Back to Languages

Azerbaijani - Chapter 53 - An-Najm

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah An-Najm 53:1

Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki

Verse 2 — Surah An-Najm 53:2

Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır

Verse 3 — Surah An-Najm 53:3

O, kefi istəyəni (havadan) danışmır

Verse 4 — Surah An-Najm 53:4

Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir

Verse 5 — Surah An-Najm 53:5

Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi

Verse 6 — Surah An-Najm 53:6

O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü

Verse 7 — Surah An-Najm 53:7

O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi

Verse 8 — Surah An-Najm 53:8

Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi

Verse 9 — Surah An-Najm 53:9

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu

Verse 10 — Surah An-Najm 53:10

Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi

Verse 11 — Surah An-Najm 53:11

Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı)

Verse 12 — Surah An-Najm 53:12

Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz

Verse 13 — Surah An-Najm 53:13

And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü

Verse 14 — Surah An-Najm 53:14

(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında

Verse 15 — Surah An-Najm 53:15

(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır

Verse 16 — Surah An-Najm 53:16

O zaman Sidrəni nələr bürümüşdü, nələr

Verse 17 — Surah An-Najm 53:17

Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü)

Verse 18 — Surah An-Najm 53:18

And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü

Verse 19 — Surah An-Najm 53:19

(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər

Verse 20 — Surah An-Najm 53:20

Digər üçüncü (büt) olan Mənat da həmçinin

Verse 21 — Surah An-Najm 53:21

Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı)

Verse 22 — Surah An-Najm 53:22

Elə isə bu ədalətsiz bölgüdür

Verse 23 — Surah An-Najm 53:23

Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir

Verse 24 — Surah An-Najm 53:24

Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər)

Verse 25 — Surah An-Najm 53:25

Axirətdə, dünya da ancaq Allahındır

Verse 26 — Surah An-Najm 53:26

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər)

Verse 27 — Surah An-Najm 53:27

Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər

Verse 28 — Surah An-Najm 53:28

Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz

Verse 29 — Surah An-Najm 53:29

Artıq (ya Peyğəmbər!) Bizim Qur’anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər

Verse 30 — Surah An-Najm 53:30

Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır

Verse 31 — Surah An-Najm 53:31

Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır

Verse 32 — Surah An-Najm 53:32

(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir

Verse 33 — Surah An-Najm 53:33

(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni

Verse 34 — Surah An-Najm 53:34

Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni

Verse 35 — Surah An-Najm 53:35

Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi)

Verse 36 — Surah An-Najm 53:36

Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi

Verse 37 — Surah An-Najm 53:37

Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi)

Verse 38 — Surah An-Najm 53:38

(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır:) “Heç bir günahkar başqasının günahına yüklənməz

Verse 39 — Surah An-Najm 53:39

İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar

Verse 40 — Surah An-Najm 53:40

Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir

Verse 41 — Surah An-Najm 53:41

Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!”

Verse 42 — Surah An-Najm 53:42

Həqiqətən, axır dönüş sənin Rəbbinədir

Verse 43 — Surah An-Najm 53:43

Güldürən də, ağladan da Odur

Verse 44 — Surah An-Najm 53:44

Öldürən də, dirildən də Odur

Verse 45 — Surah An-Najm 53:45

(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur –

Verse 46 — Surah An-Najm 53:46

(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən

Verse 47 — Surah An-Najm 53:47

(Ölüləri) yenidən diriltmək də Ona aiddir

Verse 48 — Surah An-Najm 53:48

(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur

Verse 49 — Surah An-Najm 53:49

Şi’ranın (Şi’ra ulduzunun) da Rəbbi Odur

Verse 50 — Surah An-Najm 53:50

Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi

Verse 51 — Surah An-Najm 53:51

Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı

Verse 52 — Surah An-Najm 53:52

Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi

Verse 53 — Surah An-Najm 53:53

(Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu)

Verse 54 — Surah An-Najm 53:54

Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi)

Verse 55 — Surah An-Najm 53:55

(Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən

Verse 56 — Surah An-Najm 53:56

Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir

Verse 57 — Surah An-Najm 53:57

(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı

Verse 58 — Surah An-Najm 53:58

Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz)

Verse 59 — Surah An-Najm 53:59

İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz

Verse 60 — Surah An-Najm 53:60

Həm də gülürsünüz, heç ağlamırsınız

Verse 61 — Surah An-Najm 53:61

Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz)

Verse 62 — Surah An-Najm 53:62

(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin)