Back to Languages

Azerbaijani - Chapter 43 - Az-Zukhruf

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Az-Zukhruf 43:1

Verse 2 — Surah Az-Zukhruf 43:2

(Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki

Verse 3 — Surah Az-Zukhruf 43:3

Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik

Verse 4 — Surah Az-Zukhruf 43:4

Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir)

Verse 5 — Surah Az-Zukhruf 43:5

Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Qur’anı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Qur’anla sizə öyüd-nəsihət verməməliyikmi)

Verse 6 — Surah Az-Zukhruf 43:6

Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik

Verse 7 — Surah Az-Zukhruf 43:7

Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər

Verse 8 — Surah Az-Zukhruf 43:8

Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Qur’anda neçə yerdə) nəql olunub keçmişdir (bu müşrikləri də belə bir cəza gözləyir)

Verse 9 — Surah Az-Zukhruf 43:9

Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər

Verse 10 — Surah Az-Zukhruf 43:10

O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı

Verse 11 — Surah Az-Zukhruf 43:11

O Allah ki, göydən bir qədər (sizin ehtiyacınızı ödəyə biləcək miqdarda) su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız

Verse 12 — Surah Az-Zukhruf 43:12

Və O Allah ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı

Verse 13 — Surah Az-Zukhruf 43:13

Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin ne’mətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! (Əgər Allahın köməyi olmasaydı) bizim onlara gücümüz çatmazdı

Verse 14 — Surah Az-Zukhruf 43:14

Həqiqətən, biz (öləndən sonra) Rəbbimizin hüzuruna qayıdacağıq!”

Verse 15 — Surah Az-Zukhruf 43:15

Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın ne’mətlərinə) açıq-aşkar naşükürdür

Verse 16 — Surah Az-Zukhruf 43:16

Yoxsa O, yaratdıqlarından qızları Özünə övlad götürüb oğlanları sizə məxsus etdi

Verse 17 — Surah Az-Zukhruf 43:17

Onlardan birinə Rəhmana (Allaha) isnad etdikləri (qız uşağı) ilə müjdə versən, qəzəbdən (hüzndən) boğularaq üzləri qapqara qaralar

Verse 18 — Surah Az-Zukhruf 43:18

Onlar bərbəzək içində böyüdülüb, mübahisə (çəkişmə) zamanı bir dəlil gətirə bilməyən (xilqətcə zəif) qızlarını Allaha övlad isnad edirlər

Verse 19 — Surah Az-Zukhruf 43:19

Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar

Verse 20 — Surah Az-Zukhruf 43:20

Onlar dedilər: “Əgər Rəhman istəsəydi, biz onlara (mələklərə) ibadət etməzdik!” Onların (dedikləri sözün həqiqətə nə qədər uyğun olması barədə) heç bir biliyi yoxdur. Onlar ancaq yalan danışarlar

Verse 21 — Surah Az-Zukhruf 43:21

Yoxsa onlara bundan (bu Qur’andan) əvvəl bir kitab vermişik və onlar (Allahdan başqasına ibadət etməyin mümkünlüyü barəsində) ona istinad edirlər

Verse 22 — Surah Az-Zukhruf 43:22

Xeyr (belə bir şey yoxdur). Onlar: “Biz atalarımızı bir din üzərində (bütpərəstlikdə) gördük və biz də onların ardınca getdik!” – deyirlər

Verse 23 — Surah Az-Zukhruf 43:23

(Ya Rəsulum!) Biz səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-ne’mət içində yaşayan böyükləri (valıları) sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də (təqlidlə) onların ardınca getməkdəyik!” – dedilər

Verse 24 — Surah Az-Zukhruf 43:24

(Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri (şəriəti, mö’cüzələri) inkar edirik!” – deyə cavab verdilər

Verse 25 — Surah Az-Zukhruf 43:25

Buna görə də Biz onlardan intiqam aldıq. (Ya Rəsulum!) Bir gör (peyğəmbərləri) yalançı sayanların axırı necə oldu

Verse 26 — Surah Az-Zukhruf 43:26

Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam

Verse 27 — Surah Az-Zukhruf 43:27

Yalnız məni yoxdan yaradan (Allahdan) başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcəkdir!”

Verse 28 — Surah Az-Zukhruf 43:28

(İbrahim) onu (la ilahə illallah kəlməsini) öz nəsli arasında həmişəlik qalan bir söz etdi. Bəlkə, (Məkkə müşrikləri bütpərəstlikdən əl çəkib babaları İbrahimin dininə) qayıdalar

Verse 29 — Surah Az-Zukhruf 43:29

Xeyr, Mən onlara da, atalarına da özlərinə haqq (Qur’an) və (həqiqəti, şəriət hökmlərini) bəyan edən bir peyğəmbər gələnədək gün-güzəran verdim

Verse 30 — Surah Az-Zukhruf 43:30

Onlara haqq (olan Qur’an) gəldikdə: “Bu sehrdir, biz onu inkar edirik!” – dedilər

Verse 31 — Surah Az-Zukhruf 43:31

Onlar dedilər: “Məgər bu Qur’an iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məs’uda) nazil edilməli deyildimi?”

