdı

Verse 72 — Surah As-Saffat 37:72

And olsun ki, Biz onlara (Allahın əzabı ilə) qorxudan peyğəmbərlər göndərmişdik

Verse 73 — Surah As-Saffat 37:73

(Ya Rəsulum!) Bir gör o qorxudulanların (lakin düz yola gəlməyənlərin) axırı necə oldu

Verse 74 — Surah As-Saffat 37:74

Yalnız Allahın sadiq bəndələrindən başqa! (Onlara heç bir əzab verilmədi)

Verse 75 — Surah As-Saffat 37:75

Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu

Verse 76 — Surah As-Saffat 37:76

Biz (Nuh qövmünü suda boğub) onu və ailəsini böyük fəlakətdən qurtardıq

Verse 77 — Surah As-Saffat 37:77

Məhz onun nəslini (qiyamətə qədər yer üzündə) baqi etdik

Verse 78 — Surah As-Saffat 37:78

Sonralar gələnlər içərisində onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq

Verse 79 — Surah As-Saffat 37:79

(Onu belə yad edirlər:) “Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun!”

Verse 80 — Surah As-Saffat 37:80

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq

Verse 81 — Surah As-Saffat 37:81

Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi

Verse 82 — Surah As-Saffat 37:82

Sonra başqalarını (Nuha iman gətirməyənləri) suda boğduq

Verse 83 — Surah As-Saffat 37:83

Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (Nuhun firqəsindən) idi

Verse 84 — Surah As-Saffat 37:84

O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi

Verse 85 — Surah As-Saffat 37:85

Həmin vaxt o, atasına və tayfasına belə demişdi: “Siz nəyə ibadət edirsiniz

Verse 86 — Surah As-Saffat 37:86

Allahı qoyub yalançı tanrılarımı istəyirsiniz

Verse 87 — Surah As-Saffat 37:87

Aləmlərin Rəbbi barəsində zənniniz nədir?” (Onun ruzisini yeyib bütlərə tapınırsınız? Məgər bunun cəzasını çəkməyəcəksiniz)

Verse 88 — Surah As-Saffat 37:88

(İbrahim) ulduzlara bir nəzər saldı

Verse 89 — Surah As-Saffat 37:89

Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: “Mən xəstəyəm!”

Verse 90 — Surah As-Saffat 37:90

(İbrahimin yanındakılar xəstəliyin onlara yoluxmasından qorxaraq, həm də o gün qeyd edəcəkləri bayrama tələsərək) ondan üz çevirib getdilər

Verse 91 — Surah As-Saffat 37:91

(İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: “Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz

Verse 92 — Surah As-Saffat 37:92

Sizə nə olub ki, danışmırsınız?”

Verse 93 — Surah As-Saffat 37:93

Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi

Verse 94 — Surah As-Saffat 37:94

(Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi

Verse 95 — Surah As-Saffat 37:95

(İbrahim onlara) dedi: “Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz

Verse 96 — Surah As-Saffat 37:96

Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!”

Verse 97 — Surah As-Saffat 37:97

Onlar dedilər: “Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!”

Verse 98 — Surah As-Saffat 37:98

Onlar onun üçün belə bir hiyə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər)

Verse 99 — Surah As-Saffat 37:99

(İbrahim oddan xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!”

Verse 100 — Surah As-Saffat 37:100

(İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: “Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!”

Verse 101 — Surah As-Saffat 37:101

Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik

Verse 102 — Surah As-Saffat 37:102

O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”

Verse 103 — Surah As-Saffat 37:103

Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman

Verse 104 — Surah As-Saffat 37:104

Biz ona belə xitab etdik: “Ya İbrahim

Verse 105 — Surah As-Saffat 37:105

Artıq sən rö’yanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq

Verse 106 — Surah As-Saffat 37:106

Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi

Verse 107 — Surah As-Saffat 37:107

Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik

Verse 108 — Surah As-Saffat 37:108

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq

Verse 109 — Surah As-Saffat 37:109

(Onu belə yad edirlər:) “İbrahimə salam olsun!”

Verse 110 — Surah As-Saffat 37:110

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq

Verse 111 — Surah As-Saffat 37:111

Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi

Verse 112 — Surah As-Saffat 37:112

Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik

Verse 113 — Surah As-Saffat 37:113

Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də

Verse 114 — Surah As-Saffat 37:114

Biz Musa və Haruna da ne’mət (peyğəmbərlik) bəxş etdik

Verse 115 — Surah As-Saffat 37:115

Onların hər ikisini böyük fəlakətdən (Fir’onun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq

Verse 116 — Surah As-Saffat 37:116

Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər

Verse 117 — Surah As-Saffat 37:117

Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik

Verse 118 — Surah As-Saffat 37:118

Onların hər ikisini doğru yola müvəffəq etdik

Verse 119 — Surah As-Saffat 37:119

Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq

Verse 120 — Surah As-Saffat 37:120

(Onları belə yad edirlər:) “Musaya və Haruna salam olsun!”

Verse 121 — Surah As-Saffat 37:121

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq

Verse 122 — Surah As-Saffat 37:122

Şübhəsiz ki, onların hər ikisi Bizim mö’min bəndələrimizdən idi

Verse 123 — Surah As-Saffat 37:123

Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir

Verse 124 — Surah As-Saffat 37:124

Bir zaman o öz tayfasına belə demişdi: “Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz

Verse 125 — Surah As-Saffat 37:125

Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bə’lə (Bə’l adlı bütə) ibadət edirsiniz

Verse 126 — Surah As-Saffat 37:126

Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?”

