Back to Languages

Azerbaijani - Chapter 40 - Ghafir

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Ghafir 40:1

Verse 2 — Surah Ghafir 40:2

Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır

Verse 3 — Surah Ghafir 40:3

Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır

Verse 4 — Surah Ghafir 40:4

Allahın ayələri barəsində ancaq kafirlər mübahisə edər. (Ya Peyğəmbər!) Onların (indi) şəhərlərdə gəzib-dolaşmaları (ticarətdən böyük mənfəət əldə etmələri, cah-calal içində yaşamaları) səni aldatmasın! (Son mənzilləri mütləq Cəhənnəmdir)

Verse 5 — Surah Ghafir 40:5

Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də (Ad, Səmud tayfaları və başqaları peyğəmbərlərini) təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa (tutub öldürməyə) cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. (Ya Peyğəmbər! Bir görəydin) Mənim cəzam necə oldu

Verse 6 — Surah Ghafir 40:6

Küfr edənlərin cəhənnəmlik oduna dair sənin Rəbbinin sözü (hökmü) belə gerçəkləşdi

Verse 7 — Surah Ghafir 40:7

Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və mö’minlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru

Verse 8 — Surah Ghafir 40:8

Ey Rəbbimiz! Onları da, atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları da özlərinə və’d buyurduğun Ədn cənətlərinə daxil et. Şübhəsiz ki, Sən yenilməz qüvvət, hikmət sahibisən

Verse 9 — Surah Ghafir 40:9

Onları pisliklərdən (tövbədən qabaq etdikləri pis əməllərinin cəzasından) qoru. O gün (qiyamət günü) pisliklərdən kimi qorusan, şübhəsiz ki, ona rəhm etmiş olursan. Ən böyük qurtuluş (uğur) budur!”

Verse 10 — Surah Ghafir 40:10

Küfr edənlərə (qiyamət günü Cəhənnəmə daxil olduqda) belə müraciət ediləcəkdir: “Allahın nifrəti sizin (dünyadakı pis əməllərinizə görə bu gün) özünüzə (və ya bir-birinizə) olan nifrətinizdən daha böyükdür. Çünki siz imana də’vət olunduğunuz zaman öz küfrünüzdə davam edib dururdunuz!”

Verse 11 — Surah Ghafir 40:11

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb, iki dəfə diriltdin (əvvəlcə atalarımızın belində ölü vəziyyətində olduğumuz ikən bizi dünyaya gətirdin. Bir müddət dünyada yaşatdıqdan sonra öldürdün və indi, qiyamət günü yenidən diriltdin). Biz öz günahlarımızı e’tiraf etdik. İndi (buradan) çıxmağa bir yol varmıdır?”

Verse 12 — Surah Ghafir 40:12

(Onlara belə cavab veriləcəkdir:) “Bu (əzab) ona görədir ki, (dünyada) yalnız Allah çağırıldığı (Allahdan başqa heç bir tanrı yoxdur deyildiyi) zaman inkar edir, Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm (hər şeydən) uca, böyük olan Allahındır!”

Verse 13 — Surah Ghafir 40:13

Sizə ayələrini (mö’cüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar

Verse 14 — Surah Ghafir 40:14

(Ey mö’minlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin

Verse 15 — Surah Ghafir 40:15

Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və mö’minlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun

Verse 16 — Surah Ghafir 40:16

Elə bir gün ki, onlar (bütün insanlar qəbirlərindən) çıxacaq, onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Allah buyuracaq:) “Bu gün hökm kimindir?” (Heç kəsin qımıldanmağa belə cür’əti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), (qüdrətilə hər şeyə) qalib olan Allahındır!”