Verse 32 — Surah Az-Zukhruf 43:32

(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bə’zilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır

Verse 33 — Surah Az-Zukhruf 43:33

Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik

Verse 34 — Surah Az-Zukhruf 43:34

Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik)

Verse 35 — Surah Az-Zukhruf 43:35

Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündur

Verse 36 — Surah Az-Zukhruf 43:36

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar

Verse 37 — Surah Az-Zukhruf 43:37

(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər

Verse 38 — Surah Az-Zukhruf 43:38

Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”

Verse 39 — Surah Az-Zukhruf 43:39

Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm (küfr) etdiyinizə görə əzaba da ortaqsınız

Verse 40 — Surah Az-Zukhruf 43:40

(Ya Peyğəmbər!) Məgər sən karlara (sözmü) eşitdirə bilərsən?! Yaxud korları, haqq yoldan açıq-aşkar azanları doğru yolamı yönəldə bilərsən

Verse 41 — Surah Az-Zukhruf 43:41

Əgər Biz səni (onlara əzab verməmişdən əvvəl Öz dərgahımıza) götürüb aparsaq, (bil ki, qiyamət günü) onlardan mütləq intiqam alacağıq

Verse 42 — Surah Az-Zukhruf 43:42

Yaxud (sən həyatda ikən) onlara və’d etdiyimizi (əzabı) göstərəcəyik. Həqiqətən, Biz onlara (əzab verməyə) qadirik

Verse 43 — Surah Az-Zukhruf 43:43

Buna görə də sən özünə vəhy olunandan (Qur’andan) yapış. Həqiqətən, sən düz yoldasan

Verse 44 — Surah Az-Zukhruf 43:44

Şübhəsiz ki, o (Qur’an) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız

Verse 45 — Surah Az-Zukhruf 43:45

Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis mö’minlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”

Verse 46 — Surah Az-Zukhruf 43:46

Biz Musanı Öz mö’cüzələrimizlə Fir’on və onun ə’yan-əşrafının yanına göndərmişdik. O demişdi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!”

Verse 47 — Surah Az-Zukhruf 43:47

(Musa) mö’cüzələrimizi onlara gətirər-gətirməz onlar bu mö’cüzələrə lağ edib gülmüşdülər

Verse 48 — Surah Az-Zukhruf 43:48

Onlara bir-birindən böyük olan mö’cüzələr göstərdik, onları əzabla yaxaladıq (cürbəcür müsibətlərə düçar etdik) ki, bəlkə, (haqq yola) qayıdalar

Verse 49 — Surah Az-Zukhruf 43:49

Onlar dedilər: “Ey sehrbaz! (Dualarını qəbul edəcəyi barədə) səninlə olan əhdi hörmətinə Rəbbinə bizdən ötrü dua et (ki, bizi bəladan qurtarsın). Biz mütləq doğru yola gələcəyik!”

Verse 50 — Surah Az-Zukhruf 43:50

Biz onları əzabdan qurtaran kimi sözlərindən döndülər

Verse 51 — Surah Az-Zukhruf 43:51

Fir’on öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər (mənim qüdrətimi) görmürsünüzmü

Verse 52 — Surah Az-Zukhruf 43:52

Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü belə) aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi

Verse 53 — Surah Az-Zukhruf 43:53

(Əgər o, doğrudan da, peyğəmbərdirsə) onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca (peyğəmbərliyini təsdiq edən) mələklər gəlməli deyildimi?!”

Verse 54 — Surah Az-Zukhruf 43:54

Beləliklə, (Fir’on) öz qövmünü yelbeyin (yüngül) yerinə qodu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər

Verse 55 — Surah Az-Zukhruf 43:55

(Fir’on əhli) Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (suya) qərq etdik

Verse 56 — Surah Az-Zukhruf 43:56

Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik

Verse 57 — Surah Az-Zukhruf 43:57

(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər)

Verse 58 — Surah Az-Zukhruf 43:58

Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər

Verse 59 — Surah Az-Zukhruf 43:59

O (Məryəm oğlu İsa) ancaq ne’mət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir

Verse 60 — Surah Az-Zukhruf 43:60

Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər)

