Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 44 - Ad-Dukhan
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Ad-Dukhan 44:1
Verse 2 — Surah Ad-Dukhan 44:2
(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki
Verse 3 — Surah Ad-Dukhan 44:3
Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq
Verse 4 — Surah Ad-Dukhan 44:4
Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur –
Verse 5 — Surah Ad-Dukhan 44:5
Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk –
Verse 6 — Surah Ad-Dukhan 44:6
Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir
Verse 7 — Surah Ad-Dukhan 44:7
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)
Verse 8 — Surah Ad-Dukhan 44:8
Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir
Verse 9 — Surah Ad-Dukhan 44:9
Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər)
Verse 10 — Surah Ad-Dukhan 44:10
(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər)
Verse 11 — Surah Ad-Dukhan 44:11
(Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar)
Verse 12 — Surah Ad-Dukhan 44:12
(Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!” (Məkkə müşriklərinin bu yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı)
Verse 13 — Surah Ad-Dukhan 44:13
Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi
Verse 14 — Surah Ad-Dukhan 44:14
Onlar isə ondan üz çevirib belə dedilər: “(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)”
Verse 15 — Surah Ad-Dukhan 44:15
Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız
Verse 16 — Surah Ad-Dukhan 44:16
Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq
Verse 17 — Surah Ad-Dukhan 44:17
And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi
Verse 18 — Surah Ad-Dukhan 44:18
(O demişdi:) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm
Verse 19 — Surah Ad-Dukhan 44:19
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!”
Verse 20 — Surah Ad-Dukhan 44:20
(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi:) “Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram
Verse 21 — Surah Ad-Dukhan 44:21
Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!”
Verse 22 — Surah Ad-Dukhan 44:22
Sonra (Musa) Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür! (Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)”
Verse 23 — Surah Ad-Dukhan 44:23
(Allah buyurdu:) “Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. Siz (Fir’on və onun qövmü tərəfindən) tə’qib olunacaqsınız
Verse 24 — Surah Ad-Dukhan 44:24
Dənizi də açıq (və sakit) burax! (Dəryanı – Nil çayını keçdikdən sonra əsanı suya vurub orada açılmış yolları bağlama. Qoy Fir’on və qoşunu dəryada yollar açıldığını görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!”
Verse 25 — Surah Ad-Dukhan 44:25
(Fir’onun bütün ə’yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər
Verse 26 — Surah Ad-Dukhan 44:26
Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər)
Verse 27 — Surah Ad-Dukhan 44:27
Və zövq aldıqları neçə-neçə ne’mətlər (tərk etdilər)
Verse 28 — Surah Ad-Dukhan 44:28
(Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik
Verse 29 — Surah Ad-Dukhan 44:29
Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi)
Verse 30 — Surah Ad-Dukhan 44:30
İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq
Verse 31 — Surah Ad-Dukhan 44:31
Fir’ondan (xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi
Verse 32 — Surah Ad-Dukhan 44:32
And olsun ki, Biz onları (İsrail övladını) Özümüz bilə-bilə aləmlərdən (bir hikməti-ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq
Verse 33 — Surah Ad-Dukhan 44:33
Onlara (özlərini necə aparacaqlarını bilmək üçün) hər biri açıq-aşkar bir imtahan olan mö’cüzələr (dənizin yarılması, bildirçin əti, qüdrət halvası və s.) verdik
Verse 34 — Surah Ad-Dukhan 44:34
(Ya Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər
Verse 35 — Surah Ad-Dukhan 44:35
“Bu (ölüm) elə bizim ilk (və son) ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik
Verse 36 — Surah Ad-Dukhan 44:36
Əgər (öləndən sonra Allahın bizi dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq ölmüş) atalarımızı (dirildib) gətirin görək!”
Verse 37 — Surah Ad-Dukhan 44:37
(Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən padşahlarından Tövrata inanan Əbu Kərb Əs’ədin) Tübbə’ qövmü, yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv etdik
Verse 38 — Surah Ad-Dukhan 44:38
Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq
Verse 39 — Surah Ad-Dukhan 44:39
Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz
Verse 40 — Surah Ad-Dukhan 44:40
Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mö’mini kafirdən) ayırd etmə günü onların hamısının (bir yerdə olma) vaxtıdır
Verse 41 — Surah Ad-Dukhan 44:41
O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! (Heç kəs heç kəsdən Allahın əzabını dəf edə bilməz)
Verse 42 — Surah Ad-Dukhan 44:42
Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir
Verse 43 — Surah Ad-Dukhan 44:43
Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı
Verse 44 — Surah Ad-Dukhan 44:44
Günahkar (kafir) kimsənin yeməyidir
Verse 45 — Surah Ad-Dukhan 44:45
O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar
Verse 46 — Surah Ad-Dukhan 44:46
Qaynar su qaynayan kimi
Verse 47 — Surah Ad-Dukhan 44:47
(Allah əzab mələklərinə buyurar:) “Onu tutub Cəhənnəmin tən ortasına sürüyün
Verse 48 — Surah Ad-Dukhan 44:48
Sonra başına əzab olaraq qaynar su tökün
Verse 49 — Surah Ad-Dukhan 44:49
(Və ona belə deyin:) “(Bu əzabı) bir dad görək! Sən ki (öz aləmində) çox qüvvətli, möhtərəm bir şəxs idin!”
Verse 50 — Surah Ad-Dukhan 44:50
Bu, (dünyada ikən) şəkk etdiyiniz (əzabdır)
Verse 51 — Surah Ad-Dukhan 44:51
Müttəqilər isə qorxusuz-xətərsiz bir yerdə
Verse 52 — Surah Ad-Dukhan 44:52
Bağçalarda və bulaqlar başında olacaqlar
Verse 53 — Surah Ad-Dukhan 44:53
Taftadan və atlazdan (nazik və qalın ipdən) libaslar geyib qarşı-qarşıya əyləşəcəklər
Verse 54 — Surah Ad-Dukhan 44:54
(Mö’minlərin Cənnətdəki əhvalı) belədir. Hələ onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik
Verse 55 — Surah Ad-Dukhan 44:55
Onlar orada (cənnət ne’mətlərinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər
Verse 56 — Surah Ad-Dukhan 44:56
Onlar orada ilk (dünyadakı) ölümdən başqa heç bir ölüm dadmayacaqlar! (Allah) onları cəhənnəm əzabından qorumuşdur
Verse 57 — Surah Ad-Dukhan 44:57
Sənin Rəbbindən bir lütf olaraq (ya Peyğəmbər!) Bu, böyük qurtuluşdur (uğurdur)
Verse 58 — Surah Ad-Dukhan 44:58
Biz onu (Qur’anı ümmətin üçün) ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul edələr
Verse 59 — Surah Ad-Dukhan 44:59
(Ya Peyğəmbər!) Sən (müşriklərin ölümünü, məğlubiyyətini) gözlə. Şübhəsiz ki, onlar da (sənin ölümünü, məğlubiyyətini) gözləyirlər