Verse 17 — Surah Ghafir 40:17

Bu gün hər kəs öz əməlinə görə cəzalandırılacaqdır. Bu gün heç bir zülm (haqsızlıq) ola bilməz. Allah tez haqq-hesab çəkəndir

Verse 18 — Surah Ghafir 40:18

(Ya Peyğəmbər!) Onları (hövldən) ürəklərin ağıza gələcəyi (udquna belə biməyəcəkləri və ya ürəkləri qəm-qüssə ilə dolacağı) yaxın günlə (qiyamət günü ilə) qorxut. (O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar

Verse 19 — Surah Ghafir 40:19

Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir

Verse 20 — Surah Ghafir 40:20

Allah (qiyamət günü) ədalətlə hökm edər. Ondan (Allahdan) başqa ibadət etdikləri (bütlər) isə heç bir şey hökm edə bilməzlər. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir

Verse 21 — Surah Ghafir 40:21

Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan (Allahın əzabından) qoruyan bir kimsə tapılmadı

Verse 22 — Surah Ghafir 40:22

Bu (əzab) ona görə idi ki, peyğəmbərləri onlara açıq-aydın mö’cüzələr gətirmiş, onlar isə (peyğəmbərləri) inkar etmişdilər. Buna görə də Allah onları məhv etdi. Həqiqətən, Allah qüvvətlidir, cəzası şiddətlidir

Verse 23 — Surah Ghafir 40:23

Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik

Verse 24 — Surah Ghafir 40:24

Fir’onun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər

Verse 25 — Surah Ghafir 40:25

(Musa) onların yanına dərgahımızdan haqq ilə (həqiqi dinlə, mö’cüzələrlə) gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin (yəhudilərin) oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar

Verse 26 — Surah Ghafir 40:26

Fir’on dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”

Verse 27 — Surah Ghafir 40:27

Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”

Verse 28 — Surah Ghafir 40:28

Fir’on ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar mö’cüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz

Verse 29 — Surah Ghafir 40:29

Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə (Misir torpağında İsrail oğullarına) qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Fir’on dedi: “Mən sizə ancaq münasib gördüyüm rə’yimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm (Musanı öldürməkdən başqa ayrı çarə yoxdur)!”

Verse 30 — Surah Ghafir 40:30

O mö’min adam dedi: “Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram

Verse 31 — Surah Ghafir 40:31

Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! (Allah Öz qullarına onlar günah etmədən cəza verməz, günahı olanları da cəzasız buraxmaz)

Verse 32 — Surah Ghafir 40:32

Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram

Verse 33 — Surah Ghafir 40:33

(Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan (Allahın əzabından) qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!”

Verse 34 — Surah Ghafir 40:34

And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər (mö’cüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar

Verse 35 — Surah Ghafir 40:35

O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımin ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər

Verse 36 — Surah Ghafir 40:36

Fir’on (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim –

Verse 37 — Surah Ghafir 40:37

Göylərin yollarına (yetişim) və Musanın Allahını görüm (Ona vaqif olum). Doğrusu, mən onu yalançı sayıram!” Fir’ona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fir’onun hiyləsi ancaq boşa çıxdı. (Fir’on xeyli xərc çəkib uca bir bina tikdirdi. Musanı təkzib etmək üçün cürbəcür vasitələrə əl atdı, lakin bunların hamısı hədər getdi. O, Musaya heç bir şey edə bilmədi)

Verse 38 — Surah Ghafir 40:38

O mö’min adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım

Verse 39 — Surah Ghafir 40:39

Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir (fanidir), axirət isə əbədi yurddur

Verse 40 — Surah Ghafir 40:40

Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mö’min ikən bir yaxşılıq etsə, belələri Cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar

Verse 41 — Surah Ghafir 40:41

Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata də’vət etdiyim halda, siz məni Cəhənnəmə (cəhənnəm oduna) də’vət edirsiniz

Verse 42 — Surah Ghafir 40:42

Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi (hər şeyə qalib) yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha (ibadət etməyə) çağırıram

Verse 43 — Surah Ghafir 40:43

Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız bütlərin) nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər

Verse 44 — Surah Ghafir 40:44

(Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!”