Verse 61 — Surah Az-Zukhruf 43:61

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur

Verse 62 — Surah Az-Zukhruf 43:62

Şeytan sizi yoldan çıxartmasın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir

Verse 63 — Surah Az-Zukhruf 43:63

İsa açıq-aşkar mö’cüzələrlə gəldiyi zaman dedi: “Həqiqətən, mən sizə hikmət gətirmişəm, həm də ixtilafda olduğunuz bə’zi şeyləri (Tövratdakı bir sıra dini hökmləri) izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin

Verse 64 — Surah Az-Zukhruf 43:64

Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”

Verse 65 — Surah Az-Zukhruf 43:65

Amma onların içərisindən çıxan firqələr arasında ixtilaf düşdü (xaçpərəstlər: “İsa Allahın oğludur!” – dedilər, yəhudilər isə onun peyğəmbərliyini büsbütün inkar etdilər). Acı bir günün (qiyamət gününün) əzabından vay o zülm edənlərin halına

Verse 66 — Surah Az-Zukhruf 43:66

Onlar özləri də bilmədən qəfildən başlarının üstünü alacaq o saatdan (qiyamət saatından) başqa bir şeymi gözləyirlər

Verse 67 — Surah Az-Zukhruf 43:67

Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər

Verse 68 — Surah Az-Zukhruf 43:68

(Müttəqilərə belə deyiləcəkdir:) “Ey bəndələrim, bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə də görməyəcəksiniz

Verse 69 — Surah Az-Zukhruf 43:69

O bəndələr ki, ayələrimizə iman gətirib (Bizə) təslim olmuşlar

Verse 70 — Surah Az-Zukhruf 43:70

Siz də, zövcələriniz də sevinc içində Cənnətə daxil olun!”

Verse 71 — Surah Az-Zukhruf 43:71

(Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız

Verse 72 — Surah Az-Zukhruf 43:72

Bu sizin (dünyada) etdiyiniz (yaxşı) əməllər müqabilində varis olduğunuz Cənnətdir

Verse 73 — Surah Az-Zukhruf 43:73

Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz

Verse 74 — Surah Az-Zukhruf 43:74

Günahkarlar (kafirlər) isə, şübhəsiz ki, əbədi olaraq cəhənnəm əzabı içində qalacaqlar

Verse 75 — Surah Az-Zukhruf 43:75

Onlardan (bu əzab) yüngülləşdirilməyəcəkdir; onlar orada əllərini hər şeydən üzmüş olacaqlar

Verse 76 — Surah Az-Zukhruf 43:76

Biz onlara zülm etmədik, amma onlar özləri zalım idilər (öz-özlərinə zülm etdilər)

Verse 77 — Surah Az-Zukhruf 43:77

Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!” – deyə cavab verəcəkdir

Verse 78 — Surah Az-Zukhruf 43:78

(Allah Cəhənnəmdə olan Məkkə müşriklərinə buyuracaqdır:) “Biz sizə haqqı gətirmişdik, lakin sizin əksəriyyətiniz haqqı xoşlamırdı”

Verse 79 — Surah Az-Zukhruf 43:79

Yoxsa onlar (Peyğəmbərə hiylə qurmaqla) düzgün iş görmüşdülər?! Elə isə Biz də (onlara əzab verməklə) düzgün iş görürük

Verse 80 — Surah Az-Zukhruf 43:80

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar

Verse 81 — Surah Az-Zukhruf 43:81

(Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram

Verse 82 — Surah Az-Zukhruf 43:82

Göylərin və yerin Rəbbi, ərşin Rəbbi (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!”

Verse 83 — Surah Az-Zukhruf 43:83

(Ya Peyğəmbər!) Qoy onlar və’d olunduqları günə (qiyamət gününə) qovuşana qədər (bihudə işlərə) qurşanaraq (dünyada özləri üçün) oynayıb əylənsinlər

Verse 84 — Surah Az-Zukhruf 43:84

Göydə də tanrı, yerdə də tanrı Odur. O, hikmət sahibidir, (hər şeyi) biləndir

Verse 85 — Surah Az-Zukhruf 43:85

Göylərin və yerin, onların arasındakı hər şeyin ixtiyarı əlində olan (Allah) nə qədər ucadır (nə qədər uludur)! O saatı (qiyamətin nə vaxt qopacağını) bilmək Ona məxsusdur. Siz (öləndən sonra) Onun hüzuruna qaytarılıb gətiriləcəksiniz

Verse 86 — Surah Az-Zukhruf 43:86

(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar)

Verse 87 — Surah Az-Zukhruf 43:87

And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər

Verse 88 — Surah Az-Zukhruf 43:88

Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda mə’lumdur)

Verse 89 — Surah Az-Zukhruf 43:89

(Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) “Salam!” de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər