Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 52 - At-Tur
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah At-Tur 52:1
And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına
Verse 2 — Surah At-Tur 52:2
And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara)
Verse 3 — Surah At-Tur 52:3
Açıq dəri üzərində (olan kitaba)
Verse 4 — Surah At-Tur 52:4
And olsun (mələklərin ibadət etdiyi) Beytülmə’mura
Verse 5 — Surah At-Tur 52:5
And olsun yüksək tavana (uca göyə)
Verse 6 — Surah At-Tur 52:6
Və dolub daşan (alovlanan) dənizə ki
Verse 7 — Surah At-Tur 52:7
Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır
Verse 8 — Surah At-Tur 52:8
Onu heç kəs dəf edə bilməz
Verse 9 — Surah At-Tur 52:9
O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq)
Verse 10 — Surah At-Tur 52:10
Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır
Verse 11 — Surah At-Tur 52:11
O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına
Verse 12 — Surah At-Tur 52:12
O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar
Verse 13 — Surah At-Tur 52:13
O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər
Verse 14 — Surah At-Tur 52:14
(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur
Verse 15 — Surah At-Tur 52:15
(Vəhyə, Qur’ana sehr dediyiniz kimi) bu da sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz
Verse 16 — Surah At-Tur 52:16
Yanın orada! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
Verse 17 — Surah At-Tur 52:17
Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və ne’mətlər içində olacaqlar
Verse 18 — Surah At-Tur 52:18
Rəbbinin onlara əta etdiyi ne’mətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur
Verse 19 — Surah At-Tur 52:19
(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için
Verse 20 — Surah At-Tur 52:20
Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik
Verse 21 — Surah At-Tur 52:21
İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur
Verse 22 — Surah At-Tur 52:22
Onları istədikləri meyvə və ətlə (bol-bol) tə’min edəcəyik
Verse 23 — Surah At-Tur 52:23
Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyakından fərqli olaraq) nə lağlağılıq, nə də günaha təhrik vardır
Verse 24 — Surah At-Tur 52:24
Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar
Verse 25 — Surah At-Tur 52:25
Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar
Verse 26 — Surah At-Tur 52:26
Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq
Verse 27 — Surah At-Tur 52:27
Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu
Verse 28 — Surah At-Tur 52:28
Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (və’dinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”
Verse 29 — Surah At-Tur 52:29
Elə isə (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin ne’məti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə
Verse 30 — Surah At-Tur 52:30
Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” – deyirlər
Verse 31 — Surah At-Tur 52:31
De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözlələyənlərdənəm!”
Verse 32 — Surah At-Tur 52:32
Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər
Verse 33 — Surah At-Tur 52:33
Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər
Verse 34 — Surah At-Tur 52:34
Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər
Verse 35 — Surah At-Tur 52:35
Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır
Verse 36 — Surah At-Tur 52:36
Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar
Verse 37 — Surah At-Tur 52:37
Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər
Verse 38 — Surah At-Tur 52:38
Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər
Verse 39 — Surah At-Tur 52:39
Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir
Verse 40 — Surah At-Tur 52:40
Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar
Verse 41 — Surah At-Tur 52:41
Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər)
Verse 42 — Surah At-Tur 52:42
Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər
Verse 43 — Surah At-Tur 52:43
Yoxsa onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır
Verse 44 — Surah At-Tur 52:44
Əgər onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar)
Verse 45 — Surah At-Tur 52:45
Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et
Verse 46 — Surah At-Tur 52:46
O gün hiylələri onlara heç bir fayda verməyəcəkdir (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır
Verse 47 — Surah At-Tur 52:47
Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz
Verse 48 — Surah At-Tur 52:48
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et
Verse 49 — Surah At-Tur 52:49
Gecənin bir vaxtında nə ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şə’ninə tə’riflər de! (Gün ərzində vacib və əlavə namazları qıl)