Verse 127 — Surah As-Saffat 37:127

Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər

Verse 128 — Surah As-Saffat 37:128

Yalnız Allahın müxlis bəndələrindən başqa

Verse 129 — Surah As-Saffat 37:129

Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq

Verse 130 — Surah As-Saffat 37:130

(Onu belə yad edirlər:) “İlyasinə (İlyasa) salam olsun!”

Verse 131 — Surah As-Saffat 37:131

Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq

Verse 132 — Surah As-Saffat 37:132

Şübhəsiz ki, o Bizim mö’min bəndələrimizdən idi

Verse 133 — Surah As-Saffat 37:133

Həqiqətən, Lut da peyğəmbərlərdəndir

Verse 134 — Surah As-Saffat 37:134

(Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik

Verse 135 — Surah As-Saffat 37:135

Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa

Verse 136 — Surah As-Saffat 37:136

Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik

Verse 137 — Surah As-Saffat 37:137

Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz

Verse 138 — Surah As-Saffat 37:138

Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız

Verse 139 — Surah As-Saffat 37:139

Həqiqətən, Yunis də (Bizim təfəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir

Verse 140 — Surah As-Saffat 37:140

(Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı

Verse 141 — Surah As-Saffat 37:141

(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu)

Verse 142 — Surah As-Saffat 37:142

(Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu

Verse 143 — Surah As-Saffat 37:143

Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı

Verse 144 — Surah As-Saffat 37:144

Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı

Verse 145 — Surah As-Saffat 37:145

Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq

Verse 146 — Surah As-Saffat 37:146

Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik

Verse 147 — Surah As-Saffat 37:147

Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik

Verse 148 — Surah As-Saffat 37:148

Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik

Verse 149 — Surah As-Saffat 37:149

(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”

Verse 150 — Surah As-Saffat 37:150

Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar

Verse 151 — Surah As-Saffat 37:151

Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər

Verse 152 — Surah As-Saffat 37:152

“Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar

Verse 153 — Surah As-Saffat 37:153

Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur

Verse 154 — Surah As-Saffat 37:154

Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz

Verse 155 — Surah As-Saffat 37:155

Heç düşünürsünüz

Verse 156 — Surah As-Saffat 37:156

Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır

Verse 157 — Surah As-Saffat 37:157

Əgər doğru danışırsınızsa, kitabınızı gətirin

Verse 158 — Surah As-Saffat 37:158

(Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər

Verse 159 — Surah As-Saffat 37:159

Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır

Verse 160 — Surah As-Saffat 37:160

Allahın müslis (mö’min) bəndələri isə istisnadır

Verse 161 — Surah As-Saffat 37:161

(Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz

Verse 162 — Surah As-Saffat 37:162

Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz

Verse 163 — Surah As-Saffat 37:163

Yalnız Cəhənnəmə girəcək kimsədən başqa

Verse 164 — Surah As-Saffat 37:164

(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi:) “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın

Verse 165 — Surah As-Saffat 37:165

Həqiqətən, biz səf-səf dururuq

Verse 166 — Surah As-Saffat 37:166

Və (Allahı) təqdis edib şə’ninə tə’riflər deyirik

Verse 167 — Surah As-Saffat 37:167

(Məkkə müşrikləri) tə’kidlə belə deyirdilər

Verse 168 — Surah As-Saffat 37:168

“Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi

Verse 169 — Surah As-Saffat 37:169

Biz də mütləq Allahın müxlis bəndələri olardıq!”

Verse 170 — Surah As-Saffat 37:170

Amma onu (Qur’anı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər

Verse 171 — Surah As-Saffat 37:171

And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi

Verse 172 — Surah As-Saffat 37:172

“Onlar mütləq qalib gələcəklər

Verse 173 — Surah As-Saffat 37:173

Bizim əsgərlərimiz (mö’minlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!”

Verse 174 — Surah As-Saffat 37:174

(Ya Peyğəmbər!) Sən bir müddət (Bədr vuruşuna, yaxud Məkkənin fəthinədək) onlardan üz çevir

Verse 175 — Surah As-Saffat 37:175

Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər

Verse 176 — Surah As-Saffat 37:176

Onlar əzabımızın tezliklə gəlməsini istəyirlər

Verse 177 — Surah As-Saffat 37:177

(O əzab) onlara yetişdikdə (evlərində ikən başlarının üstünü aldıqda) qorxudulanların (lakin yola gəlməyənlərin) sabahı necə də pis olacaq

Verse 178 — Surah As-Saffat 37:178

(Ya Peyğəmbər!) Sən onlardan bir müddət üz çevir

Verse 179 — Surah As-Saffat 37:179

Və (kənardan) onlara bax! Onlar mütləq (küfrlərinin aqibətini) görəcəklər

Verse 180 — Surah As-Saffat 37:180

Sənin Rəbbin – yenilməz qüvvət sahibi (mülkündə hər şeyə qalib) olan Rəbbin (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır

Verse 181 — Surah As-Saffat 37:181

Peyğəmbərlərə salam olsun

Verse 182 — Surah As-Saffat 37:182

Aləmlərin Rəbbi olan Allaha həmd olsun