Verse 45 — Surah Ghafir 40:45

Beləliklə, Allah onu (o mö’min şəxsi) onların qurduğu hiylələrin şərindən qorudu. Fir’on əhlini isə şiddətli əzab sardı (suya qərq oldular)

Verse 46 — Surah Ghafir 40:46

Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Fir’on əhlini ən şiddətli əzaba salın!”

Verse 47 — Surah Ghafir 40:47

O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər (tabe olanlar) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz (dünyada) sizə tabe idik. İndi siz cəhənnəm odunun (azacıq da olsa) bir hissəsini bizdən dəf edə bilərsinizmi?!”

Verse 48 — Surah Ghafir 40:48

Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız oradayıq (cəhənnəm odundayıq). Allah artıq Öz bəndələri arasında (lazımi) hökmünü vermişdir! (Buna heç bir çarə yoxdur!)”

Verse 49 — Surah Ghafir 40:49

Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!”

Verse 50 — Surah Ghafir 40:50

(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar mö’cüzələr gətirməmişdilər?” Onlar: “Bəli (gətirmişdilər)!” – deyə cavab verəcəklər. (Cəhənnəm gözətçiləri onlara:) “Elə isə özünüz dua edin!” – deyəcəklər. Kafirlərin duası isə boş şeydir (heç vaxt qəbul olunmaz)

Verse 51 — Surah Ghafir 40:51

Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şahidlərin şəhadət verəcəyi gündə (qiyamət günündə) yardım edəcəyik

Verse 52 — Surah Ghafir 40:52

Elə bir gün ki, zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəkdir. (O gün) onları lə’nət və axirət yurdunun pis əzabı gözləyir

Verse 53 — Surah Ghafir 40:53

And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (Tövrat) verdik və İsrail oğullarını kitaba varis etdik

Verse 54 — Surah Ghafir 40:54

Ağıl sahiblərinə hidayət və öyüd-nəsihət olsun deyə

Verse 55 — Surah Ghafir 40:55

(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və mö’minlərə verdiyi zəfər) və’di haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl)

Verse 56 — Surah Ghafir 40:56

Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir

Verse 57 — Surah Ghafir 40:57

Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz

Verse 58 — Surah Ghafir 40:58

Korla görən, iman gətirib yaxşı əməllər edənlərlə pislik edən eyni olmaz. Nə az düşünürsünüz

Verse 59 — Surah Ghafir 40:59

O, saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların çoxu (buna) inanmaz

Verse 60 — Surah Ghafir 40:60

Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər

Verse 61 — Surah Ghafir 40:61

Sizin dincəlməyiniz üçün gecəni (qaranlıq) və (ruzi qazanmağınız, əlləşib vuruşmağınız üçün) gündüzü işıqlı yaradan Allahdır. Allah insanlara lütfkardır, lakin insanların çoxu (Onun lütfünə) şükür etməz

Verse 62 — Surah Ghafir 40:62

Bu sizin Rəbbiniz, hər şeyin xaliqi olan Allahdır. Ondan başqa heç bir tanrı yoxudur! Siz necə (aldanılıb haqdan) döndərilirsiniz? (Ondan necə dönürsünüz)

Verse 63 — Surah Ghafir 40:63

Yalnız Allahın ayələrini inkar edənlər (haqdan) belə döndərilərlər

Verse 64 — Surah Ghafir 40:64

Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) ne’mətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər uludur)! (Ucalardan ucadır, xeyir-bərəkəti bol və daimidir)

Verse 65 — Surah Ghafir 40:65

Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun

Verse 66 — Surah Ghafir 40:66

(Ya Peyğəmbər!) De: “Rəbbimdən mənə açıq-aşkar dəlillər gəldiyi zaman sizin Allahdan qeyri tapındıqlarınıza (bütlərə) ibadət etmək mənə qadağan olunmuş, ancaq aləmlərin Rəbbinə təslim olmaq buyurulmuşdur!”

