Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 55 - Ar-Rahman
Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink
Verse 1 — Surah Ar-Rahman 55:1
Rəhman! (Mərhəmətli olan Allah)
Verse 2 — Surah Ar-Rahman 55:2
(Öz peyğəmbərinə) Qur’anı öyrətdi
Verse 3 — Surah Ar-Rahman 55:3
İnsanı yaratdı
Verse 4 — Surah Ar-Rahman 55:4
Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi
Verse 5 — Surah Ar-Rahman 55:5
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər)
Verse 6 — Surah Ar-Rahman 55:6
Otlar da, ağaclar da (Allaha) səcdə edər
Verse 7 — Surah Ar-Rahman 55:7
Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu
Verse 8 — Surah Ar-Rahman 55:8
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz)
Verse 9 — Surah Ar-Rahman 55:9
Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın)
Verse 10 — Surah Ar-Rahman 55:10
Yeri də (bütün) məxluqat üçün O döşədi
Verse 11 — Surah Ar-Rahman 55:11
Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları
Verse 12 — Surah Ar-Rahman 55:12
(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır
Verse 13 — Surah Ar-Rahman 55:13
(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 14 — Surah Ar-Rahman 55:14
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı
Verse 15 — Surah Ar-Rahman 55:15
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi
Verse 16 — Surah Ar-Rahman 55:16
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 17 — Surah Ar-Rahman 55:17
İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur
Verse 18 — Surah Ar-Rahman 55:18
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 19 — Surah Ar-Rahman 55:19
(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı)
Verse 20 — Surah Ar-Rahman 55:20
Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar)
Verse 21 — Surah Ar-Rahman 55:21
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 22 — Surah Ar-Rahman 55:22
Onlardan (o iki dənizdən) inci və mərcan çıxar
Verse 23 — Surah Ar-Rahman 55:23
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 24 — Surah Ar-Rahman 55:24
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur
Verse 25 — Surah Ar-Rahman 55:25
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 26 — Surah Ar-Rahman 55:26
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)
Verse 27 — Surah Ar-Rahman 55:27
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir
Verse 28 — Surah Ar-Rahman 55:28
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 29 — Surah Ar-Rahman 55:29
Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz)
Verse 30 — Surah Ar-Rahman 55:30
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 31 — Surah Ar-Rahman 55:31
Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik)
Verse 32 — Surah Ar-Rahman 55:32
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 33 — Surah Ar-Rahman 55:33
Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur)
Verse 34 — Surah Ar-Rahman 55:34
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 35 — Surah Ar-Rahman 55:35
(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz
Verse 36 — Surah Ar-Rahman 55:36
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 37 — Surah Ar-Rahman 55:37
(Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)
Verse 38 — Surah Ar-Rahman 55:38
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 39 — Surah Ar-Rahman 55:39
O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir)
Verse 40 — Surah Ar-Rahman 55:40
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 41 — Surah Ar-Rahman 55:41
Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir)
Verse 42 — Surah Ar-Rahman 55:42
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 43 — Surah Ar-Rahman 55:43
(Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”
Verse 44 — Surah Ar-Rahman 55:44
Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar
Verse 45 — Surah Ar-Rahman 55:45
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 46 — Surah Ar-Rahman 55:46
Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir
Verse 47 — Surah Ar-Rahman 55:47
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 48 — Surah Ar-Rahman 55:48
(O iki cənnətin ağacları) qollu-budaqlıdır (merli-meyvəlidir)
Verse 49 — Surah Ar-Rahman 55:49
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 50 — Surah Ar-Rahman 55:50
Orada (o cənnətlərdə) iki axar bulaq vardır
Verse 51 — Surah Ar-Rahman 55:51
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 52 — Surah Ar-Rahman 55:52
Orada (o iki cənnətdə) hər meyvədən (quru və təzətər olmaqla) iki növ vardır (mö’minlər onların birini dünyada görmüş, digərini isə görməmişlər)
Verse 53 — Surah Ar-Rahman 55:53
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 54 — Surah Ar-Rahman 55:54
Onlar (mö’minlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır (mö’minlər harada olsalar, ağaclar onlara yaxın gələcək, onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər)
Verse 55 — Surah Ar-Rahman 55:55
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 56 — Surah Ar-Rahman 55:56
Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır
Verse 57 — Surah Ar-Rahman 55:57
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 58 — Surah Ar-Rahman 55:58
Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar
Verse 59 — Surah Ar-Rahman 55:59
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 60 — Surah Ar-Rahman 55:60
Yaxşılıq əvəzi ancaq yaxşılıqdır
Verse 61 — Surah Ar-Rahman 55:61
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 62 — Surah Ar-Rahman 55:62
Onlardan (o iki cənnətdən) başqa (mö’minlər üçün) daha iki cənnət (Firdovs və Mə’va cənnətləri) vardır
Verse 63 — Surah Ar-Rahman 55:63
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 64 — Surah Ar-Rahman 55:64
(O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır)
Verse 65 — Surah Ar-Rahman 55:65
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 66 — Surah Ar-Rahman 55:66
Orada (o iki cənnətdə) fəvvarə verib qaynayan iki bulaq vardır
Verse 67 — Surah Ar-Rahman 55:67
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 68 — Surah Ar-Rahman 55:68
Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır
Verse 69 — Surah Ar-Rahman 55:69
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 70 — Surah Ar-Rahman 55:70
Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır
Verse 71 — Surah Ar-Rahman 55:71
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 72 — Surah Ar-Rahman 55:72
Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır
Verse 73 — Surah Ar-Rahman 55:73
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 74 — Surah Ar-Rahman 55:74
Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır
Verse 75 — Surah Ar-Rahman 55:75
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 76 — Surah Ar-Rahman 55:76
Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar
Verse 77 — Surah Ar-Rahman 55:77
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz
Verse 78 — Surah Ar-Rahman 55:78
(Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)