Verse 67 — Surah Ghafir 40:67

Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir

Verse 68 — Surah Ghafir 40:68

Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar

Verse 69 — Surah Ghafir 40:69

(Ya Peyğəmbər!) Allahın ayələri barəsində mübahisə edənləri görmürsənmi? Onlar necə də (haqdan) döndərilirlər

Verse 70 — Surah Ghafir 40:70

Kitabı (Qur’anı) və peyğəmbərlərimizə göndərdiklərimizi (vəhyi, mö’cüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara mə’ruz qalacaqlarını) mütləq biləcəklər

Verse 71 — Surah Ghafir 40:71

O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər

Verse 72 — Surah Ghafir 40:72

Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar

Verse 73 — Surah Ghafir 40:73

Sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz –

Verse 74 — Surah Ghafir 40:74

Allahdan qeyri?!” (Müşriklər) deyəcəklər: “Onlar bizdən qeyb oldular. Xeyr, biz əslində öncə (dünyada) heç nəyə ibadət etmirdik!” Allah (haqq yoldan) kafirləri belə azdırar

Verse 75 — Surah Ghafir 40:75

(Onlara belə deyiləcəkdir:) “Bu (əzab) sizin yer üzündə nahaq yerə sevinməyinizə və təkəbbürlənməyinizə görədir

Verse 76 — Surah Ghafir 40:76

Girin cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” Təkəbbürlülərin sığınacağı necə də pisdir

Verse 77 — Surah Ghafir 40:77

(Ya Peyğəmbər! Müşriklərin əziyyətlərinə) səbr et. Allahın (sənə və mö’minlərə verdiyi zəfər) və’di haqdır. Ya onlara və’d etdiyimizin (əzabın) bir qismini (diri ikən) sənə göstərəcək, ya da səni Öz dərgahımıza aparacağıq. Onlar Bizim hüzurumuza qaytarılıb gətiriləcəklər! (Qiyamət günü dünyadakı əməllərinə görə şiddətli əzaba düçar olacaqlar)

Verse 78 — Surah Ghafir 40:78

Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğmbər Allahın izni olmadan bir mö’cüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər və onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar

Verse 79 — Surah Ghafir 40:79

Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. Onlardan yedikləriniz də var

Verse 80 — Surah Ghafir 40:80

Sizin üçün onlardan daha neçə-neçə mənfəətlər vardır (dərilərindən çadır qurur, yunlarından paltar, yorğan-döşək düzəldirsiniz). Ürəyinizdən keçən bir arzuya onları minməklə yetişirsiniz (onları minib istədiyiniz yerə gedirsiniz). (Quruda bir yerdən başqa yerə) onların üstündə, (suda isə) gəmilərdə daşınırsınız

Verse 81 — Surah Ghafir 40:81

O isə Öz ayələrini (qüdrət nişanələrini) göstərir. Allahın ayələrinin hansını inkar edə bilərsiniz

Verse 82 — Surah Ghafir 40:82

Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə olduğunu görmürlərmi? Onlar (sayca) bunlardan daha çox, daha qüvvətli, yer üzündə daha çox iz qoymuş kimsələr idi. Qazandıqları (dünya malı) onlara bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi)

Verse 83 — Surah Ghafir 40:83

Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirdikdə özlərində olan elmə sevindilər, onlara (kafirlərə) isə məsxərəyə qoyduqları əzab yetişdi. (Və ya: peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəldikləri zaman onlar öz biliklərinə - batil əqidə və fəlsəfələrinə, ticarətdən mənfəət əldə edə bilmək bacarıqlarına – qürrələndilər. Kafirləri istehza etdikləri əzab sardı)

Verse 84 — Surah Ghafir 40:84

Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik!”

Verse 85 — Surah Ghafir 40:85

Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)